Məhkəmə qərarları › İş №3(009)-1382/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1382/2022

31.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1382/2022 31.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayonu İcra şöbəsindən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7592/2018-003 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməli və alimetin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Borclu Şəxs məcburi gətirilməsi barədə xx.xx.2021- ci il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs məcburi gətirilmə barədə təqdimatı təmin edilmiş və qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs polis tərəfindən xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verimiş, şöbədə olarkən izahat alınmış və o, verdiyi izahatında qalıq 5800 manat aliment borcu olduğunu, hazırda işsiz olduğunu, həmçinin tələbkara 500 manat ödəniş edə biləcəyi bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərdiklərini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, işlə təmin olunduqdan sonra aliment borcunu tam şəkildə ödəyə bilər. Hal hazırda tələbkara 500 manat məbləğində pul verə bilər. Məhkəmədən barəsində həbs ilə bağlı olmayan başqa bir inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 bildirmişdir ki, yığılan aliment borcunu tam məbləğdə borcludan tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında MN ******* nömrəli protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-7592/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7592/2018-003 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq X1 xeyrinə ödənilməli və alimetin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Eyni zamanda borcluya məxsus tələbin yönələ biləcək əmlakı aşkar etmək məqsədi ilə aidiyyəti qurumlara sorğu ilə müraciət edilmişdir. Borclu Şəxs məcburi gətirilməsi barədə xx.xx.2021- ci il tarixdə təqdimatla Səbail rayon məhkəməsinə müraciət edilmişdir. Səbail rayon məhkəməsinin 8(009)-56/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Şəxs məcburi gətirilmə barədə təqdimatı təmin edilmiş və qərardad icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul edilərək Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs polis tərəfindən xx.xx.2022-ci il tarixdə şöbəyə təhvil verimiş, şöbədə olarkən izahat alınmış və o, verdiyi izahatında qalıq 5800 manat aliment borcu olduğunu, hazırda işsiz olduğunu, həmçinin tələbkara 500 manat ödəniş edə biləcəyi bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Əhmədov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 31 avqsut 2022-ci il tarixdən hesablansın. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X7 X2 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar