Məhkəmə qərarları › İş №3(009)-1367/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1367/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1367/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X5 oğlunun Bakı şəhəri Səbail RPİ-nin 9-ci Polis Bölməsinin sahə rəisi polis mayoru Rahib Zeynalov tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X5 oğlu Bakı şəhəri Səbail RPİ-nin 9-ci Polis Bölməsinin sahə rəisi polis mayoru Rahib Zeynalov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 07.04.2020-ci il tarixində Bakı şəhəri Səbail rayonu ərazisində Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis mayoru Zeynalov onun adına yanlış MN ******* nömrəli protokol tərtib etmişdir. Həmin protokola əsasən verilmiş MN ******* nömrəli qərardan yaşadığı ünvana 22.02.2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 228154 nömrəli bildirişi əsasında məlumat almışdır. Protokolda onun xüsusi karantin rejiminin qaydasını pozaraq icazəsiz küçəyə çıxdığı qeyd edilmişdir. 07.04.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdindəki 1 saylı Bakı DOST mərkəzində könüllü olaraq fəaliyyət göstərirdi və bununla bağlı olaraq elektron hökümət portalında icazəsi olmuşdur. Əlavə olaraq elektron hökümət portalında icazəsinin olduğuna dair sənədin bir nüsxəsini məhkəməyə təqdim edir. Adına yazılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasının təmin edilməsini xahiş edir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, X4 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş və şikayət ərizəsinə müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 07 aprel 2020-ci il tarixdə qəbul edilsə də, şikayətçi şikayət ərizəsində həmin qərardan yaşadığı ünvana 22.02.2021-ci il tarixində daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin 228154 nömrəli bildirişi əsasında məlumat aldığını qeyd etmiş, lakin şikayət məhkəməyə 25 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 oğlu şikayətində qərarı 22.02.2021-ci il tarixində almasını göstərmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X6 oğlunun Bakı şəhəri Səbail RPİ-nin 9-ci Polis Bölməsinin polis mayoru Rahib Zeynalov tərəfindən tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda ona izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Bakı şəhəri Səbail RPİ-nin 9-ci Polis Bölməsinin polis mayoru Rəhib Zeynalov tərəfindən tərtib edilmiş MN ******* nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar