Məhkəmə qərarları › İş №3(009)-1388/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1388/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1388/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə2, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında protokolu Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-993/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-843/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 15 aprel2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində Abşeron rayonu, Zirə Sovxozunda yerləşən Şəxs MMC-yə məxsus istixananın ətraf mühitin müəsisisə monitoringinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrfüt fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Şəxs MMC etirazını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2025 ci il tarixli, xx.xx.2025 ci il tarixli, xx.xx.2025 ci il tarixli məktublar və xx.xx.2025 ci il tarixli MN ******* saylı protokol rəsmi olaraq nə hüquqi ( Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov ,ev3/6,m56A) ünvana nədə faktiki (Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 57,H blok,396m) ünvana çatdırılmamışdır. Eyni zamanda sənədlərdə əlavə edilmiş elektron poçt ünvanı ilə göndərilmiş kimi qeyd edilən bildiriş səhv elektron poçt ünvanına göndərilmişdır (bizim belə email ünvanımız yoxdur), yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən məktubların, bildirişlərin rəsmi olaraq çatdırılması, rəsmi qəbul və ya imtina edilməsi haqqında heç bir təsdiqedici sənədi yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin Aparıcı müfəttişi Rövşən Mehdiyevin xx.xx.2025 ci il tarixli Xidməti məlumatında qeyd edilən xx.xx.2024 cü il tarixli 3-14-43/2-1724/2024 saylı xəbərdarlıq məktubu rəsmi olaraq bizə təqdim edilməyib, bu səbəbdəndə hesabatların hansı formada və hara təqdim edilməsi məlumatımız olmayıb. Məlumat olaraq bildirmək istəyirik ki, Şəxs 1999 cu ildən fəaliyyət göstərir və bu illər ərzində heç vaxt cərimə ilə qarşılaşmayıb və iddia edilən hesabatın vaxtında təqdim edilməməsi əsassızdır. Bütün fəaliyyət müddəti ərzində hər bir tələb olunan hesabat vaxtı vaxtında aidiyyəti üzrə dövlət qurumlarına elektron sistem vasitəsi ilə göndərilib. Nəzərinizə çatdırmaq istəyirik ki, Abşeron rayonu, X5 ərazisində yerləşən İstixana pomidor məhsulunun yetişdirilməsi ilə məşğuldur. Məhsulun yetişdirilməsində istifadə edilən təbii qazdan yaranan zərərli maddələr əmələ gəlmədiyindən ətraf mühitədə atılmır. Həmin ərazidə tərəfimizdən yaşıllaşdırma işləri aparılaraq 700 ədəd ağac əkilmişdir ki, buda ətraf mühitin qorunmasını və daha da yaxşılaşdırlmasını sübut edir. Göstərilənlərdən də məlum olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol qəbul edilsə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-in 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi də olmamışdır. Belə olan halda isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 hər hansı təqsirli əməli olmamış, həmçinin də onun əməli İXM ilə qorunan ictimai münasibətlərə qəsd etməmişdir. Odur ki, əməldə inzibati xəta tərkibi yaranmır. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "Aras LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Həsənov X4 Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməli törətmiş "Aras LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 etirazda qeyd edilənlərə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Bununla da işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi Nümayəndə2 Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamış, bununla da Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati xəta haqqında iş üzrə sübutlar təqdim etmək hüququndan məhrum edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 aprel 2025-ci il tarixdə inzibati xəta haqqında işə baxılarkən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı təmin edilsə idi, sonuncu sübutları inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxsə təqdim edib inzibati xətanın əlamətlərinin olmadığını sübuta yetirməklə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmamasına nail olmuş olardı. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan xətanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar