Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1396/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 505-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 490 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 iyun 2021-ci il tarixli 00100-1132/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 Kredi Bank Azərbaycana məxsus 16.712,75 manat ödənişə dair qəbzi məhkəməyə təqdim edərək nümayəndəsi olduğu Şəxs MMC-nin ilk dəfə məsuliyyətə cəlb edilməsini nəzərə alaraq İXM-nin 505-ci maddəsinin qeydinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, rəsmiləşdirilmənin başa çatdırılmamasına səbəb gömrük ödəniçlərini ödənilməməsi olmuşdur. Buna görə ayrıca inzibati xəta törətməmişdir. Törətdiyi inzibati xətanın İXM-nin 505-ci maddəsi ilə əhatə olunmasını xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 34JZ9529/34KZ4337 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklər 13.03.2021 tarixdə **********6511 sorğu nömrəli GB ilə bəyan edilərək müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmişdir. Şəxs MMC 19.03.2021 tarixində sözügedən malları **********5776 sorğu nömrəli GB ilə sərbəst dövriyyəyə buraxılış prosedurunda bəyan etmiş, lakin həmin tarixdə GB-nin müəyyən olunmuş şərtlərə uyğunluğu və bəyannamədə göstərilən məlumatların düzgünlüyü təsdiq olunsa da, bu günə qədər gömrük ödənişləri başa çatmadığı üçün rəsmiləşdirilmə “Maliyyə” statusunda qalmaqda davam etməkdədir. İşə əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/015251 nömrə 07.06.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, hüquqi şəxs Şəxs Məhduı Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikasına Türkiyə Respublikasında fəaliyyət göstərən “Borusan Makina ve X6. Ve Tic.A.Ş şirkətindən 34JZ9529/34KZ4337 nömrə nişanlı yük avtomobilində 2 ədəd elektri generatorunu 19 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçüı buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə **********5776 sorğu nömrə Gömrük bəyannaməsi ilə bəyan etdikdən sonra, gömrük bəyannaməsi təsdiq edildikdən sonr, gömrük ödənişlərini ödəmək öhdəliyi yaranmasına, 4 may 2021-ci il tarixdə və 19 may 2021 -c il tarixdə gömrük əməkdaşı tərəfindən gömrük ödənişlərinin ödənilməsi barədə xəbərdarlu edilməsinə baxmayaraq, ödənilməli olan 1685.50 manat idxal rüsumu, 14521.05 manat Əlav; Dəyər vergisi, 106.20 manat elektron gömrük xidmət haqqı, 400 manat gömrük yığımındaı ibarət olmaqla ümumilikdə, azmiqdarda 16712,75 manat gömrük ödənişlərinin ödənilməsində yayınmış və gömrük rəsmiləşdirilməsini vaxtında başa çatdırmamaqla gömrü rəsmiləşdirilməsinin aparılması qaydalarını pozmuşdur. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli 00100-1132/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhduı Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikasına Türkiyə Respublikasında fəaliyyət göstərən “Borusan Makina ve X6. Ve Tic.A.Ş şirkətindən 34JZ9529/34KZ4337 nömrə nişanlı yük avtomobilində 2 ədəd elektri generatorunu 19 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində “sərbəst dövriyyə üçüı buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə **********5776 sorğu nömrə Gömrük bəyannaməsi ilə bəyan etdikdən sonra, gömrük bəyannaməsi təsdiq edildikdən sonr, gömrük ödənişlərini ödəmək öhdəliyi yaranmasına, 4 may 2021-ci il tarixdə və 19 may 2021 -c il tarixdə gömrük əməkdaşı tərəfindən gömrük ödənişlərinin ödənilməsi barədə xəbərdarlu edilməsinə baxmayaraq, ödənilməli olan 1685.50 manat idxal rüsumu, 14521.05 manat Əlav; Dəyər vergisi, 106.20 manat elektron gömrük xidmət haqqı, 400 manat gömrük yığımındaı ibarət olmaqla ümumilikdə, azmiqdarda 16712,75 manat gömrük ödənişlərinin ödənilməsində yayınmış və gömrük rəsmiləşdirilməsini vaxtında başa çatdırmamaqla gömrü rəsmiləşdirilməsinin aparılması qaydalarını pozmuşdur. İşə əlavə edilmiş 19.03.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC tərəfindən Türkiyədən 1,00 ədəd elektrik generatorları ölkə ərazisinə idxal edilmişdir. İşə əlavə edilmiş 31.05.2021-ci il tarixli “X7” Azərbaycana məxsus mədaxil orderindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinin hesabına 16.712,75 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən isə Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Hazırki işdən görünür ki, "xxxx" MMC ilk dəfə olaraq az miqdarda inzibati xəta törətmiş və törətmiş olduğu xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən əvvəllər İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş xəta törədilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarına və məhkəmə iclasında tədqiq edilən sübutlar ilə müəyyən edilmiş hallara əsaslanaraq qeyd edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi tam və kifayət qədər sübuta yetirilsə də, onun əməlində həmin Məcəllənin 490-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dəlalət edən əsaslar mövcud deyildir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Cəmiyyətin Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini bununla əsaslandırmışdır ki, gömrük rəsmiləşdirilməsini vaxtında başa çatdırmamaqla gömrük rəsmiləşdirilməsinin aparılması qaydaları pozulmuşdur. Həmin rəsmiləşdirmənin başa çatdırılmamasının əsaslarını müəyyən edərkən inzibati araşdırma aparan orqan bunun gömrük ödənişlərinin ödənilməməsi səbəbindən törədildiyini müəyyən etmişdir. Belə olan halda, gömrük rəsmiləşdirməsinin aparılmasının qaydalarını pozulmasını, yəni rəsmiləşdirmənin vaxtında başa çatdırılmaması gömrük ödənişlərinin ödənilməsindən yayınmaqla törədildiyinə görə belə əməl, müstəqil tərkib əlaməti yarada bilməz. Hər bir halda, gömrük ödənişlərinin ödənilməməsi rəsmiləşdirmənin başa çatdırılmaması üçün əsasdır və bunun üçün müstəqil tərkib əlaməti yaradan əməl mövcud deyildir. Nəticə etibarilə hadisədə Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın zəruri tərkib əlaməti olan obyekti cəhət-əməl, yəni hərəkət və ya hərəkətsizlik olmadığına, gömrük ödənişlərindən yayınma hərəkəti isə həmin Məcəllənin 505-ci maddəsi ilə məsuliyyətə səbəb olmaqla, Məcəllənin 490-cı maddəsi ilə baş verən nəticələrə səbəb hesab edilə bilmədiyinə görə inzibati xətanın bütün tərkib əlamətləri olmadığı qənaətinə gəlinir. Ona görə də gömrük rəsmiləşdirməsinin başa çatdırılmaması ilə Azərabycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin formal əlamətləri olsa da, əməl xüsusi norma qismində çıxış edən həmin Məcəllənin 505-ci maddəsi ilə əhatə olunduğuna görə müstəqil olaraq hər iki maddə ilə əməlin məcmu qaydasında tövsifinə hüquqi əsaslar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli, lakin vurulmuş ziyanı ödədiyindən inzibati məsuliyyətdən azad olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə münasibətdə törədilmiş əməl həmin Məcəllənin 505-ci maddəsi ilə əhatə olunduğuna görə bu hissədə də icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 490 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. "xxxx" MMC tərəfindən vurulmuş 16712,75 (on altı min manat yeddi yüz on iki manat yetmiş beş qəpik) manat məbləğində ziyan ödənildiyindən inzibati məsuliyyətdən azad edilsin və bu hissədə icraata xitam verilsin. İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə münasibətdə törədilmiş əməl həmin Məcəllənin 505-ci maddəsi ilə əhatə olunduğuna görə bu hissədə icraata xitam verilsin Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1396/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1396/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver