Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1360/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədova Nərmin Namiq qızının katibliyi ilə, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, X2 Səbail Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X1 Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Dövlət X7 TP ******* saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən İXM-in 342.5-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, 50 manat məbləğində cərimə edilmişdir. Xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmağı ilə bağlı ümumi məlumatı elektron kabinetdən əldə etmiş, həmin məlumatlara istinad etməklə, müvafiq qərardan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət vermişdir. Lakin həmin məhkəmənin 3(009)-943/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayətin geri qaytarılması qərara alınmışdır. Əsas kimi isə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surəti şikayətə əlavə edilməmişdir. Bu, onunla əlaqədar olmuşdur ki, müvafiq qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57ci maddəsinin tələblərinə uyğun olaraq, "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada mənə təqdim edilmədiyindən, o cümlədən elektron kabinetimdə həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış olmaq imkanı mövcud olmadığından (yaradılmadığından) həmin qərarın surətini əldə etməyi mümkün olmamış, habelə qərarın surəti kağız və ya elektron daşıyıcıda şəxsən mənə təqdim edilmişdir. Məhkəmənin müvafiq mövqeyini nəzərə alaraq, TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın surətinin ona təqdim edilməsi barədə Bakı Şəhəri Səbail Rayon Dövlət X9nə şifahi qaydada müraciət etmişdir. Müraciətin nəticəsi olaraq, inzibati tənbeh vermə haqqında elektron qərarın surəti 25 iyun 2023-cü il tarixdə ona təqdim edilmişdir. Yuxarıda qeyd edilən səbəblərə və əsaslara görə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin axınının başlanğıcı məhz qərarın surətinin ona təqdim edildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bununla əlaqədar olaraq da, müvafiq qərardan şikayət verilmə müddəti ötürülməmişdir. Hesab edir ki, Bakı Şəhəri Səbail Rayon Dövlət X7 TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı tam əsassızdır və maddi sübut bazası yoxdur. Buna görə də qərardan şikayətə məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 10GC535 nişanlı BMW markalı 535i modelli avtomobil ilə "Bibiheybət" yolu ilə şəhər istiqamətində hərəkət edərkən DYP ekipaji tərəfindən dayandırıldım. Belə ki, şəxsi kabinetində inzibati xətanın törədilməsinə dair "videogörüntü” və “fotoşəkil” əlavə edilməmişdir. Hesab edir ki, o, heç bir inzibati xəta törətməmişdir və bu səbəbdən də ona tətbiq edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir Hərəkətlərində İXM-in avtoxuliqanlıq maddəsinin əlamətlərinin olduğunun və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa təxliyyə olunacağı barədə məlumat verdilər. İXP-nin 97-maddəsini sadaladıqdan və hərəkətlərində 511-ci maddənin əlamətləri olsa da (dayandırıldığım yerdən 300 m əvvəl servis mərkəzindən çıxmış və sürtünmə diskində nasazlıq aradan qalxmamışdır) tərkib yaradan qərəzli hərəkətlər və davamlılığın olmamasını dedikdən sonra polis əməkdaşları onunla razılaşıb hərəkətinə davam etməməyinə icazə verdilər. 27.01.23 tarixində isə həmin nəqliyyat vasitəsini texniki baxışdan keçirtmək istədiyində İXP5135339 nömrəli qərarsız protokolun olduğunun və protokol ödənilmədən və ya imtina qərarı verilmədən nəqliyyat vasitəsini texniki baxışdan keçirə bilməyəcəyini vurğuladılar. Qərarsız inzibati xəta haqqında protokolun texniki baxışa necə maneə törətdiyini tam başa düşməsə də, adı çəkilən protokolu araşdırdıqda yuxarıda yazılan hadisə ilə eyni vaxtda və eyni yerdə cərəyan etdiyinə görə onunla əlaqələndirmişdir. Bununla əlaqədar xx.xx.2023 tarixində DİN BDYPİ-yə şikayət ünvanlayaraq haqqında tərtib edilən, yuxarıda qeyd ollunmuş protokola rədd qərarı verilməsini xahiş etmişdir. Buna cavab olaraq DİN Səbail RPİ-nin əməkdaşları onu İdarəyə dəvət edərək şikayətinə aidiyyəti olmayan ("50 manata görə dəyməz avtoxuliqansan" və s.) istiqamətlərdə söhbətlər apardılar. Bundan sonra yenidən xx.xx.2023 tarixində DİN Baş Katibliyinə təkrar şikayət ünvanlayaraq artıq barəsində qanunazidd verilən qərarın ləğv edilməsini xahiş etmişdir. Buna isə cavab olaraq (055) ***-**-** nömrəsindən ona zəng edən və adını demədən özünü Səbail RPİ-nin əməkdaşı kimi təqdim edən şəxs şikayətinə rədd qərarı gəldiyini və qərarın qüvvədə qalacağını bildirdi. Ona bunu rəsmi məktub formasında bildirmələrini telefon danışığında və daha sonra sms vasitəsi ilə həmin nömrəyə yazaraq xahiş etsə də cavab gəlməmişdir. Bu günə qədər şikayətinə heç bir rəsmi cavabın gəlməməsi və hətta nəqliyyat vasitəsinə saxlanma qərarı belə verilməsi onu bu şikayət ərizəsini yazaraq məhkəməyə müraciət etməyə vadar etmişdir. O, bu qərarla razılaşmır. Belə ki, onun barəsində qəbul edilmiş, yuxarıda qeyd etdiyi elektron qərar qanunun tələbləri pozulmaqla qəbul edilmişdir. Qeyd edir ki, adına qeydiyyata alınmış "ASANPAY" elektron kabinetində sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mükün deyil. Şəxsi kabinetinı inzib ati xətanın törədilməsinə dair videogörüntü və fotoşəkil əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81ci rinci bəndinə əsasən, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllədə nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinin ikinci bəndinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti əhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsinin üçüncü bəndinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Ümumiyyətlə, göstərilən xətaların hansı üsulla (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə və digər üsulla) aşkar edildiyi də bəlli deyildir. Əlavə olaraq, onu da vurğulayır ki, müvafiq inzibati xətalar haqqında protokollar da ona təqdim edilməmişdir. Bakı Şəhəri Səbail Rayon Dövlət X7 TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxs X4 protokola etiraz edərək bildirmişdir ki, barəsində əsassız protokol tərtib edilmişdir. Qərarı gec əldə etdiyindən şikayəti də gec vermişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon Dövlət X7 yol polisi inspektoru X3 izahatında bildirmişdir ki, X4 barəsində İXM-nin 327.1 və 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Avtomobilin arxa işıqlarında problem olduğu üçün avtomobil duracağa təmin olunmuşdur, şəxs nöqsanı aradan qaldırdıqdan sonra isə avtomobili duracaqdan çıxarmışdır. Məhkəmə şikayəti və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X2 Səbail Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə barədə haqqında qərarının ləğv edilməsinə dair şikayəti baxılmadan geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə barədə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi **-GC-*** dövlət qeydiyyat nişanlı “BMW 535İ minik” avtomobili ilə Bakı şəhəri, Salyan yolu döngə 2, 14 ünvanı ilə hərəkətdə olarkən xarici işiq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və ya şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 ərizəsi nəzərə alınmalı və onun Bakı şəhər X10 İdarəsinin Səbail Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə barədə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 Bakı şəhər X10 İdarəsinin Səbail Rayon Dövlət X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət baxılmadan geri qaytarılsın. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1360/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1360/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver