Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1365/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X2, Qərarından şikayət verilən orqanın nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X7 məhkəməyə müraciət edərək xx.xx.2025 ci və xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-3485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-1365/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilsin və şikayət bu hissədə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26951390 saylı qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə şikayət ilə birlikdə geri qaytarılmışdır. Şikayət belə əsaslandırılmışdır ki, X7 xx.xx.2025-ci il tarixdə, günorta radələrində **-AG-*** D.Q.nişanlı avtomobil vasitəsini idarə edərkən Səbail rayonu, Neftçilər prospekti Badamdar şossesi ərazisində öz hərəkət zolağında hərəkətdə olduğu zaman yolun sağ kənarında dayanmış və yenicə hərəkətə başlamış avtobus heç bir dönmə işıq siqnalından istifadə etməyərək, mənim hərəkət istiqamətinə çıxdı. Şikayətçi idarə etdiyi avtomobili yol nəqliyyat hadisəsinin qarşısını almaqdan ötrü 327.2 maddəsi 1.1 xəttinin tələblərini məcburi qaydada pozaraq əks istiqamətə çıxaraq, ötmə manevri edib və dərhal yenidən öz hərəkət zolağına qayıtdı. Bundan sonra bir az qarşıda dayanmış **-YP-*** D.Q nişanlı DYP avtomobili ona saxla əmiri verdi. Ona yaxınlaşan Səbail rayon DYP şöbəsini Yol Patrul inspektoru Baş X5 ona yaxınlaşaraq sürücülük vəsiqəsini və yol vərəqəsini tələb etdi. Yol Polis əməkdaşı vurğuladı ki, o, idarə etdiyi **-AG-*** D.Q.nişanlı BYD markal avtomobil ilə 327.2 maddəsi 1.1 xəttinin tələblərini (əks istiqamətə çıxmaqla ötmə manevri) pozduğu üçün 100 manat 3 bal cərimə olunur. Ona etiraz olaraq avtobusun heç bir dönmə siqnalı istifadə etmədən onun hərəkət zolağına çıxdığı üçün yol nəqliyyat hadisəsinin qarşısını almaqdan ötrü 327.2 maddəsi 1.1 xəttinin tələblərini pozaraq məcburi qaydada ötmə manevri etdiyini vurğuladı. Şikayətçi 102 polis xidmətinə zəng edərək vəziyyət haqqında məlumat verdi. O, 102 polis xidmətinə məlumat verdikdən bir qədər sonra YPƏna zəng gəldi və yol polis əməkdaşı ona yenidən yaxınlaşıb bildirdi ki, "sürücülük vəsiqəsində 16 bal var, 4 ballıq bir cərimə yazıb sürücülüyə məhdudiyyət qoyaraq sadəcə taksi fəaliyyəti ilə məşğul olduğu üçün etmir". xx.xx.2025-ci il tarixdə Səbail rayon DYP şöbəsinə getmiş və rəis müavini onu qəbul etmişdir. O, rəis müavininə avtobus sürücüsünün heç bir dönmə siqnalından istifadə etməyərək onun hərəkət zolağına çıxdığı üçün yol nəqliyyat hadisəsinin qarşısını almaqdan ötrü məcburi qaydada 327.2 maddəsi 1.1 xəttin tələblərini pozaraq ötmə əməliyyatı edib, dərhal yenidən öz hərəkət zolağına qayıtdığını bildirib, video görüntü tələb etmişdir. Onlarda şikayətçiyə yarımçıq görüntü göstərərək yalnız onun pozduğunu və avtobus dönmə siqnalı verməsə belə üstünlüyə malik olduğunu dedilər. Bütün etirazlarına baxmayaraq bütöv görüntünü göstərməmişlər. Bir qədər sonra sms vasitəsilə şikayətçiyə gələn mesajda 327.4 yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə maddəsini tədbiq edərək, 327.7 maddəsini əlavə edərək 6 aylıq sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğunu öyrənmişdir. Şikayətçi xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş X14 idarəsinə gedərək 214-cü otaq Elnur adlı polis əməkdaşına etirazını bildirib, işin araşdırılması üçün ərizə ilə müraciət etmişdir. Bundan sonra dəfələrlə eyni ünvana gedərək ərizənin nəticəsini tələb etmişdir. Lakin 18 gün keçməsinə baxmayaraq, ərizənin heç bir nəticəsin ala bilməmiş və qeydiyyat otağında ona xx.xx.2025-ci il tarixdə yazdığ ərizəni telefonda göstərərək ərizənin itdiyini yenidən (xx.xx.2025-ci il tarixdə) yazmağını və əvvəlki ərizə itdiyi üçün tez buraxılacağı söyləndi. xx.xx.2025-ci il tarixdə yenidən yazdığı ərizə üçün xx.xx.2025-ci il tarixdə eyni ünvana yollamışdır. Şikayətçini polis müstəntiqinin yanına yönləndirmişlər. O da ərizənin ona çatmadığını vurğulayaraq, lakin sonradan ərizəni qeydiyyat dəftərxanasından özü gedib götürüb gələrək qeyri-ciddi və heç bir ətraflı baxış yoxlanış etməyərək protokolun düzgün yazıldığını vurğulamışdı. Eyni etirazları etməsinə baxmayaraq, əgər razısansa izahatda yaz etirazını qərarı verim get şikayət et deyə bildirmişlər. Əlavə olaraq xx.xx.2025-ci il tarixdən idarə etdiyi **-AG-*** DQ nişanlı BYD markalı avtomobillə 20 yanvar Moskva prospekti X15 sarayının qarşısında yolun heç bir hərəkət istiqamətinə mane olmayan və günün istənilən vaxtında taksilərin sərnişin düşürən avtomobilləri dayandığı yerdə 1 dəqiqə az olmaqla dayanma ilə müştəri düşürdüyü zaman kamera çəkilişi vasitəsi ilə 100 manat 4 bal cərimə tətbiq olundu. Onunla bağlı ərizə ilə müraciətinə xx.xx.2025-ci il tarixdə Baş DYP idarəsində 304-cü otaqda polis əməkdaşı Zeynalov Abdulanın qəbulunda olmuşdur. Polis əməkdaşı cərimənin texniki səbəbdən səhv baş verdiyi həmin cərimənin 100 manat 4 baldan 346.2 maddəsi (yəni avtobus nişanın tələblərinin pozulması) 40 manat 2 bal tövsiyə olduğunu bildirdi. Şikayətçi etiraz olaraq bildirmişdir ki, həmin nişan orda qanunsuzdur, çünki həmin nişandan 100 metr arxada və 150 metr qarşıda avtobus dayanacağı var. Və günün istənilən vaxtında orada taksilərin dayandığını bildirmişdir. Bu zaman polis əməkdaşının otağındakı monitorda şikayətçinin dediyi əks olunurdu. Qeyd edildiyi kimi ona texniki səbəbdən 100 manat 4 bal cərimə tətbiq olunduğu zaman şikayətçinin sürücülük vərəqəsində ümumilikdə 20 bal vardı, lakin cəriməni 346.2 (40 manat 2 bal) maddəsinə tövsif olduğu üçün balların sayı 18 düşdüyü halda hara getsədə heç bir DYP idarəsi işinə baxmadı. X1 və taksi buraxılış kartı olmaqla taksi fəaliyyəti ilə məşğuldur, amma hal-hazırda xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə vəzifə səlahiyyətlərin düzgün idarə etməyən polis əməkdaşlarına görə iş fəaliyyəti tamamilə dayanıb. Ona görə də xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətə uyğun izahat verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X12 qərarın qanuni olduğunu şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:45-də Səbail rayonu, Neftçilər prospekti Badamdar şossesi, BYD Destroyer minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.4-cü və 327.7-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan, tərəflərin iştirakı ilə baxış keçirilmiş diskdən görünür ki, X7 BYD Destroyer minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinin aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixli saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X14 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1365/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1365/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver