Məhkəmə qərarları › İş №3(009)-1378/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1378/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1378/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1996-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Əmirov ükçəsi, ev 36, mənzil 46-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsində daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 28.06.2021-ci il tarixli APNo0146251 saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 28.06.2021-ci il tarixdə saat 22:55 radələrində idarə etdiyi “Toyota” markalı ** CX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə hərəkət edərkən avtomaşının təkərini yolun səthindən qaldırmaqla idarət etmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o avtomaşını idarə edərkən onun təkərlərini qaldırıb idarə etməmişdir. Hesab edir ki, barəsində protokol düzgün tərtib olunmamışdır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin olması sübut olunmadığı üçün inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında izahatı alınmış DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı X2 göstərmişdir ki, ərazidə xidmət apararkən “Toyota” markalı avtomaşının qaydaları pozduğunu müşahidə etmiş və bu səbəbdən onun barəsində müvafiq protokol tərtib etmişdir. Lakin həmin pozuntunun törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir, bununla bağlı videogörüntülər mövcud deyil. AR İXM-nın 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə yaranır. AR İXM-nın 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi inzibati protokolu tərtib edən orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib edən orqan tərəfindən Şəxs inzibati xəta törətməsini təsdiq edən sübutlar protokola əlavə olunmadığı üçün, habelə Şəxs inzibati xəta törətməsini etiraf etmədiyi üçün, bununla da onun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması şübhəli olduğu üçün, bu şübhələr onun xeyrinə həll edilməlidir. AR İXM-nın 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işin icraatına xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin olması sübut olunmadığı, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmədiyi üçün başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar