Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1371/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Nümayəndə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Nümayəndə şikayətlə məhkəməyə müraciət edərək mülkiyyətində olan “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin EQ ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, X1 25.05.2021-ci il tarixdə, saat 15:43 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Fəthi Xoşqinabi küçəsində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət surətini 21 km/saat həddində aşdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərarlardan şikayət X1 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməmiş şəxs Nümayəndə tərəfindən verilmişdir. Halbuki, Nümayəndə həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nümayəndə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 3(009)-1285/2021 saylı qərardadı ilə Nümayəndə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarından verdiyi şikayət geri qaytarılmış və qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olmasını izah edilməsinə baxmayaraq o, təkrar eyni şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Nümayəndə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 25.05.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1371/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1371/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver