Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1364/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)-2858/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə verilmədiyi üçün şikayət geri qaytarılmışdır. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin əməkdaşı mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq şikayətçiyə məxsus 99GY688 dövlət nömrə nişanlı avotmobilin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdiyini bildirərək onu Bakı şəhər DYPİ-nə dəvət etdi. X5 isə öz növbəsində avtomobilin daim onun tərəfindən idarə olunduğunu, lakin, qayda pozuntusunu xatırlamadığını bildirmişdir. Əgər video görüntü varsa inzibati tənbeh vermə haqqında qərar vermələrini xahiş etmişdir. Təxminən bir ay sonra ona İXMin 327.1 -1 -ci-ci maddəsinə əsasən cərimə tətbiq olunmasına dair Bakı şəhəri DYPİ-nin Polis X1 tərəfindən xx.xx.2025-ci il tarixli İXP7052353 nömrəli protokola və inzibati xəta haqqında işin materiallarına əsasən xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərann surəti şikayətçiyə xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Qərardan Sabunçu Rayon Məhkəməsinə şikayət verilmişdir. Lakin inzibati xəta hadisəsinin Səbail rayonu ərazisində baş verməsi nəzərə alınaraq, şikayətə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalı olduğundan, iş Sabunçu Rayon Məhkəməsi tərəfindən geri qaytarılmışdır. Protokola, inzibati xəta haqqında işin materiallarında onun İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyimə dair heç bir sübut əlavə olunmamışdır. İnzibati tənbeh vermə haqqında qərar protokolun tərtib edildiyi tarixdən 21 gün sonra qərar qəbul edilmişdir. Bununla da İXM-nin 122.1-ci maddəsinin tələbi pozulmuşdur. İnzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın hansı texniki vasitə ilə aşkar olunduğu qeyd edilməmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli, TP ******* tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, onu heç bir əməkdaş saxlamayıb. Üstündən 10 gün sonra protokol tərtib ediblər. Xəta 8 törədilibsə onların öz portalında protokolun tərtib olunma tarixi 17 qeyd edilib. Elektron qərar bir gün ərzində yerləşdirilməli idi lakin yerləşdirilməyib. Odur ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə Vaqif oğlu etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, X6 08 aprel 2025-ci il tarixində saat 17:49radələrində idarə etdiyi CHEVROLET MALİBU minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində ümumi istifadədə olan nəqliyyat vasitləri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq hərəkət etmişdir. Bu faktı aşkar edən YPX əməkdaşı sürücünü saxlayaraq barəsində AR İXM-nın 327.1-1-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin vaxt CHEVROLET MALİBU minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili 5.9 nişanın təsir dairəsində hərəkət etməsi foto ilə qeydə alınmışdır. Göründüyü kimi Firuz Pənahov tərəfindən İXMnin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törətmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində qərar çıxarılmış X3 şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 17:49-da Səbail rayonu, Neftçilər prospekti CHEVROLET MALİBU minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 08 aprel 2025-ci il tarixində saat 17:49-radələrində idarə etdiyi CHEVROLET MALİBU minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Səbail rayonu Neftçilər prospektində ümumi istifadədə olan nəqliyyat vasitləri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq hərəkət etmişdir. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İXP7052353 nömrəli protokol 17 aprel 2025-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, bundan əlavə inzibati qərar qəbul edilərkən şikayətçi X2 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilməmiş, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1364/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1364/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver