Məhkəmə qərarları › İş №3(009)-1380/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1380/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1380/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Nəsibov Rəşad Eldar oğlunun katibliyi ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 35-də qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu PB-si tərəfindən tərtib edilmiş 30.06.2021-ci il tarixli MN№1100623 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs 26.06.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsi, “Pendir çörək” kafesində ictimai qaydanı pozaraq nəlayiq söyüşlər söymüşdür. Həmin hadisə ilə əlaqədar polis bölməsinə müraciət edən şəxsin ərizəsinin araşdırılması məqsədilə polis bölməsinə dəvət edilən zaman polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla əlaqədar Səbail rayon Pİ-nin 9-cu PB-nin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutumuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilməyərək öz ifadəsində göstərmişdir ki, kafenin yerləşdiyi bina onun ulu babasına məxsusdur. Babası kərbaliyi olmuş və din adamı olmuşdur. Babası yuxusuna gerib ona demişdir ki, yaşadığı evi içkixanıya çeviriblər, sən hara baxırsan. O da həmin kafeyə getmiş və orada işləyənlərə bildirmişdir ki, bu bülk ona babasına məxsusdur, o din adamı olduğu üçün orada içki verilməsin. Sonra onu zorla kafedən çıxarmışlar, o bu barədə polis bölməsinə şikayət etmişdir. Polis bölməsinə dəvət edilərkən ora gəlmiş, sonra evə getmək istəyərkən polislər onu təkrar saxlamışlar. Məhkəmə toplanmış materialları araşdıraraq, şahid ifadələrini dinləyib və video diskə baxış keçirdib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında ifadəsi alınmış X4 öz ifadəsində göstərmişdir ki, o, kafenin icarədarıdır. 20.06.2021-ci il tarixdə kafeni inzibatçısı Davud ona zəng edərək bir nəfər şəxsin kafeyə gələrək kafenin onun baba mülkü olmasını bildirməsini demişdir. O demişdir ki, həmin adama diqqətlə qarşılayıb yola salın. 2-ci gün təkrar Davud zəng edərək həmin adamın yenidən gəlməsini bildirmiş və narahatçılıq yaratdığını və kafenin sahibi kimi onun görüşmək istədiyini demişdir. 3-cü gün kafeyə gələrkən ortağı Anarla Tərlanı kafenin qarşısında görmüş, Tərlanı orada ilk dəfə görmüşdür. Tərlan nəlayiq ifadələr işlədərək yüksə tonla söyüş söymüş, kənarda olan insanların diqqətini özünə cəlb etmiş, orada olan polis nəfərini onlar həmin yerə dəvət etmişlər. Sonra Tərlanı həmin yerdən uzaqlaşdırmışlar. Bundan sonrakı günlərdə Tərlan gələrək kafedə narahatçılıq yaratmış, kafenin iş fəaliyyətinə mane olmuş, onun avtomaşınına ziyan yetirmişdir. Bütün bunlarla bağlı o polis bölməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi alınmış X1 öz ifadəsində göstərmişdir ki, kafeni Rövşənlə ortaqlı işlədir. Davud ona zəng edərək bir nəfər şəxsin kafeyə gəlib narahatçılıq yaratmasını bildirmişdir. O kafeyə gələrək həmin şəxslə - Tərlanla görüşmüşdür. Çox normal söhbətləri olmuş, söhbət əsnasında Tərlan bildirmişdir ki, kafenin yerləşdiyi bina babasına məxsusdur və bu səbəbdən icarə haqqı ona verilməlidir. O isə bildirmişdir ki, vəkillər var, qoruq idarəsi var, bununla bağlı müraciət etsin, müvafiq hüquqmüəyyənedici sənəd əldə etsin və bundan sonra həmin yerlə bağlı tələb irəli sürə bilər. Tərlan bildirmişdir ki, hər gün gəlib kafedə yeyib-içəcək. O isə demşidir ki, yediyi yeməyin pulunu ödəməlidir. Tərlan demişdir ki, pulu qoruq ödəyəcək. Axşam yeməyin pulu 40 manat təşkil etmiş, qəbz Tərlana ediləndə o qəbzin üzərində “Qoruq ödəyəcək” yazaraq pulu ödəməmişdir. Belə olan halda o demişdir ki, kafedə ona xidmət edilməyəcək. Sonra Tərlanı kafedən kənarlaşdırmışlar, həmin vaxtı Rövşən də ora gəlmiş. Tərlan nəlayiq ifadələrlə, yüksək tonla onların ünvanına söyüşlər söymüş, ətrafda səs-küyə insanlar toplanmış və ictimai qaydanı pozmuşdur. Sonradan onun bu hərəkətləri ilə bağlı polis orqanlarına müraciət edilmişdir. Məhkəmə iclasında ifadəsi alınmış X2 öz ifadəsində göstərmişdir ki, o kafenin inzibatçısıdır. 20.06.2021-ci il tarixdə Tərlan adlı şəxs kafeyə gələrək binanın babasına məxsus olmasını demiş, nə qədər icarə haqqı verilməsini soruşmuşdur. O bu barədə Rövşən müəllimə məlumat vermiş, Rövşən müəllim bildirmişdir ki, lazımi qaydada onu yola salsınlar. İkinci gün də Tərlan kafeyə gəmiş, yenidən narahatçılıq yaratmış, Rövşən müəllimlə görüşmək istədiyini bildirmişdir. 3-cü gün Anar müəllimlə Tərlan kafedə görüşmüş, Tərlanın yanında yaşlı, yaxasında “Press” sözü yazılmış bir şəxs olmuşdur. Tərlan yenidən narahatçılıq yaratmış, Anar müəllim onu çölə çıxartmaq istəyərkən Tərlan ona qarşı nəlayiq ifadələr işlədərək səs tonunu yuxarı qaldırmış, insanlar həmin yerə gəlmişdir. Sonra Tərlan həmin yerdən uzaqlaşdırılmışdır. Eyni zamanda gecə vaxtı onun telefonuna zəng gəlmiş, danışan özünü lotu Bəxtiyarın qardaşı oğlu kimi təqdim etmişdir. Sonra Tərlanın niyə xətrinə dəydiyini demiş və sonra onun və Rövşən müəllimin ünvanına nəlayiq ifadələr işlətmişdir. İş üzrə Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş MN1100623 seriyalı inzibati xəta haqqında protokola əsasən Şəxs AR İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi faktı tam təsdiq olunur. İş üzrə video diskə baxış keçirilərkən müəyyən edilmşidir ki, polis bölməsinə dəvət olunmuş Şəxs polis bölməsinin inzibati binasının tərk etməsi və polis əməkdaşlarının onun arxasınca qaçmaları müəyyən olunur. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, AR İXM-nın 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətdiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən göründüyü kimi həmin maddənin saknsiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını, yəni Şəxs ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsini, eyni zamanda polis əməkdaşlarının qanuni tələblərinə tabel olmamaqla polis bölməsinin inzibati binasını icazəsiz tərk etməsini nəzərə alaraq hesab edir ki, ona törətmiş olduğu inzibati xətaların daha ciddi olanı ilə, yəni AR İXM-nın 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə inzibati tənbeh verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilisin və AR İXM-nın 34.3-cü maddəsinə əsasən onun barəsində AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar