Məhkəmə qərarları › İş №3(009)-1359/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1359/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1359/2023 31.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Şəxs MMC-nin nümayəndələri X1 və X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-01878/23 saylı 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Çinin “Shenzhen Chuanggong İMP EXP Co LTD” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına **********1 nömrəli qaimə ilə göndərilən “Trikotaj donlar” adlı yük **********6256 sorğu nömrəli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilmişdir. Mal müşaiyət edən xx.xx.2023-cü il tarixli 1176 nömrəli invovs sənədinə görə malların qiyməti 800 ABŞ dolları göstərilmiş və mallar həmin invoys əsasında bəyan edilirmişdir. Yükün rəsmiləsdirilməsi zamanı, malların dəyərində şübhə yaranmış və şirkətin nümayəndəsindən invoys sənədinin oriqinalı tələb olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi ixracatçı şirkət tərəfindən invoysun yalnış göndərildiyini bildirərək, malın dəyərinin 3810,0 ABŞ dolları kimi qiymətləndirilmiş invoys sənədini təqdim etmiş və yükün həmin invovs sənədi əsasında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün müraciət edilmişdir. Raporta əlavə olunmuş sənədlərdən görünür ki, yük bəyan olunarkən, malların qiymətinin 800 ABŞ dolları olduğunu əks etdirən xx.xx.2023-cü il tarixli 1176 nömrəli invoys sənədi təqdim olunmuş. Sonradan isə şirkət tərəfindən eyni tarixli və eyni nömrəli, lakin malların qiymətinin 3810 ABŞ dolları kimi qeyd olunduğu invoys sənədi təqdim edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndələri X1 və və X6 Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına **********1 nömrəli qaimə ilə göndərilən “Trikotaj donlar” adlı yük **********6256 sorğu nömrəli gömrük bəyannaməsi əsasında, 1176 nömrəli invovs sənədinə görə malların qiyməti 800 ABŞ dolları göstərilmiş və mallar həmin invoys əsasında bəyan edilirmiş, sonradan isə şirkət tərəfindən eyni tarixli və eyni nömrəli, lakin malların qiymətinin 3810 ABŞ dolları kimi qeyd olunduğu invoys sənədi təqdim edildiyindən, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsinin tərkibi var və onun həmin malların dəyərinin qırx faizi məbləğində, yəni 1 204 ABŞ dolları – yəni 2 046 (iki min qırx altı) manat 80 (səksən) qəpik məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin malların dəyərinin qırx faizi məbləğində, yəni 1 204 ABŞ dolları – yəni 2 046 (iki min qırx altı) manat 80 (səksən) qəpik məbləğində cərimə məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar