Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1362/2021 24.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1977-ci ildə Tər-Tər rayonundan anadan olmuş, evli, işləməyən ,əvəllər məhkum olunmamış, Tər-Tər şəhəri, Sahil küçəsi, ev 01, mənzil 15-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8 -ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 24.06.2021-ci il tarixli MN №1100148 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsində qonşuluqda yaşayan Əhmədova Nuranə ilə mübahisə edərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs göstərmişdir ki, hazırda X2 ilə barışmışdır və bu səbəbdən barışıqlarını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş edr. Məhkəmə iclasında izahatı alınmış zərərçəkmiş şəxs X1 göstərmişdir ki, hazırda Şəxs ilə barışmışdır və bu səbəbdən məhkəmədən barışıqlarını nəzərə almasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qızının əməlində AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, lakin inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. AR İXM-nın 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanımlış inzibati inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 53.1.9-cu maddəsinə əsasən inzibati xəta törədən şəxslə zərərçəkmiş şəxsin barışmasını nəzərə alaraq başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1362/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1362/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver