Məhkəmə qərarları › İş №3(009)-1358/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1358/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1358/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 05 may 2025-ci il tarixində, saat 15:19-da Bakı şəhəri, Azneft dairəsi adlanan ərazidən Kukla teatrı adlanan əraziyə faktiki olaraq istifadəsində olan “X9 Plug-İn Hibrid MİNİK” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman, yolda DYPŞ əməkdaşının qanuni tənzimləməsi ilə avtobuslar üçün nəzərdə tutulmuş zolağa daxil olmuşdur. Belə ki, həmin vaxt tək o yox, hərəkətdə olan digər avtomobillər də yolda dayanan DYPŞ əməkdaşının verdiyi icazəni rəhbər tutaraq avtobus zolağına daxil olub hərəkətdə olmuşdurlar. Bundan sonra, xx.xx.2025-ci il tarixində saat 12:14-də ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gələrək özünü polis əməkdaşı kimi tanıdan şəxs ona inzibati xəta hadisəsi törətdiyini və bununla əlaqədar olaraq Bakı şəhəri DYPİ-nǝ gəlməli olduğunu bildirdi. Daha sonra o, həmin tarixdə Bakı şəhəri DYPİ-nin inzibati binasının yerləşdiyi ünvana gedərək orada olmuşdur və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs onun təkidi ilə görüntüləri məhdud çərçivədə, yəni, polis əməkdaşının avtobus zolağına daxil olmaqları üçün icazə verdiyi yeri göstərmədən, ona qanunsuz olaraq avtobus zolağına daxil olduğunu və bunun nəticəsində inzibati xəta hadisəsi törətdiyini bildirdi. Bundan sonra, o nə üçün həmin görüntüləri məhdud çərçivədə göstərdiyini, görüntülərin tam geniş formada göstərməsini və orada DYPŞ-nin əməkdaşının olduğunu və onun icazəsi ilə avtobus zolağında bütün avtomobillərin daxil olduğunu qeyd etmişdir. Bundan sonra şəxs ona əsəbi tonda “tərk elə otağı” , “sənin barəndə inzibati xəta haqqırda protokol tərtib edəcəyəm” deyə bildirdi. O da öz növbəsində “tərtib edin, onsuzda mən müraciət edib məhkəmə qaydasında sildirəcəyəm, çünki haqlıyam” deyə bildirmişdir. Bundan sonra, təkrardan BDYPİ-nin inzibati binasında ayrı bir otaqda qəbulda olmuş və ona görüntüləri geniş çərçivədə göstərdilər. Həmin görüntüləri ona göstərən polis əməkdaşı da, görüntüləri gördükdən sonra polisin icazəsi əsasında həmin zolağa daxil olduğunu bildirib, onun əməlində inzibati xəta tərtkib olmadığını bildirdi. Bundan sonra, bütün bunlara baxmayaraq təkidlə barəsində inzibati xəta haqqında protokol tərtib edilib, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarıldı. O hər dəfəsində BDYPİ-nin inzibati binasının yerləşdiyi əraziyə gedərək protokol və qərarı istəmiş olsa da onlar ona “get sabah gəlib götürərsən” deyə bildirirdi. Bütün ciddi cəhdlərindən sonra sonunda o inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025-ci il tarixində saat 13:49-da çapa verib ona təqdim etdilər. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi təqsirli bilərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 izahatında bildirmişdir ki, heç bir inzibati xəta törətməmiş, nizamlayıcının göstərişinə əməl etmişdir. Yekun olaraq, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin nümayəndəsi Nümayəndə3 məhkəməyə videogörüntü təqdim etmişdir və barəsində inzibati tənbeh tətbiq edilən şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddələrinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinə göndərilməlidir. İş materiallarında olan: 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 05 may 2025-ci il tarixdə saat 15:19-da “X9 Plug-İn Hibrid MİNİK” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X3 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tədbiq edilmişdir. İş materiallarına əlavə olunmuş CD diskə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Kukla teatrı yaxınlığında nizamlayıcı (yol polisi əməkdaşı) hərəkətin intensiv olması səbəbilə nəqliyyat vasitələrinin hərəkətini canlı olaraq tənzimləyir. “X9 Plug-İn Hibrid MİNİK” markalı, **-UG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X3 nizamlayıcının göstərişinə əməl edərək avtobus zolağına daxil olur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin maddənin V bəndinə əsasən izamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinin 08 may 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar