Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1395/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Barəsində X14 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X9, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyun 2021-ci il tarixli, İXP ******* saylı X14 protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 3(006)-1515/2021 saylı qərardadı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyun 2021-ci il tarixli, İXP ******* saylı X14 protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1395/2021 saylı, 16.07.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə başlanılmış X14 iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X20 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2154/2021 saylı 23.09.2021-ci il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə başlanmış X14 iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1395/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərarı, Bakı şəhər Baş Polis İdarəsinin X20 idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmiş və iş yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X14 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X13 X14 protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC-nin avtobus sürücüsü X7 xidməti vəzifəsini icra edən zaman yol verdiyi inzibati xəta və yol nəqliyyat hadisəsinə görə Bakı şəhər DYPİ-i tərəfindən MMC barəsində 14 iyun 2021-ci il tarixdə BŞDYPl-nin inzibati binasında İXP ******* saylı X14 Protokol tərtib edilmişdir. Həmin İXP üzrə müvafiq Qərar qəbul edilməsi üçün Səbail rayon Məhkəməsinə təqdim edilmişdir. İXP-nin tərtib edilməsindən öncə Bakı şəhər DYPİ-nin Cəmiyyətə ünvanlanmış məktubu əsasında avtobus sürücüsü X7 yol verdiyi inzibati xəta ilə bağlı daxili araşdırma aparılmış və nəticədə müəyyən olunmuşdur ki, X7 01.04.2021-ci il tarixdə xidməti vəzifəsini icra edən zaman Cəmiyyətə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı (məktubda avtobusun dövlət qeydiyyat nişanı səhvən “358” göstərilib) avtobusu idarə edərkən yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Hadisə ilə bağlı araşdırma aparan polis kapitanı R.Rüstəmli müəyyən etmişdir ki, İmanzadə Etibar nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi inzibati xətaya görə Gəncə şəhər Məhkəməsinin 02.10.2020-ci il tarixli Qərarı ilə təqsirli bilinmiş və 6 (altı) ay müddətinə sürücülük hüququ məhdudlaşdırılmışdır. Nəticədə avtobus sürücüsü barədə İXP tərtib edilmiş, sürücülük vəsiqəsi ondan alınaraq götürülmüş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327-ci və 332-ci maddələri ilə barəsində qanuni tədbirin görülməsi üçün Nəsimi rayon Məhkəməsinə təqdim edilmişdir. Nəsimi rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli Qərarı ilə İmanzadə Etibar inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmiş və icra edilmişdir. Məktuba cavab olaraq bildirmişik ki, Şəxs MMC-nin AR Daxili İşlər Nazirliyinin Elektron informasiya sisteminə və AR Elektron Məhkəmə Sisteminə giriş imkanı olmadığından avtobus sürücülərinin öz şəxsi nəqliyyat vasitələrində hər hansı inzibati xətaya yol verməsi və onların nəticəsi olaraq hansı məsuliyyətə cəlb olmaları (o cümlədən sürücülük hüququnun müəyyən müddətə məhdudlaşdırılması) barədə məlumatları əldə etmək imkanı yoxdur. Bu baxımdan, adıgedən prosesləri daim nəzarət altında saxlamaq mümkün deyil. İstisna hallar, əgər sürücü Şəxs MMC-nin avtobusunu idarə edərkən eyni formada inzibati xəta törətdiyi nəticədə İXM-nin yurisdiksiyasının təsiri altına düşməsidir, yəni sürücünün avtobusu idarə edən zaman törətdiyi inzibati xəta dərhal aşkar və müəyyən edilir və barəsində tətbiq edilmiş İXP-lərin və Qərarların icrası təmin edilir. X2 hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılması barədə Gəncə şəhəri Nizami Rayon Məhkəməsindən və AR DİN Baş X20 İdarəsindən Şəxs MMC-yə heç bir rəsmi məlumat daxil olmamışdır. AR İXM-nin 152-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı (AR Daxili İşlər Nazirliyi) tərəfindən təmin edilir. Sürücülük hüququ məhdudlaşdırılmış İmanzadə Etibar barədə Gəncə şəhər Məhkəməsi tərəfindən çıxarılmış qərarın hüquqi qüvvəsini almasına və icraya yönəlməsinə əsas verən sürücülük vəsiqəsi ondan alınmadığı üçün (baxmayaraq ki bu DYP-nin və Məhkəmənin müstəsna səlahiyyətlərinə aiddir (AR İXM-nin 152-ci maddəsi) məhkəmənin adıgedən qərarı yol nəqliyyat hadisəsi törədilən tarixədək hüquqi qüvvəsini almamış, bu isə İmanzadə Etibarın vəzifəsinin icrasına davam etdirməsinə şərait yaratmışdır. Şəxs MMC-nin və İmanzadə Etibarın özünün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığını bilməsinə səbəb 01.04.2021-ci il tarixdə inzibati xəta törətdikdən sonra YPX-nin əməkdaşı tərəfindən saxlanılması və barəsində İXM-nin 327-ci və 332-ci maddələri ilə inzibati xəta protokolunun tərtib edilməsi olmuşdur. Diqqətinizə çatdırırıq ki, X10 01.04.2021-ci il tarixdən Əmək və İnzibati qanunvericiliyin tələblərinə əsasən tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmış və 15.07.2021-ci il tarixdə İRİŞ-1564 saylı Əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsinə heç bir hüquqi əsas yoxdur və Bakı şəhər DYPİ-nin 14.06. 21-ci il tarixli İXP ******* saylı X14 Protokolu əsassız olduğundan ləğv edilməlidir. Odur ki, Bakı şəhər DYPİ-nin Şəxs MMC barəsində inzibati tənbeh haqqında qərarın verilməsinə dair vəsatətinin rədd edilməsi barədə qərar çıxarılmalıdır. Əlavə olaraq Şəxs MMC-nin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilən nöqsanlarda İmanzadə Etibarın işə qəbul olunan zaman həkim və digər müayinələrdən keçməsinə dair müvafiq sənədlərin kserosurətlərini məhkəməyə təqdim edərək bildirir ki, X4 vəzifəsinə işə qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, onun məhkumluğunun olub-olmaması məsələsi aydınlaşdırılmış, “D” və “E” kateqoriyaları üzrə ictimai nəqliyyat vasitələrinin idarə edilməsi üçün sağlamlıq vəziyyətinin qənaətbəxş olduğu arayışla təsdiq edilmiş, eyni zamanda o Bakı Nəqliyyat Agentliyi X17 MMC-də müvafiq təlim proqramını uğurla başa vurmuşdur. Belə olan halda "xxxx" MMCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istisna edilir. Məhkəmə X14 protokolu tərtib etmiş şəxsin əvvəlki məhkəmə iclasında iştirak etməsini və bununla əlaqədar məhkəmə bildirişinin kötüyünə imza etməklə məlumatlandırılmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 04 noyabr 2021-ci il tarixli iclasında X14 protokolu tərtib etmiş X11 izahat verərək bildirmişdir ki, 01 aprel 2021-ci il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsində işləyən X10 ictimai nəqliyyatı idarə edən zaman yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta törətmiş, həmin inzibati xətanın baş verməsi halları onun tərəfindən öyrənilən zaman “BMC Procity 12M” markalı avtobusu idarə edən X2 hüququnun məhdudlaşdırıdığı məlum olmuşdur. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar olaraq X7 barəsində AR İXM-nin 327.1 və 332.4-cü maddələri ilə X14 protokol tərtib edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 3(006)-1312/2021 saylı qərarı ilə X10 AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. X2 hüququnun məhdudlaşdırılmasına baxmayaraq "xxxx" MMC-də ictimai nəqliyyat növü olan avtobusu idarə etmiş və yol-nəqliyyatı hadisəsi törətmişdir, bu səbəbdən "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə X14 protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edir ki, X14 protokol əsaslıdır. Belə ki, "xxxx" MMC tərəfindən avtobus idarə edilməsi üçün sürücülük hüququ olmayan şəxsə verilmiş, onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət yetirilmişdir. Göstərilənlərin nəzərə alınmasını, barəsində X14 iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barəsində qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə barəsində X14 iş üzrə icraat aparılan şəxsin nümayəndəsininin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə olan X14 iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2154/2021 saylı, 23.09.2021-ci il tarixli qərarında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-455/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarının qəbul edilməsinə dair inzibati xətaya dair material tələb edilib öyrənilməli, həmin qərarın surətinin Etibar İmanzadəyə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinə göndərilib-göndərilməməsi, həmin şəxslər tərəfindən qərarın surətinin alınıb- alınmaması yoxlanılmalı, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasından sonra Etibar İmanzadənin sürücülük vəsiqəsinin alınmadığı üçün hər hansı tədbirin görülüb-görülməməsi, Etibar İmanzadənin sürücülük vəsiqəsini təhvil verməkdən qəsdən yayınıb-yayınmaması, X10 ictimai nəqliyyat vasitəsini idarə etməklə bağlı kifayət qədər məsuliyyətli avtobus sürücüsü kimi işə qəbul edilərkən "Bakubus” MMC tərəfindən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəinin Vİ hissəsinə uyğun olaraq Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olub-olmamasını, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olub-olmamasını, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törədib-törətməməsini, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunub-olunmamasını yoxlayıb-yoxlamaması, yuxarıda qeyd olunan digər hallar araşdırılaraq, yol verilmiş pozuntular aradan qaldırılmalı, "Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsini təkzib, yaxud təsdiq edən sübutlar tədqiq edilməli, həmin şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı hallar hərtərəfli, tam və obyektiv araşdırılmalı olması müəyyən edilmişdir. Məhkəməyə barəsində X14 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X13 tərəfindən təqdim olunmuş Daxili İşlər Nazirliyinin 25.08.2020-ci il tarixli arayışından görünür ki, 24 yanvar 1979-cu ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuş X7 məhkumluğu yoxdur. X18-in 00556 nömrəli arayışından görünür ki, X8 terapevt, nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq, oftalmoloq, otorinolarinqoloq, boy, çəki, vestibulyar aparatın müayinəsi, audiometriya, vizometriya perimetriya, göz dibinin və rəng duyğusunun müayinələrindən keçmişdir. Keçdiyi müayinələr nəticəsində o praktiki sağlam kimi qiymətləndirilmişdir. X7 “D” “E” kateqoriyaları üzrə ictimai nəqliyyat vasitələrinin idarə etməsi məqsədəmüvafiq hesab edilmişdir. Bakı Nəqliyyat Agentliyinin X17 Məhdud Məsuliyyətli Cəmiyyətinin 03 sentyabr 2020ci il tarixli arayışından görünür ki, X4 Təlim Mərkəzi MMC-də müvafiq təlimi proqram üzrə uğurla başa vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan, yaxud nəqliyyat vasitələrini idarə etmək sahəsində üç ildən az təcrübəsi olan, yaxud axırıncı iki il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməyə, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmuş şəxslər avtobusları, tramvayları və trolleybusları idarə etməyə buraxılmırlar. Barəsində X14 iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X13 və X14 iş üzrə materiallara əlavə edilmiş yuxarıda göstərilən sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən X4 vəzifəsinə işə qəbul edilən zaman qanunun yuxarıda göstərilən maddəsinin tələblərinə əməl edilmiş, məhkumluğunun olub-olmaması barədə müvafiq sorğu verilmiş, həkim müayinəsindən keçirilmiş və eyni zamanda Bakı Nəqliyyat Agentliyi X17 MMC-də xüsusi hazırlıq proqramı üzrə təlimlərdə iştirak etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 3(044)- 455/2020 saylı qərarının surətindən görünür ki, X10 AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06(altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərar 08 oktyabr 2021-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Gəncə RQİ və TBŞ-nə göndərilmişdir və qeyd olunan qərarın göndərilməsi və icraya yönəldilməsini təsdiq edən reyestrin surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 3(044)-455/2020 saylı qərardadının surətindən görünür ki, X10 ona təyin edilmiş cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 3(044)-455/2020 saylı qərarının icrasına xitam verilmişdir. Eyni zamanda həmin qərardadla müəyyən edilmişdir ki, X3 məhkəmə iclasından və sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı (AR Daxili İşlər Nazirliyi) tərəfindən təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən X2 hüququnun məhdudlaşdırılmasına dair 02 oktyabr 2020-ci il tarixli 3(044)-455/2020 saylı qərarının 08 oktyabr 2021-ci il tarixdə icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Gəncə RQİ və TBŞ-nə göndərilməsinə baxmayaraq, sözügedən qərarın icra edilməsini-sürücülük vəsiqəsinin X6 alınmasını təsdiq edəcək hər hansı bir sübut X14 iş üzrə materiala əlavə edilməmişdir. Eyni zamanda həmin qərarın surətinin barəsində X14 iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsini təsdiq edən sənəd (xəbərnamə) X14 iş üzrə materialda mövcud olmadığından X2 hüququnun məhdudlaşdırılmasından məlumatlı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə əsasən X2 hüququnun məhdudlaşdırılmasından məlumatlı olub-olmamasını müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən yaranmış şübhələr onun xeyrinə həll edilməlidir. Bundan əlavə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli 3(044)-455/2020 saylı qərardadının surətindən görünür ki, o məhz 01 aprel 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra vəsatətlə məhkəməyə müraciət etmiş və vəsatəti təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 3(044)-455/2020 saylı qərarının icrasına xitam verilmişdir. Bui hal isə bir daha özlüyündə onun təsdiq edir ki, Şəxs MMC-nin və İmanzadə Etibarın özünün nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığını bilməsinə səbəb 01.04.2021-ci il tarixdə inzibati xəta törətdikdən sonra YPX-nin əməkdaşı tərəfindən saxlanılması və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci və 332-ci maddələri ilə inzibati xəta protokolunun tərtib edilməsi olmuşdur. Odur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 3(044)-455/2020 saylı qərarının icrası ilə bağlı X1 vəsiqəsi alınmadığı üçün, yəni həmin qərar yol-nəqliyyat hadisəsi törədilən tarixədək icra edilmədiyindən, eyni zamanda X2 hüququnun məhdudlaşdırıldığından məlumatı olmadığı üçün onun Şəxs MMC-də vəzifəsinin icrasına davam etdirməsinə şərait yaratmışdır. Göründüyü kimi X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar icra edilmədiyindən, məhkəmə hesab edir ki, hazırda Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4-cü maddəsində nəzərdə tutulan xətanın tərkibi yaranmır. Həmçinin qeyd edilməlidir ki, materiala əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 3(006)-1312/2021 saylı qərarından görünür ki X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Göründüyü kimi X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində artıq inzibati qaydada qərar qəbul edildiyindən, məhkəmə hesab edir ki, hazırda Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.6-cü maddəsində nəzərdə tutulan xətanın tərkibi yaranmır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil və X14 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X14 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X14 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X14 iş olan hakim X14 iş üzrə icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə başlanılmış X14 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130, 335.4 və 335.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.4 və 335.6-cı maddələri ilə başlanılmış X14 iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1395/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1395/2021
23.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver