Məhkəmə qərarları › İş №3(009)-1365/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1365/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1365/2023 17.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Əkbər İbayevin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Badamdar şossesi, ev 77, mənzil 149 ünvanında yaşayan.. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati materiala baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 iyul 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvanın qarşısında polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 16 iyul 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 327.1, 332.1, 333.1-ci maddələri ilə də protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı Əkbər İbayev izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2023-cü il tarixdə saat 03:55-də Badamdar şossesi 77 ünvanı ərazidə xidmətdə olarkən **-TX-*** nömrə nişanlı Toyota markalı avtomaşının sürücüsü kəskin manevr edərək qəfl avtomaşını saxladığı və dönmə göstəricisini yandırmadığına görə saxlanılmışdır. Sürücüdən kəskin spirt iyi gəldi, daha sonra sürücünün sərxoş olduğu üçün onu müayinəyə dəvət etsədə o qəbul etməyərək, polisin şərəf və ləyaqətini alçaldan ifadələr işlədib qanuni tələblərinə əməl etməyərək tabesizlik etdi və hədə-qorxu gəldi. Onlar digər yol patrul əməkdaşları ilə sürücünü 41-ci PB-nə dəvət etdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, həmin gün o, içkili idi, yoldaşı zəng edib bildirdi ki, qızı xəsarət alıb, ona dondurma alıb evə gedirdi, evə çatdıqda yopl patrul xidmətinin əməkdaşı ona yaxınlaşmış və o da içkili olduğunu etiraf edərək barəsində protokol tərtib edilməsinə etiraz etmədiyini bildirmiş, lakin uşağından nigaran qaldığı üçün evə qalxıb qayıdacağını bildirsə də, polis əməkdaşı onu buraxmadı, məcbur elədilər ki, sərxoşluğun yoxlanılması üçün gedib müayinədən keçsin, halbuki buna ehtiyac yox idi, onu alkotester vasitəsilə də yoxlamışdırlar. Buna görə də, sərxoşluğun müayinə olunması üçün başqa yerə getməkdən imtina etmişdir. Polisin şərəf və ləyaqətini alçaldan ifadələr işlətməmişdir. Əməlindən peşman olduğunu bildirərək, yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polisi İdarəsinin X3 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:55-də Badamdar şossesi 77 ünvanı ərazidə xidmətdə olarkən **-TX-*** nömrə nişanlı Toyota markalı avtomaşının sürücüsü kəskin manevr edərək qəfl avtomaşını saxladığı və dönmə göstəricisini yandırmadığına görə saxlanılmışdır. Sürücüdən kəskin spirt iyi gəldi, daha sonra sürücünün sərxoş olduğu üçün onu müayinəyə dəvət etsə də o qəbul etməyərək, polisin şərəf və ləyaqətini alçaldan ifadələr işlədib qanuni tələblərinə əməl etməyərək tabesizlik etdi. Onlar digər yol patrul əməkdaşları ilə sürücünü 41-ci PB-nə dəvət etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iş materiallarında olan video yazıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvan ərazisində Toyota markalı avtomobil **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs YPX əməkdaşları ilə mübahisə edərək müayinəyə getməkdən imtina etmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77 ünvan ərazisində Toyota markalı avtomobil **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs YPX əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar