Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1366/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 nümayəndəsi “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən mənim barəmdə 06 may 2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən, mən AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişəm. Qeyd olunan qərarı xx.xx.2025ci il tarixdə qəbzə imza atmaqla idarədən əldə etmişəm. Qəbul edilmiş qərar tam əsassız və qanunsuzdur. Qeyd olunan inzibati xəta ilə bağlı bildirmək istəyirəm ki, X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "Yongster kids" mağazada satıcı vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il və xx.xx.2024- cü il tarixlərində Tural Əzizov işə çıxmamış və iş yerinə gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. xx.xx.2024-cü il tarixində tərəfimdən Tural Əzizova işə gəlməsi barədə poçt vasitəsilə teleqram göndərilmişdir. xx.xx.2024-cü il tarixində Tural Əzizov mağazaya gələrək xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə öz xahişi əsasında xitam verilməsi barəsində ərizə vermiş və həmin şəxslə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmiş və dərhal onunla əmək haqqı üzrə son haqq hesab aparılmışdır. Əmək müqaviləsinin xitam verildikdən 09 (doqquz) ay keçdikdən sonra Tural Əzizov tərəfindən mənim barəmdə X5 əsassız şikayət verilmişdir. Həmin şikayətin araşdırılması barədə xx.xx.2025-ci il tarixində məktub daxil olmuş və müvafiq sənədlər tələb edilmişdir. X10 tərəfindən tələb olunan sənədlər yəni, Tural Əzizovla bağlanmış əmək müqaviləsi, işdən çıxması ilə bağlı ərizəsi, onunla edilmiş son haqq hesabı təsdiq edənə ödəniş tapşırıqları tərəfimdən dövlət qurumuna təqdim edilmişdir. Daha sonra şikayət üzrə araşdırılma aparılması ilə əlaqədar X10 tərəfindən 09 aprel 2025-ci il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə 5 saylı DOST Mərkəzinə yaxınlaşmağı xahiş olunmuşdur. Daha sonra xx.xx.2025-ci il tarixdə X10 tərəfindən növbəti xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxılması qeyd edilmişdir. Həmin bildiriş gec çatdırıldığından təyin edilmiş vaxtda iştitrak etməyim mümkün olmamışdır. xx.xx.2025-ci il tarixdə artıq məlum olmuşdur ki, mənim barəmdə qanunsuz qərar qəbul edilib, həmin qərarda guya geri tarixdə əmək müqaviləsinə xitam verilmiş və son haqq hesabın edilməsi gecikdirilmişdir. Bununla bağlı bildirmək istəyirəm ki, ümumiyyətlə vətəndaş Tural Əzizov xx.xx.2024-cü il tarixindən -xx.xx.2024-cü il tarixədək olan dövr ərzində işə gəlməmiş və bu fakt poçt vasitəsi ilə göndərilmiş teleqram və şəxsin öz ərizəsi ilə təsdiqini tapmışdır. Belə ki, şəxs özü öz ərizəsində onunla bağlanmış əmək müqaviləsini xx.xx.2024-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. Bundan başqa, işçiyə tərəfimizdən güzəştlər olunmuş, belə ki, işçi əmək müqaviləsinin xitam verilməsi ilə bağlı 01 ay qabaqcadan məlumat verməli olduğu halda bunu etməmiş və onunla bağlanmış əmək müqaviləsinə ərizə verildiyi gün xitam verilmişdir. Bundan başqa, AR Əmək Məcəlləsində daha öncəki tarixdə əmək müqaviləsinə xitam verilməsinin qadağan edən müdəalları mövcud deyil. Bundan başqa, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlər ümumiyyətlə qeyri-iş günləri olmuş və həmin günü hər hansı əməliyyatların aparılması mümkün deyildi. Növbəti ilk iş günündə həmin şəxsin ərizəsi alınmış və dərhalda son haqq hesab aparılmışdır. Son haqq hesabın aparılmasını təsdiq edən ödəniş tapşırıqları təqdim edilmişdir. Hətta xx.xx.2024-cü il tarixində işçi tərəfindən ərizə verilsə belə onunla son haqq hesabın aparılması xx.xx.2024-cü il tarixdə mümkün olacaqdır, belə ki, həmin tarixlər qeyri iş günləridir və Azərbaycan Respublikasında heç bir bank həmin tarixdə fəaliyyət göstərmir və ödənişləri həyata keçirmir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, şikayət ərizəsində göstərilən tələb ilə barəmdə qəbul edilmiş qərar bir biri ilə əlaqəli deyil. Belə ki, şikayət ərizəsində şikayətçiyə məxsus əmək kitabçasının onan verilməməsi qeyd edilmiş və hər hansı son haqq hesabın gecikdirilməsindən yazılmamışdır. AR İXM-nin 53-cü maddəsinə əsaəsən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən, MN №0024078 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında inzibati işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək göstərmişdir ki, X12 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "Yongster kids" mağazasında satıcı vəzifəsində çalışmışdır. 26 iyul 2024-cü il tarixdə işə gəlməmiş, 27 iyul 2024-cü il tarixdə bununla bağlı teleqram göndərilmişdir. 27 və 28 iyul 2024-cü il tarixlər həftəsonu, yəni qeyri-iş günlərinə təsadüf etmişdir. 29 iyul 2024-cü il tarixdə işçi işə gələrək ərizə vermiş və ərizəsində qeyd etmişdir ki, 26 iyul 2024-cü il tarixdən işdən azad edilsin. 29 iyul 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 8 ay keçdikdən sonra vətəndaş tərəfindən Əmək Müfəttişliyinə şikayət ünvanlanmış və şikayətdə göstərilmişdir ki, əmək kitabçası ona qaytarılmamışdır. Halbuki işə daxil olarkən işçi əmək kitabçası təqdim etməmişdir. 05 may 2025-ci il tarixdə iştirakları olmadan protokol tərtib edilmişdir. Hesab edirlər ki, Müfəttişlik Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz) istinad etmişdir. Halbuki həmin maddəyə dəyişiklik 2024-cü ilin may ayında edilmiş və 13 avqust 2024-cü il tarixdə qüvvəyə minmişdir. Həmin qanunvericiliyə istinad edilə bilməz. Əmək müqaviləsi bildirişinin imzalanma tarixi xx.xx.2024-cü il tarixdə olsa da, əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2024-cü il tarixdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X13 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş X12 işdən çıxma ərizəsini xx.xx.2024-cü il tarixdə yazmasına baxmayaraq geri tarixə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2 ”a” maddəsinə əsasən xitam verilmiş, eyni zamanda AR ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, vətəndaş X12 işdən çıxma ərizəsini xx.xx.2024-cü il tarixdə yazmasına baxmayaraq geri tarixə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 68.2 ”a” maddəsinə əsasən xitam verilmiş, eyni zamanda AR ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan X7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X8 ilə aralarında imzalanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsini xx.xx.2024-cü il tarixdən ləğv edilməsi və işdən azad edilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ref № **********0/822065939 xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, X3 haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarında olan X8 tərəfindən X9 ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixində “Park Bulvar” Ticarət Mərkəzinin "Youngster" mağazasında satıcı vəzifəsində işdə olmalı idi. İşə gəlməsi, işə gəlmədiyi təqdirdə, müqaviləyə qanuna əsasən xitam veriləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, X7 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixldə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, № 16 əmrdən görünür ki, “mağaza" bölməsində "Satıcı" vəzifəsində işləyən X12 ilə bağlanılmış 62715L7000700 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaş X12 işdən çıxma ərizəsini xx.xx.2024-cü il tarixdə yazmasına baxmayaraq geri tarixə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 ”a” maddəsinə əsasən xitam verildiyindən, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyindən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinib barəsində 1700 (bir min yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görəvəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Qeyd olunan maddə 13 avqust 2024-cü il tarixdən yeni redaksiyada verilmişdir. X7 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmiş, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi bildirişi imzalanmışdır. Göründüyü kimi həmin maddə X7 əmək müqaviləsinə xitam verildiyi tarixdən sonrakı tarixlərə şamil edilir. Həmin dövrdə əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil olduğu tarix müəyən edilmişdir. Göründüyü kimi həmin vaxt əmək müqaviləsinə xitam verilməsinə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin sistemə yerləşdirilməsi deyil, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin sistemə daxil edilməsi tələb olunurdu. Həmçinin qeyd edilməlidir ki, işçi öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Son haqq-hesab da ona xx.xx.2024-cü il tarixdə verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş də xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol verilir. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmrlə xitam verildiyindən, 27 və 28 iyul 2024-cü il tarixlər qeyri-iş günlərinə təsadüf etdiyindən son haqq-hesab qanunvericiliyə uyğun olaraq ilk iş günü, yəni xx.xx.2024-cü il tarixdə ödənmişdir. Beləliklə məhkəmə hesab edir ki, işəgötürən X8 tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsii olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X8 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1366/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1366/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver