Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-137/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X5 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023- cü il tarixli 3-29-59/3-1-1602K/2023 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 239 nömrəli tam orta məktəbin direktoru təyin edilmiş və hal-hazıradək həmin məktəbin direktoru vəzifəsində çalışır. X1 239 nömrəli tam orta məktəbdə əmək haqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı DOST mərkəzinə edilmiş müraciəti nazirlik yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsində baxılaraq xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edərək “X1 əmək müqaviləsinin xx.xx.2023-cü il tarixində xitam verildiyi halda ƏM-nin 172.4-cü maddəsinin tələbləri pozularaq son haqq hesab gecikdirərək xx.xx.2023-cü il tarixdə ödənildiyi qeyd olunaraq guya o, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən onun İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən 700 manat cərimə olunmağı ilə bağlı MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarar qəbul edilmişdir Aşağıda qeyd etdiyi dəlillərə və İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın ona heç bir aidiyyəti olmadığı üçün inzibati tənbehvermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir: İş materiallarına əlavə olunmuş əmrlərdən və əmək müqaviləsindən də görünür ki, X7 Bakı şəhəri T.Məmmədov adma 239 nömrəli tam orta məktəbdə müəllim işləmişdir. 1955-ci il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə çalışmanın son yaş həddinə çatmışdır. Lakin BŞTİ-nin təlimat məktubuna əsasən 2020-2021, 2021-2022 və 2022-2023-cü il tədris illərində müddətli əmək müqaviləsinə əsasən müəllim işləmişdir 2023-2024-cü tədris ilində onunla əmək müqaviləsinin uzadılması Bakı şəhəri Təhsil İdarəsi tərəfindən məqəsədə müvafiq hesab edilməmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir İnzibati xəta haqqına tətib edilmiş protokoldan, qərardan və şikayətə əlavə etdiyi digər sənədlərdən göründüyü kimi X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Ərizəyə əlavə edilmiş əmrin surətindən göründüyü kimi o, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023- cü il tarixli 3-29-59/3- 1160K/2023 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 239 nömrəli tam orta məktəbin direktoru təyin edilmişdir. X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi və ona ödəniləcək son haqq hesabın xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri 239 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmamış idi. Həmin tarixlərdə o, Bakı şəhəri 232 nörməli tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. X4 işdən çıxma əmrini imzalayan şəxs 239 nömrəli məktəbin əvvəlki direktoru olmuşdur. Qeyd edir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məktəbdən sənədlər tələb edilmişdir. Tərəfindən inzibati orqana xx.xx.2023-cü il tarixli 1204 nömrəli məktubla cavab məktubu verilərək X4 işdən azad olunması ilə bağlı əmrin onun işlədiyi dövrə aid olmadığını, onun həmin məktəbə xx.xx.2023-cü il tarixdən direktor vəzifəsinə təyin olunduğu barədə sənədlər əsasında rəsmi məlumatlar verilməsinə baxmayaraq inzibati xəta pozuntusunun ona heç bir aidiyyəti olmamasına baxmayaraq inzibati orqan tərəfindən onun barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli protokol tərtib edilmiş və İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən 700 manat cərimə olunmağı ilə bağlı MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir Göründüyü kimi inzibati xəta pozuntusu olmuş olsa da belə həmin inzibati xətanın ona heç bir aidiyyətinin olmaması barədə inzibati orqana rəsmi məlumat vermiş olsa da, lakin inzibati orqan tərəfimdən təqdim edilmiş sənədlərin hüquqi əsasını araşdırmamış və nəticədə onun barəsində qanunsuz qərar qəbul etmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə, 700 manat miqdarında inzibati cərimə edilməyi barədə xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X9 şikayəti müdafiə edərək bildirmişdir ki, X7 Bakı şəhəri 239 nömrəli tam orta məktəbdə müəllim işləmişdir. X4 işdən azad olunması ilə bağlı əmrin onun işlədiyi dövrə aid deyil, o, həmin məktəbə xx.xx.2023-cü il tarixdən direktor vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X10 şikayətə etiraz edərək təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərini pozulmuş, son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Nəticədə X2 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərin pozularaq son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənildiyindən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-59/3-1602K/2023 saylı əmrinə əsasən X5 02 oktyabr 2023-cü il tarixdən Bakı şəhəri 239 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş lakin Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərin pozularaq son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənildiyindən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, X9 barəsində tərtib edilmiş protokola əsas Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinin pozularaq işçinin əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesabın gecikdirilərək ödənilməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri ilə X5 xx.xx.2023-cü il tarixdən Bakı şəhəri 239 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunması müəyyən olunmuşdur. Belə olan halda isə həmin şəxs vəzifəli şəxs qismində qəbul edilərək barəsində əsassız olaraq inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X5 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, hazırki hal üzrə istinad edilən inzibati xətanın subyekti X9 deyildir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunan X5 təqsirli olması barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən, inzibati xəta tərkibinin olub-olmaması araşdırılmadan X9 barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X5 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin inzibati tənbehvermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-137/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-137/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver