Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1383/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs İbadağa qızının iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 iyun 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, “B” kateqoriyalı sürücülük vəəsiqəsi ilə atomobil idarə edir. 27.05.2021-ci il tarixdə saat 11:00 radələrində o özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “X4” minik markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Səlyan yolu ilə hərəkət edib şəhərə doğru geriyə dönmək üçün “Su İdman” sarayına doğru yerləşən yol ayrıcısına doğru hərəkət etməyə başlamışdır.O şəhəri yaxşı tanımadığı üçün naviqatordan istifadə edərək avtomobili idarə etmişdir.Belə ki, qeyd etdiyi hərəkət ayrıcısına çatdıqda naviqator bir qədər onu çaşdırdığı üçün baş yol hərəkət istiqamətinə daxil olmuşdur.Baş yol hərəkət istiqamətinə daxil olan zaman hərəkətdə olan yolun yalnız sağ və sol istiqamətə nəzərdə tutulduğunu başa düşmüş və avtomobilin sürətini özündən asılı olmayaraq bir qədər azaltmışdır.Bu zaman sağ istiqamətdən, Bibiheybət istiqamətindən baş yolla hərəkət edən Hyundai markalı avtomobilin yoluna çıxdığı üçün həmin avtomobil idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə toqquşması nəticəsində YNH-si baş vermişdir. Baş vermiş hadisədən sonra avtomobildən düşüb məsələyə aydınlıq gətirməyə başlamışlar.Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar.Həmçinin hadisə zamanı digər avtomobildə sərnişin qismində əyləşmiş bir uşaq xəsarət aldığı üçün TTYS-na müraciət olunmuşdur.Oraya həkim briqadası gəlib həmin azyaşlı uşağa ilkin tibbi yardım göstərib çıxıb getmişlər.Daha sonra Şəxs bildirmişdir ki, hadisə zamanı o avtomobili 30 s/km sürətlə idarə etmişdir.Lakin hadisə baş verən zaman səhvən baş yola girməyini başa düşüb sürətini azaltmış və həmin zaman hadisə baş vermişdir.Həmin Hyundai marakalı avtomobillə toqquşma təhlükəsini təxminən 3 metr məsafədə hiss etmişdir. Məsafə çox az olduğundan təhlükənin qarşısını almağa texniki imkanı olmamışdır.Onun avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır, həmin vaxt o spirtli içki qəbul etməmişdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs İbadağa qızı izahatında göstərmişdir ki, o “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. 27.05.2021-ci il tarixdə saat 11:00 radələrində o etibarnamə əsasında idarə etdiyi “Hyundai Veloster” minik markalı, **-EN-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Səbail rayonu Səlyan yolu ilə şəhər istiqamətinə doğru hərəkət etmişdir.Həmin zaman azyaşlı qızı, yəni 2009-cu il təvəllüdlü X2 idarə etdiyi avtomobildə arxa sağ tərəfdə sərnişin qismində oturmuşdur. Belə ki, qızını dərsə aparmaq üçün qeyd etdiyi küçə ilə hərəkət edən zaman sol isiqamətdən baş yola daxil olan avtomobil gözlənilmədən idarə etdiyi hərəkət zolağına daxil olaraq idarə etdiyi avtomobilin qarşısına çıxmışdır.O bunu görüb tormuz əyləncini basmışdır ki, təhlükənin qarşısını ala bilsin.Lakin məsafə az olduğu üçün buna texniki imkanım olmamış və bu səbəbdən yoluna çıxan avtomobili idarə etdiyi avtomobil ilə toqquşması nəticəsində YNH-si baş vermişdir.Bir qədər sonra avtomobildən düşüb məsələyə aydınlıq gətirməyə başlamışdır.Bu vaxt həmin avtomobili idarə edən şəxsin qadın sürücü olması ona məlum olmuşdur.Hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmağa başlamışlar. Hadisə zamanı qızı Nərmin sol qolunda ağrılar hiss etdiyi üçün TTYS-na müraciət olunmuşdur. Həkim briqadası oraya gəlib qızı Nərminə ilkin tibbi yardıb göstərib getmişlər. Hadisədən daha sonra o da bədənində ağrılar hiss etməyə başlamış və buna görə qızı Nərminlə birlikdə Travmatologiya xəsatəxanasına müraciət etmişlər. Orada onları müayinə edib, lazımı yardım göstərib və ambulator müalicə üçün evə buraxmışlar.Həmçinin almış olduğu xəsarətlər onları narahat etdiyi üçün göndəriş əsasında 28.05.2021-ci il tarixdə Neyrocərrahiyyə xəstəxanasınada müraciət edib tibbi yardım almışlar. Hal-hazırda o və qızı Nərmin müalicələrini evdə davam etdirirlər. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı o avtomobili 60 s/km sürətlə idarə etmişdir. Hyundai Santafe markalı avtomobillə toqquşma təhlükəsini təxminən 3-4 metr məsafədə görmüşdür. Onun avtomobili idarə etmək üçün bütün sənədləri qaydasındadır, hadisə zamanı o spirtli içki qəbul etməmişdir. Şəxs ona dəymiş ziyanı ödəməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, sürücü Şəxs 27.05.2021-ci il tarixdə saat 11:00 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “X4” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Səlyan yolu küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq edib yolayrıcısına daxil olaraq həmin anda baş yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs İbadağa qızının etibarnamə əsasında idarə etdiyi “Hyundai Veloster” minik markalı, 99-EN- 125 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs İbadağa qızının yüngül bədən, sonuncunun idarə etdiyi avtomobilin sərnişini olan 2009-cu il təvəllüdlü azyaşlı X1 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış material Səbail RPİ-nin DYPŞ-yə göndərilmişdir. Məhkəmə-tibbi ekspertizanın 308 saylı 04.06.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs İbadağa qızının almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olanan qapalı kəllə beyin travması, döş qəfəsinin və sağ saidin orta və aşağı 1/3nin ön səthlərinin, qarının ön divarının qançırları, eləcə də sol diz oynağı nahiyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.05.2021-ci il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan digər avtomobillə toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizanın 309 saylı 04.06.2021-ci il tarixli rəyindən görünür ki, 2009-cu il təvəllüdlü azyaşlı X1 bədəni üzərində müəyyən edilmiş xəsarət-döş qəfəsinin sol yarısının ön səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 27.05.2021-ci il tarixdə avtomobil travması, o cümlədən hərəkətdə olan digər avtomobillə toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 27.05.2021-ci il tarixli, 2/14619 nömrəli aktından görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 27.05.2021-ci il tarixli, 2/14621 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs İbadağa qızı həmin tarixdə ayıq olmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, sürücü Şəxs 27.05.2021-ci il tarixdə saat 11:00 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “X4” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Səlyan yolu küçəsində hərəkətdə olarkən ehtiyatsızlıq edib yolayrıcısına daxil olaraq həmin anda baş yolla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs İbadağa qızının etibarnamə əsasında idarə etdiyi “Hyundai Veloster” minik markalı, 99-EN- 125 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində sürücü Zərərçəkmiş şəxs İbadağa qızının yüngül bədən, sonuncunun idarə etdiyi avtomobilin sərnişini olan 2009-cu il təvəllüdlü azyaşlı X1 dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə zərərçəkmiş şəxsin Mahir Quliyevə qarşı şikayəti və tələbinin olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 27, 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. (İXP ******* ) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1383/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1383/2021
16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver