Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1368/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon Məhkəməsi Az 1003, Bakı şəhəri, M.Useynov küçəsi 5, tel: (012) 491-07-09, faks (028) 491-32-15 İş № 3(009)-1368/2020 xx xxxx 2020-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Şəxs inzibati xəta törətməsi barədə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması xx xxxx 2020-ci il tarixə, saat 18:45-ə təyin edilmişdir. Qeyd olunan tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakını təmin etməyinizi xahiş edirik. Göstərilən tarixdə məhkəmə iclasında iştirakınız (səlahiyyətli nümayəndənizin şəxsiyyətini təsdiq edən sənədlə iştirakını təmin etməyiniz) xahiş olunur. HAKİM AZƏR TAĞİYEV Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azəroğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİ-nin 9-cü PB-nin sahə rəisi polis mayoru X2 iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib olunmuş raporta əsasən, Şəxs karantin qaydalarını pozduğuna görə Səbail RPİ-nin 9-cu PB-sinə dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş MN seriyalı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş MN serialı ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 22.10 radələrində Səbail rayonu, Ə.Cavad küçəsində epidemiya əleyhinə rejim, sanitar gigiyena və karantin rejimini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş AZA ******* nömrəli xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 20.30da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 9-cü PB-nin sahə rəisi polis mayoru X3, inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, özünü təqsirli bilmədiyini və karantin qaydalarını pozmadığını bildirərək barəsində inzibati tənbeh tətbiq edilməməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı X6 bildirmişdir ki, Şəxs müvafiq icazə olmadan küçədə hərəkət etdiyinə bununla da karantin qaydalarını pozduğuna görə polis bölməsini dəvət olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah xx xxxxx 2020-ci il tarixdə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” qərar vermişdir. Həmin qərara əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər ( SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli və şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 avqust saat 00:00-dək uzadılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs vəziyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi var və ona inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 22:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1368/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1368/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver