Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1370/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, şikayətçi X2, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 nümayəndəsi X1iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx xxxx 2020-ci il tarixdə kənar dairəvi yolla X8 istiqamətinə evinə gedərkən, icazəsinin bitməsinə 30-35 dəqiqə qalmış karantin qaydalarının yoxlanılmasına görə qurulmuş postda sıxlıq yaranmışdır. O, həmin sızlıqda 30 dəqiqə qaldığından, həmin postda onun SMS icazəsinin vaxtı bitmişdir. Polis əməkdaşı onun SMS icazəsinin olub-olmamasına baxmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki ona protokol tərtib edildiyi ərazi ilə onun evinin məsafəsi təqribən 1 km edir. Göründüyü kimi onun SMS icazəsinin vaxtının bitməsi ondan aslı olmayan səbəbdən, yəni postda sıxlıq yarandığından baş vermişdir. O, bu hadisə ilə bağlı həm Baş Polis İdarəsinə, həm də “102” xidmətinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətini müdafiə edərək barəsində Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin nümayəndəsi X4 Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı müdafiə edib, X2 şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 12:35 radələrində idarə etdiyi “BYD F3” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalından çıxarışdan görünür ki, 2020-ci il 22 iyun tarixində saat 10:25-dən-12:25-dək SMS-icazə sistemində vətəndaş X3 (AZE № 14645384) adına icazə qüvvədə olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X6 xx.xx.2020-ci il tarixdə, saat 12:35 radələrində, idarə etdiyi və istifadəsində olan “BYD F3” minik markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən, Bakı şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı tərəfindən saxlanılaraq barəsində İXM-nin 211-ci maddəsinin tələblərini pozduğu üçün xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında Ruslan Tağıyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə X5istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Elektron Hökümətin İnkişafı Mərkəzinin portalına əsasən 2020-ci il 22 iyun tarixində saat 10:25-dən-12:25-dək SMS-icazə sistemində vətəndaş X3 (AZE № 14645384) adına icazə qüvvədə olmasına baxmayaraq, onun barəsində əsassız olaraq Bakı şəhər DYPİ-nin inspektoru tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin göründüyü kimi X7 barəsində xx xxxx 2020-ci il tarixdə, saat 12:35-də inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin onun icazə müddəti həmin gün saat 12:25-də bitmişdir. Bununla bağlı şikayətçi postda tıxacda qaldığını, başqa sözlə ondan aslı olmayan səbəblərdən qeyd edilən müddətin bitməsini qeyd etsə sə, bunun əksi olaraq məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şikayətində göstərdiyi dəlilləri inandırıcı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, X3təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Müəyyən edilmişdir ki, X5 2020-ci il 22 iyun tarixində saat 10:25-dən-12:25-dək yaşayış yerini tərk etmək üçün SMS-icazə verilməsinə baxmayaraq Bakı şəhər DYPİ-nin inspektoru tərəfindən əsassız olaraq İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bununla da, protokol tərtib etmiş şəxsin gəldiyi nəticə, yəni Ruslan Tağıyevin müvafiq icazəsi olmadan yşaayış yerini tərk etməsi işin faktiki hallarına uyğun gəlməmişdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Ruslan Tağıyevinşikayəti təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 xx xxxx 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X11 xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarınsurətitərəfə təqdimedildiyivə yaalındığı gündən 10 (on) günmüddətində Bakı şəhəriSəbailRayonMəhkəməsivə ya birbaşa Bakı ApelyasiyaMəhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1370/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1370/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver