Məhkəmə qərarları › İş №3(009)-1389/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1389/2022

01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1389/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, “TRZ X3 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru Hancı Şemsetdinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X2 Xidmətinin **********5/22 saylı, 11 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi, vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli MN ******* saylı qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması və şikayətin mahiyyəti üzrə baxılması barədə verilmiş şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: “TRZ X3 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru Hancı Şemsetdinin nümayəndəsi və vəkili Nümayəndə X2 Xidmətinin **********5/22 saylı, 11 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi, vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli MN ******* saylı qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması və şikayətin mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan X2 Xidmətinin **********5/22 saylı, 11 avqust 2022-ci il tarixli qərardadına əsasən “TRZ X3 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru Hancı Şemsetdinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X2 Xidmətinin Bakı Şəhər İdarəsinin 21 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından verilmiş şikayət və müddət bərpa barədə vəsatətə baxılmış, Xidmətin Bakı şəhər İdarəsinin 21 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməmiş, şikayət geri qaytarılmaqla qərardaddan məhkəməyə şikayət hüququ izah edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-850/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 3 (006)-262/2022 saylı qərarı ilə “TRZ X3 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində İXM 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar vəzifəli şəxs Hancı Şemsetdinin barəsində qəbul edilmişdir. Hancı Şemsetdinin faktiki yaşayış yeri isə Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi ev 51, mənzil 27-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3- cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ‘Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci ii tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, inzibati xətanın törədildiyi yer hüquqi şəxsin ünvanı ünvan 1 Bakı şəhəri Nəsimi rayonunun inzibati ərazisidir, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış Hancı Şemsetdinin şikayətində onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti mövcud deyil. Belə olduğu halda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyi nəzərə alınmaqla şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində deyil, inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, şikayətə Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1, 118 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: “TRZ X3 Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru Hancı Şemsetdinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən X2 Xidmətinin **********5/22 saylı, 11 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi, vəzifəli şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli MN ******* saylı qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması və şikayətin mahiyyəti üzrə baxılması barədə verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar