Məhkəmə qərarları › İş №3(009)-1393/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1393/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1393/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkmənistan vətəndaşı xx.xx.1968-ci il təvəllüdlü Rufanda Dzharova iş icazəsi olmadan Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən hazırki tarixədək haqqı ödənilən əmək fəaliyyəti ilə məşqul olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X5 protokola etiraz edərək icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin “inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialına əlavə edilmiş etirazdan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfmdən 2024-cü il may ayınm 30-da MN serialı, ******* JNe-li Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə (İşəgötürən tərəfmdən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi almmadan əcnəbinin və ya vətəndaşhğı olmayan şəxsin işə cəlb edilməsinə görə) nəzərdə tutulmuş inzibati xəta haqqmda protokol tərtib edilmişdir.Hesab edirəm ki, Dövlət Miqrasiya Xidməti tərəfmdən protokol tərtib olunarkən Azərbaycan Respublikasınm İnzibati Xətalar Məcəlləsinin müddəaları düzgün tətbiq edilməmişdir. Ədalətli və qanunamüvafıq qərarın qəbul edilməsi üçün işin halların detallı formada diqqətinizə çatdırmaq məqsədəmüvafıqdir. Belə ki, 730 nömrəli əmək müqaviləsinə əsasən Türkmənistan vətəndaşı (pasport: A0336248) Rufanda Dzhafarova Şəxs idarəetməsində olan “Sapphire Bayıl” otelində qabyuyan vəzifəsində işə başlamışdır. Lakin əməlc müqaviləsi bağlanarkən Rufanda Dzhafarovanm qardaşı Azərbaycan Respublikası vətəndaşı olduğu üçün müvafıq icazə almmamış və o, 2024-cü ilin may ayınm 24-dək Əmək fəaliyyətini davam etdirmişdir. Pozuntu faktı tərəfımizdən aşkar olunduqdan dərhal sonra işçi dəvət olunaraq məsələ araşdırılmış və dərhal Rufanda Dzhafarova ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respııbsikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və va onun maraglarımn gorunması üçün vəzifəli şəxslər tərəfimdən törədilən inzibati xətalara görə cəlb edilir. Belə ki, Rufanda Dzhafarovanm “Sapphire Bayıl” otelində qabyuyan vəzifəsində çalışması Şəxs xeyrinə və va onım maraglarının gorunması üçün heç bir əhəmiyyət kəsb etməmiş, Rufanda Dzhafarova onunla eyni vəzifədə çalışan işçilərlə bərabər əmək haqqı almış və eyni əmək şəraitində çalışmışdır. Yəni, əcnəbi vətəndaşın əmək fəaliyyətinə cəlb edilməsi Cəmiyyətimizə heç bir əlavə üstünlük və ya fayda gətirməmişdir. İşçi ilə əmək müqaviləsinə xitam verdikdən bir müddət sonra pozuntunun bizim təşəbbüsümüzlə aradan qaldırılmasma baxmayaraq Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsinin baş inspektoru X2 tərəfmdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin protokol tərtib edilərkən Cəmiyyətin səlahiyətli nümayəndəsinə və ya təmsilçisinə məlumat verilməmiş və icraatda iştirakı təmin olunmamış, sözü gedən protokol tam olmayan və reallığı əks etdirməyən faktlara əsaslanmış və inzibati xətalar haqqmda iş üzrə icraat kifayət qədər araşdırma aparılmadan həyata keçirilmişdir. Belə ki, protokolda qeyd olunan Rufanda Dzhafarovanm xx.xx.2024-cü il tarixdən protokolun tərtib olunduğu xx.xx.2024-cü il tarixə qədər Şəxs MMC-də əmək fəaliyyəti ilə məşğul olması faktı həqiqəti əks etdirmir. 73K/24 saylı əmr və 5300DO0003X0 nömrəli əmək müqaviləsi xitam bildirişi sübut edir ki, Rufanda Dzhafarovanm əmək müqaviləsinə protokolda göstəriləndən fərqli olaraq 2024-cü ilin may ayınm 24-də xitam verilmişdir. Belə nəticəyə gəlmək olar ki, inzibati xətalar haqqında iş üzrə icraat aparılarkən Miqrasiya Nəzarəti baş idarəsi tərəfındən faktlar kifayət qədər ətraflı araşdınlmamış, inzibati xəta haqqında iş üzrə siibutlar lazımınca qiymətləndirilməmiş və İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. X3 Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsi tərəfmdən Səbail rayon məhkəməsinə ünvanlanan müraciətdə Miqrasiya Nəzarəti baş idarəsinin əməkdaşları tərəfmdən qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə Rufanda Dzharova haqqmda araşdırma aparıldığı qeyd olunmuşdur. Qeyd etmək istəyirəm ki, bu araşdırma pozuntu tərəfımizdən aşkar olunub dərhal aradan qaldırıldıqdan sonra həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasma dair Azərbaycan Respublikası. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfmdən hüquqi şəxsin baş vermiş inzibati xətanm qarşısmm ahnması üçün imkanların olub-olmaması, onun tərəfmdən nəzarətin lazımi qaydada həyata keçirilib- keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Belə ki, Şəxs tərəfindən inzibati xətanın qarşısınm alınması üçüm lazımi tədbir görülmüş və pozuntu aşkar edildikdən dərhal sonra aradan qaldırdmışdır. X4 Məcəlləsinin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqmda iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafıq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasmda sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısmda xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanm növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanm xarakteri, onun təqsirinin dərəcəsi, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almmalıdır. İXM-nin 84.1-ci maddəsində qeyd olunduğu kimi inzibati xətalar haqqmda işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün halların məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasma əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə hüquqi şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsinə baxır. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarım, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydaların qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısnı almaqdan ibarətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasınm İnzibati Xətalar Məcəlləsinin 18-ci, 53-cü və 105-ci maddələrinin tələblərini rəhbər tutaraq, Cəmiyyətimiz barəsində tərtib olunmuş 30 may 2024-cü il MN ******* JN°-li inzibati xəta haqqmda protokola dair inzibati xəta haqqmda iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edəsiniz. İş materialına əlavə edilmiş 30 may 2024-cü il tarixli Rufanda Dzharovayanın izahatından görünür ki, o, 01 mart 2023-cü il tarixdən 450 manat əmək haqqı almaqla iş icazəsi olmadan Şəxs MMC-də qabyuyan kimi işləmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 may 2024-cü il tarixli ********** saylı qəbzindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təyin olunmuş əcnəbilər və vətədaşlığı olmayan şəxslərin icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşqul olmasına görə Türkmənistan vətəndaşı Rufanda Dzharovaya təyin olunmuş 400 (dörd yüz) manat cərimə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar