Məhkəmə qərarları › İş №3(009)-1394/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1394/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1394/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayit Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayit Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 30 may 2024-cü il tarixli 00700-00111/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolundan görünür ki, Sumqayıt Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/001290 nömrəli raportun icrası ilə əlaqədar olaraq müəyyən edilmişdir ki, "xxxx" MMC-nin “alümimium ərintilərindən billetlər” yükü Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3524 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda ixrac edilmiş, xx.xx.2024-cü il tarixli **********1187 sorğu nömrəli gömrük bəyannamə üzrə 21611 kg çəkidə alümimiumdan müxtəlif profillər halında emal məhsulu idxal edilməli olduğu halda, 19395 kg çəkidə alümimiumdan müxtəlif profillər halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. xx.xx.2024-cü il tarixdə xaricdə emal müddəti bitməsinə baxmayaraq emaldan sonra cəmi 2216 kg çəkidə emal məhsulu bugünədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. İş üzrə Gömrük Xidmətinin X1 sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli **********3524 sorğu nömrəli gömrük bəyannaməsi. xx.xx.2023-cü il tarixli 100 №-li invoys sənədi, xx.xx.2023-cü il tarixli 15 nömrəli müqavilə və Sumgayit Gömrük İdarəsi tərəfindən verilmiş icazə sənədləri əsasında “alümimium ərintilərindən billetlər” yükü xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş və xx.xx.2024-cü il tarixədək geri qaytarması barədə öhdəlik götürməklə xaricdə emal olunmag üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “ADO alüminyum San, ve Tie. A.Ş.” şirkətinə göndərilmişdir və bugünədək 2216 kg çəkidə emal məhsulu təkrar idxal olunmamışdır. Aparılan araşdırma zərurəti ilə əlagədar olarag, Şəxs MMC tərəfindən xx.xx.2023- cü il tarixli **********3524 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin xaricdə emaldan sonra təkrar idxal edilməyən 2216 kg çəkidə emal məhsulunun dəyəri və həmin emal məhsulunun xaricdə emal xüsusi gömrük prosedurunda deyil, ixrac gömrük prosedurunda rəsmiləşdirildiyi halda gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi barədə Rəsmiləşdirmə mərkəzinə xx.xx.2024-cü il tarixli 3-33-18000/013/001384 nömrəli raportla sorğu verilmişdir. Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 18000/012/001478 nömrəli cavab raportunda 2216 kg çəkidə emal məhsulunun təxmini dəyəri 11257,18 (on bir min iki yüz əlli yeddi dollar, on səkkkiz sent) ABŞ dolları müəyyən edilmiş və çəkisi 2216 kg olan mal xaricdə emal xüsusi gömrük prosedurunda deyil, ixrac gömrük prosedurunda rəsmiləşdirilsəydi hasilat norması hesablanmadan 2255,89 kg alümimium ərintilərindən billetllər halında emal məgsədi ilə ixrac olunmuş malın dəyəri 5188,55 (beş min yüz səksən səkkiz dollar, əlli beş sent) ixrac gömrük rüsumu isə 57,53 AZN hesablanmışdır. xx.xx.2024-cü il tarixli 3-33-18000/013/001384 nömrəli raportun icrası ilə əlaqədar Rəsmiləşdirmə mərkəzindən xx.xx.2024-cü il tarixli 3-33- 1800/012/002009 nömrəli daha bir cavab raportu daxil olmuş və həmin raportda qeyd olunur ki, xx.xx.2023-cü il tarixli **********3524 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs MMC tərəfindən xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edilən, lakin öhdəlik müddətinin bitməsinə baxmayarag təkrar idxal edilməyən 2256 kq çəkidə emal məhsulu xx.xx.2024-cü il tarixdə **********9155 sorğu nömrəli gömrük bəyannaməsi ilə hasilat norması hesablanmadan, 2256 kg çəkidə olan “alümimium ərintilərindən billetlər” yükü halında ölkə ərazisinə gətirilmədən ixrac gömrük prosedurunda rəsmiləşdirilərək gömrük ödənişləri ödənilmişdir. Barəsində inzibati xəta hagqında iş üzrə icraat aparılan Şəxs MMC-nin ünvanına 3- 33-1800/2-000491/2024 nömrəli çağırış məktubu göndərilmiş və Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli şəxsi X2 aid ********** telefon nömrəsi ilə müxtəlif vaxtlarda əlaqa saxlanmış, lakin çağırış üzrə gələn olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli gərarı ilə təsdig edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarına əsasən xaricdə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Xaricdə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. İcazə sahibinin əsaslandırılmış müraciəti oldugda, gömrük orqanı xaricdə emal xüsusi gömrük prosedurunun başa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə gərar qəbul edir. İcazə sahibi icazənin müddətinin uzadılması üçün prosedurun müddətinin başa çatmasına ən azı 15 (on beş) gün qalmış gömrük orqanına müraciət etməlidir. İcazədə göstərilmiş müddət bitdikdən sonra edilmiş müraciətlərə baxılmır. Xaricdə emal xüsusi gömrük proseduru Gömrük Məcəllbsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169-cu maddəsinə əsasən xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Xüsusi gömrük proseduru başa çatmadıgda, gömrük organları müvafig mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Hüqugi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********3524 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda ixrac edilmiş “alümimium ərintilərindən billetlər” yükü xx.xx.2024-cü il tarixədək 21611 kg çəkidə alümimiumdan müxtəlif profillər halında emal məhsulu olaraq idxal edilməli olduğu halda, 2216 kg çəkidə olan emal məhsulu xaricdə emal müddətinin başa çatdığı müddətə qədər təkrar idxal edilməmişdir. Şəxs MMC xaricdə emal müddətinin başa çatmasından sonra, yəni, malların emal edilməsi müddətləri üzrə müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl etməyərək xx.xx.2024-cü il tarixdə **********9155 sorğu nömrəli gömrük bəyannaməsi ilə hasilat norması hesablanmadan, 2256 kq çəkidə olan “alümimium ərintilərindən billetlər” yükü halında ölkə ərazisinə gətirilmədən ixrac gömrük prosedurunda rəsmiləşdirərək xüsusi gömrük prosedurunu başa çatdırmışdır. Nəticədə, Şəxs MMC tərəfindən **********1187 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş 22000 kg “alümimium ərintilərindən billetlər” yükü öhdəlik əsasında xx.xx.2024-cü il ci tarixədək 21611 kg çəkidə alüminiumdan müxtəlif profillər halında emal məhsulu olarag təkrar idxal etməli olsa da, dəyəri 5188,55 ABŞ duları müəyyən edilmiş 2255.89 kg “alümimium ərintilərindən billetlər” yükü dəyəri 11257.18 ABŞ dolları olan 2216 kg çəkidə emal məhsulu olarag təkrar idxal edilməmiş və ya xx.xx.2024-cü il tarixədək digər gömrük proseduru altında yerləşdirməmişdir, bu səbəblə Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə məsuliyyət yaradan inzibati xəta hadisəsini törədilmişdir. Protokol tərtib etmiş Dövlət Gömrük Komitəsi Sumqayit Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3524, **********1187 sorğu nömrəli gömrük bəyannamələri ilə xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emal müddətinin son tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin GM**********77 №-li ekpert rəyindən görünür ki, “NİTON-2023" MMC-nin ünvanına İR**********0092 nömrəli, xx.xx.2023-cü il taxili invoysun 1-27-ci mövqeləri üzrə emaldan sonra idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir və hasilat normasına uyğun emal olunmuşdur, tərkibi, texnoloji proses və markalanmaya əsasən eyniləşdirilməsi aparılmışdır. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli raportundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə 22000 kq “Alüminium ərintilərindən billetlər” yükünü Sumqayıt Gömrük İdarəsində **********3524 sorğu nömrəli GB-ilə “xaricdə emal” xüsusi gömrük proseduru altında bəyan edərək rəsmiləşdirmişdir. Qeyd olunan prosedur şərtlərinə əsasən sözügedən bəyannamə üzrə mallar xaricdə emaldan sonra hasilat norması çıxılmaqla 21611 kq Alüminiumdan müxtəlif profillər halında gömrük ərazisinə təkrar idxal olunmalıdır. Xaricdə emaldan sonra xx.xx.2024-cü il tarixdə **********1187 sorğu nömrəli gömrük bəyannaməsi ilə 19395 kq alüminiumdan müxtəlif profillər halında emal məhsulu idxal olunmuş və gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Lakin xaricdə emal müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra cəmi 2216 kq emal məhsulu bu günədək xaricdə emalda qalmış və müəyyən edilən müddət ərzində təkrar idxal edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müvafiq araşdırma aparılması üçün müvafiq göstəriş verməyinizi sizdən xahiş etmişdir. İş materiallarında olan 09 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri haqqında baxış protokolundan görünür ki, Sumqayıt Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1 7********) tərəfindən alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində müvəkkil bank hesabına köçürülməli olan xarici valyuta vəsaitlərinin köçürülməsini təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları sisteminə baxış həyata keçirərək hüquqi şəxs Şəxs MMC-yə dair məlumatlar əldə edilmişdir. İş materiallarında olan 15 aprel 2024-cü il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx.xx.2023 – cü il tarixdə çəksisi 22000 kq olan “alüminium ərintilərdən biletlər” yükü Sumqayıt Gömrük İdarəsində **********3524 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Hasilat norması 21611 kq kimi müəyyən edilmiş “alüminium ərintilərdən biletlər” yükünün xaricdə emal əməliyyatlarından sonra xx.xx.2024 – cü il tarixli **********1187 sorğu nömrəli gömrük bəyannaməsi ilə çəkisi 19395 kq olan alüminiumdan müxtəlif profillər halında emal məhsulları gömrük ərazisinə idxal olunmuş, lakin xaricdə emal müddətinin xx.xx.2024 – cü il tarixdə bitməsinə baxmayaraq emaldan sonra çəkisi 2216 kq emal məhsulu müəyyən edilmiş müddət ərzində təkrar idxal edilməmişdir. Bununla əlaqədar olaraq Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC barəsində inzibati araşdırma aparılır. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli Rəsmiləşdirmə mərkəzinin rəisi, gömrük xidməti polkovniki tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixli **********3524 saylı gömrük bəyannaməsi ilə Şəxs tərəfindən xaricdə emal xüsusi gömrük prosedurunda bəyan edilən, lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq bugünədək təkrar idxal edilməyən 2216 kq çəkidə emal məhsulunun təxmini dəyəri 11257.18 ABŞ dolları, həmçinin qeyd edilən gömrük bəyannaməsi üzrə 2216 kq çəkidə emal məhsulu xaricdə emaldan sonra idxal yox, ixrac gömrük prosedurunda hasilat norması hesablanmadan 2255.89 kq alüminium ərintilərindən billetlər halında rəsmiləşdiriləcəyi halda emal məqsədi ilə ixrac olunmuş malın dəyəri 5188.55 ABŞ dolları hesablanaraq əlavə ödəniləcək ixrac proseduruna görə gömrük ödənişləri aşağıda kimi təşkil edəcəkdir. Gömrük Yığımları : 120 AZN İxrac gömrük rüsumu: 57.53 AZN Cəmi: 177.53 AZN (yüz yetmiş yeddi manat, 53 qəpik). Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC -nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC barəsində, törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 11257.18 (on bir min iki yüz əlli yeddi ABŞ dolları on səkkiz sent) ABŞ dollarının qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş 30 faizi miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində törətdiyi inzibati xətanın obyekti olmuş malın dəyərinin, yəni 11257.18 (on bir min iki yüz əlli yeddi ABŞ dolları on səkkiz sent) ABŞ dollarının 30 (otuz) faizi miqdarında, yəni 3377 (üç min üç yüz yetmiş yeddi) ABŞ dolları məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar