Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1361/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin baş inspektoru, polis mayoru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsnun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X10 İdarəsi tərəfindən tərtib edilmiş 29 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:10 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bulvar ərazisində, “Sadko” körpüsündə vət. X5 ilə mübahisə edərək istimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X8 İdarəsinin baş inspektoru, polis mayoru X2 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:40 radələrində, o, əri Babayev Natiq və iki qızı ilə birlikdə gəmi gəzintisi üçün Səbail rayonu Dənizkənarı Milli Parka gəlmişlər. X11 ticarət mərkəzinin arxasında gəmi gəzintisi olan yerdə körpünün üzərində ailəsi ilə birlikdə gəmiyə minmək üçün sıra gözləmiş, əvvəllər tanımadığı, sonradan adı onlara məlum olan Şaiq adlı şəxs və onun yanında olan bir xanım və 3 nəfər azyaşlı uşaq da onlar kimi sıra gözləmişlər. Şaiqin yanında olan azyaşlı uşaq dayanmadan ağladığı üçün əri Natiq Şaiqə uşağı sakitləşdirməsini bildirməsi səbəbi ilə bağlı aralarında yaranmış söz mübahisəsi zamanı Şaiq uca səsiə Natiqlə danışıb əl-qol atmışdır. Ətrafda olan insanlar Şaiqi sakitləşdirib kənara çəkmişlər. Saat 22:10 radələrində Şaiq Natiqin üzərinə qaça-qaça gələrək anidə yumruqla Natiqin sağ üz nahiyəsinə vurmuşdur. Şaiq yenidən əl atmaq istəyəndə, o, Şaiqin önünə aralamaq üçün keçmişdir. Bu zaman Şaiq yumruqla onun sağ üz nahiyəsinə, sağ qoluna və ayağına təpiklə vurmuşdur. Ətrafda olan insanlar səs-küy və dava-dalaş görüb, Şaiqi aralayıb kənara çəkmişlər. Daha sonra Natiq DİN 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Mübahisəyə səbəb Şaiqin azyaşlı övladının ağlaması və əri Natiqin Şaiqə iradını bildirməsi olmuşdur. Şaiq adlı şəxsi ilk dəfə görmüşdür. Mübahisə zamanı Şaiq adlı şəxsin onu üz, qol və ayaq nahiyəsindən vurması nəticəsində o, xəsarət almışdır. Bu zaman əri Natiq və o, Şaiq adiı şəxsi vurmayıb, əksinə Şaiq onları vurub. Mübahisə 2-4 dəqiqə davam etmişdir. Hadisə zamanı yanında iki qızı və ətrafdakı tanımadığı şəxslər olmuşdur. Göstərdiklərini nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:55 radələrində, o, həyat yoldaşı X3 və 2 azyaşlı övladı ilə birlikdə gəmi gəzintisi üçün Səbail rayonu Dənizkənarı Milli Parkda yerləşən «Yaxta Club» dayanacağında olan körpüdə gəmiyə minmək üçün sıra gözləyərkən, əvvəllər tanımadığı, sonradan adını bildiyi Natiq adlı şəxs və onun yanında 2 nəfər xanım və 1 nəfər qız uşağı ilə birlikdə onlar kimi gəmi gözləmişlər. Bu zaman azyaşlı uşağı ağlamağa başlamış, onu sakitləşdirməyə çalışsa da, uşaq ağlamaqda davam etmişdir. Bu zaman onun arxasında dayanan Natiq adlı şəxs yüksək səslə ona uşağının səsini kəsməsini demişdir. O, Natiqə dil bilməyən uşağı necə sakitləşdirməsini dedikdə, Natiq uşağın sakitləşməsi üçün uşağın ağzına sillə vurmasını məsləhət görmüşdür. O, Natiqin bu sözünə görə iradını bildirdikdə, bu zəmində aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı Natiqin yanında olan iki xanım onu sillə və təpiklə vurmuşlar. Bu zaman orada insanlar araya girərək mübahisəni sakitləşdirmişlər. O da, azyaşlı uşaqlarının qorxudan ağlamasını görüb oradan uzaqlaşmağa qərar vermişdir. Daha sonra, o, ailəsini gəmiyə mindirib özü geri qayıdıb hadisə ilə bağlı DİN 102 xidmətinə məlumat vermişdir. Daha sonra, gəmi qayıtdıqdan sonra tanımadığı bir neçə şəxs onlara yaxınlaşaraq, “sizlərə ayıb olsun və 2 yaşında olan uşağa sillə vur nə deməkdir” deyə bildirmişlər. Daha sonra, həmin şəxslər özləri polis əməkdaşlarına yaxınlaşaraq öz nömrələrini təqdim edib şahid olacaqlarını bildirmişlər. O, Natiq adlı şəxsi əvvəllər tanımayıb, onunla ədavəti yoxdur. Mübahisəyə səbəb Natiq adlı şəxsin onun azyaşlı övladının ağzına sillə vurmasını bildirməsi olmuşdur. Mübahisə zamanı o, Natiq və onun arvadı Aynuru vurmamış, ona yalan və böhtan atmışlar. Əksinə Natiq, arvadı Aynur və onların ailə üzvləri onun üz, kürək və qol nahiyələrinə sillə və yumruqla vurmuşlar. Mübahisə 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda yanında olan ailə üzvləri və digər tanımadığı şəxslər olmuşlar. Mübahisə zamanı ailə üzvləri xəsarət almamışdır. O, Şəxs şikayətçi olduğunu bildirmişdir. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1361/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1361/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver