Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1379/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-2789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, X2 xx.xx.2025 saat 16.22 tarixində Azneft dairəsi yaxınlığında hərəkətsiz vəziyyətdə və avtomobil nasaz olduğu üçün saxladığı zaman ilk öncə Moto DYP komandiri **-YP-*** yaxınlaşaraq avtomobili götürməyini tələb etmişdir. Daha sonra isə Azneft dairəsində olan DYP moto əməkdaşı yaxınlaşaraq İXM 322.0.8 maddəsi ilə protokol tərtib etmişdir. Protokolu belə təqdim etmədən ərazidən uzaqlaşmışdır. Şikayətçi hadisədən 4 saat keçdikdən sonra tərtib olunan prokolu B.Ş.D.Y.P. almışdır. İdarə etdiyi avtomobil London TX 4 markalı hətta texniki pasportunda taksi kimi qeyd olunan minik vasitəsidir. Bildirmişdir ki, Azneft dairəsində isə heç bir nişan yoxdur. Nişan olmadığı bir halda hərəkətsiz vəziyyətdə həm də nasaz bir avtomobilə protokol tərtib etmək nə dərəcədə düzgündür? Tərtib olunan protokol barəsində görüntü tələb etsə də bu günə kimi hec bir sübut təqdim olunmayib. Yazdığı protokoldan şikayət edəcəyini bildirsə də 10 günlük şikayət etmə hüququndan onu məhrum edərək həmin protokolu qərarlı olaraq tərtib etmişdir. xx.xx.2025-ci il saat 16:22-də tərtib olunan protokol ilə əlaqədar olaraq araşdırma aparılması üçün BŞDYPİ-dən videogörüntü tələb olunsun əgər videogörüntü və ya digər sübutlar olmadığı halda həmin protokolun xitam olunmasi barəsəd qərar qəbul edilsin.İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, X3 barəsində qəbul edilmiş qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı bildirmişdir ki, Salman İbrahimovun şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X3 22 aprel 2025-ci il tarixində saat 16:22 radələrində idarə etdiyi TAKSİ 4 LONDON TAXİS minik markalı nəqliyyat vasitəsini 5.14 nişanı ilə işarələnmiş duracaq yerindən kənar yerdə saxlayaraq İXM-nin 322.0.8-ci maddəsində nəzərdə tutulmuş yerdə avtomobili saxlamışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV-l-ci hissəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8-ci maddəsinə əsasən taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə 50 manat inzibati cərimə tətbiq edilir. Göründüyü kimi YPX inspektoru ilə dialoq zamanı yol hərəkəti qaydasını pozan İXM-nin 322.0.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Salman İbrahimov harada saxlamasını soruşaraq törətdiyi xətanı etiraf etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahiş edirəm barəsində qərar çıxarılmış X2 şikayəti əsassız olduğundan təmin edilməməsi barədə qərar çıxarasınız. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7218849 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7218849 saylı inzibati tənbeh vermə haqqında qərar ilə X3 xx.xx.2025 saat 16.22 tarixində Neftçilər prospekti yaxınlığında ünvanında Taksi 4 London Taxis minik markalı avtomobillə İXM-in 322.0.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.8-ci maddəsinə əsasən 322.0.8. taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə-əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırki halda X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 322.0.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7218849 tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP7218849 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1379/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1379/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver