Məhkəmə qərarları › İş №3(009)-1374/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1374/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1374/2020 22.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Aşurovun iştirakları ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, işləməyən, subay, Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MNNo0392211 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Cəlilabad rayon Məhkəməsinin 2(073)- 3100/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hər ay xx.xx.2008-ci il təvəllüdlü X1 üçün 100 manat alimenti X2 ödəməlidir. Lakin Şəxs həmin icra sənədini icra etməmiş və onun hazırda 2000 manat aliment borcu yaranmışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Aşurov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, əvvəllər AR CM-nın 234 və 178-ci maddələri ilə məhkum edilmiş,2017-ci ildə Amnistiya aktına əsasən azadlığa çıxmış, lakin heç bir yerdə işləmədiyi və maddi imkanı olmadığı üçün bu günədək aliment ödəyə bilməmişdir. Yəni aliment ödəməyə maddi imkanı yoxdur. O bilir ki, uşağı saxlama onun borcudur. İş materiallarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin xarakterini, alimentlə əlaqədar yaranmış borc məbləgini, onların yaranma səbəbini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Şəxs inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyəti, inzibati işin hallarını, inzibati xətanın xarakterini və onun maddi vəziyyəti nəzərə alınmışdır. Məhkəmə Şəxs inzibati tənbeh kimi cərimə tədbirinin tətbiqini kifayət hesab etməyərək, onun barəsində inzibati tənbeh növü kimi inzibati həbs təyin edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 22, 40, 43, 48-51, 115.1.1, 117, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilsin. Həbs etmənin müddəti Şəxs faktiki tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar