Məhkəmə qərarları › İş №3(009)-1370/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1370/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1370/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X1 və protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 05 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Səbail rayonu, Kiçik Qala ev 90 nömrəli evin qarşısı ünvaında yerləşən “Kasamasa” restoranın fəaliyyəti zamanı təmizləyici qurğudan çıxan tüstüdə zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən norma həddindən artıq olduğu müəyyən edilmişdir. Nəticədə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X6, protokolu müdafiə edərək "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X1 hüquqi şəxs "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi 79839 saylı saylı 24 may 2023-cü il tarixli aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Kasamasa restoranında, idarənin 19 may 2023-cü il tarixli 141 saylı sərəncamına əsasən tərəfimizdən Səbail rayonu, Xidməti ərazisində ətraf mühitin mühafizəsi haqqında, Atmosfer havasının mühafizəsinin qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə keçirilən reyd zamanı ünvan 2 ünvanında “Kasamasa” restoranının hüquqi adı "xxxx" MMC ətrafında tüstü və iy qoxu müşahidə edilmişdir. X7 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən bizim və restoranın nümayəndəsi kimi özünü təqdim edən X3 iştirakı ilə ölçmə analiz işləri aparılmış, aparılan ölçmə işləri zamanı atmosferə atılan tullantıların miqdarı ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən edilərək bununla bağlı 20 may 2023-cü il tarixdə 000627 nömrəli monitorinq aktı tərtib edilmişdir. Araşdırma zamanı “Kasamasa” restoranının nümayəndəsi X4 ölçmə işlərinin nətiəcələri təqdim edilmiş və atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olduğu izah edilmişdir. Restoranın nümayəndəsi X8 yazılı izahatında atmosferə atılan tullantıların normadan artıq olmasına baxmayaraq qaz-toz tutucu qurğunun 15 gündən bir təmizləndiyini və sonuncu təmizləmənin 2 həftə öncə aparıldığını bildirmişdir. Qeyd olunanlarla əlaqədar X4 Atmosfer Havasının mühafizəsi haqqında qanunun tələblərinin pozulduğu izah edilərək akt və MMC barəsində protokol tərtib olunacağı bildirilmiş. O, isə öz növbəsində akta imza etməkdən imtina etmişdir. Araşdırma müddətində əldə olunan sənədlər, izahat, fotoşəkillər və xx.xx.2023-cü il tarixli monitorinq aktı əlavə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli yerinə yetirilmiş işlərin təhvil aktından görünür ki, "xxxx" MMC tərəfindən “Kasamasa” restoranında bir manqal iki zont üç mühərrik və ümumi tüstü bacaları yağlardan təmizlənib təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 28 avqust 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan “Kasamasa” restoranına müvafiq müəssisəsində reyd zamanı yoxlama keçirilmişdir. Bu səbəbdən də qanunvericiliklə imperativ qaydada sahibkara və ya onun nümayəndəsinə təqdim edilməsi nəzərdə tutulan üç zəruri sənəddən biri, yəni yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış sonuncuya təqdim edilməmiş və nəticədə, yoxlamanın aparılmasının qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydası pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, “Kasamasa” restoranının müvafiq müəssisəsində reyd zamanı aparılan yoxlamanın keçirilməsi qeyri-qanuni hesab edilməli və həmin yoxlama zamanı toplanmış matreriallar “Kasamasa” restoranının inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Bundan əlavə "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yerinə yetirilmiş işlərin təhvil aktından da göründüyü kimi, “Kasamasa” restoranında manqal iki zont, mühərrik və ümumi tüstü bacalarının təmizlənmə işləri aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar