Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1391/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 06 may 2022-ci il tarixli TP5007356 qərarı qanunsuz və əsassızdır. Aşağıdakılara əsasən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Qeyd edir ki, kuryer işləyərkən motosikilet ilə sifariş götürdü və üzü AZTV yə tərəf sifarişi müştəriyə çatdırmaqa gedirdi. Yolda gedərkən səsboğucunun susdurucusu qırılıb düşmüdü, sifariş aparanda hiss etdi, sifarişi verib ustaya gedəcəkdi ki, yolda onu DYP əməkdaşı saxladı. Bu vaxt onu polis əməkdaşı saxladı və bildirdi ki, belə olmaz, səsi çox çıxır və s. Səsboğucunun səs-boğucunun aqzı qırılmışıdı. Səbəbdə yollarda, səki kənarına dəydiyi üçün olmuşdu. Polis əməkdaşına bildirdi ki, ustaya gedir, sadəcə vaxt olmadığından ustaya indi gedir. İstəyirsinizsə bir yerdə gedək yerində həll edim, usta təmir etsin. DYP əməkdaşı bildirdi ki, cərimə meydançasına salınmalıdır. Mübahisə etməyin mənası olmadı. Sonra Bakı Şəhər Yol Polis İdarəsinə yaxınlaşdı. Orda 7-ci otağa yaxınlaşdı, Hacı deyilən şəxs bildirdi ki, 900 manat xərci var və hara istəyirsən şikayət elə. 2 gün motosikilet cərimə meydançasında qaldı. Ona olmayan maddələr yazmışdılar ki, motosikilet 50 m3 dan yuxarıdı, ban nömrəsi yoxdu, texpasportu yoxdu, sürücülük vəsiqəsində kateqoriya yoxdur, o vaxtlar 50 m3 olan motosikletlərə texpasport tələb olunmurdu. Halbuki, bütün sənədləri təqdim etdi, amma 7 ci otaqdakı polis mayoru dedi ki, göydə Allah yerdə mən motosikileti buraxmayacaq. O da məcbur gəldi evə 902 yə zəng etdi, bu şikayətdən sonra zəng etdilər ki, gəlin motosikiletinizi götürün. Motosikleti buraxdılar və bildirdilər ki, get rahat sür. Lakin hər hansı bir cərimənin yazılması barədə məlumat verilmədi. Bu yaxında sürücülük vəsiqəmi yeniləmək istərkən cəriməm olduğunu, 500 manat cərimə və 300 manat dəbbə pulu olduğunu dedilər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd edir ki, özü qazidir. Heç vaxt qaziliyindən istifadə etmədi, heç yerdə səsləndirmədi. 6 medalı olsa da demədi ki, o bundan istifadə edib. Müharibədən qayıtdıqdan sonra iş tapa bilmədi, kuryerlik etdi. Özünə söz dedirtmədi. Lakin DYP əməkdaşları qanunsuz olaraq ona bu cəriməni yazdılar, təssüf ki, bu cərimə hələ də arta-arta gedir. Faktiki olaraq işə düzəlmək istəyir, lakin cəriməyə görə düzələ bilmir. Hal-hazırda işsizdir, heç bir yol tapa bilmir. Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək Bakı şəhəri X9 İdarəsinin tərəfindən qəbul olunan 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul Bakı şəhəri X9 İdarəsinin nümayəndəsi Nümayəndə1 hadisədən iki il müddət keçdiyindən sübutları məhkəməyə təqdim edilə bilmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər X9 İdarəsinin 26 aprel 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2022-ci il tarixində, saat 11:56-da Bakı şəhəri, Lermontov ünvanında motosiklinı idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, X5 İİ-ci Qarabağ müharibəsinin iştirakçisı olmuş, çoxsaylı medal və orden ilə təltif olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xətanın törədilməsində təqsirləndirilən sürücü X4 təqsiri subuta yetirilməmişdir və qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X5 tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsaəsn hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 inzibati xəta törədilməsi sübuta yetirilmədiyindən X4 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Bakı şəhəri X9 İdarəsinin 06 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1391/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1391/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver