Məhkəmə qərarları › İş №3(009)-1396/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1396/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1396/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş “29” avqust 2022-ci il tarixli 00100- 1788/22 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasından “X4 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının ünvanına 34DPC377/34AEN165 nömrəli yük nəqliyyat vasitəsində, OKA**********Q44 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********6177 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin araşdırılması zamanı sözügedən mallara dair təqdim edilmiş OKA**********Q44 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədində malların dəyəri 127361,69 ABŞ dolları göstərildiyi halda, həmin mallara dair gömrük bəyannaməsində malların dəyərinin 12731,83 ABŞ dolları qeyd edildiyi aşkar edilmişdir. Araşdırma zamanı orta bazar qiyməti 39544,00 manat olan sözügedən malların invoys dəyərinin müəyyən edilməsi və həmin invoys dəyəri ilə “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********6177 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına bəyan edilmiş malların invoys dəyəri arasında fərqin olub-olmaması, müsbət halda Filial tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/018832 nömrəli xx.xx.2022-ci il tarixli raportla Gömrük Prosedurları və Ödənişləri şöbəsinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq daxil olmuş 34/012/018984 nömrəli xx.xx.2022-ci il tarixli raportda “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal gömrük rüsumu üzrə 396,04 manat, əlavə dəyər vergisi üzrə 546,46 manat olmağla ümumilikdə 942,50 manat əlavə gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından OKA**********Q44 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********6177 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərə görə Filial tərəfindən ümumilikdə 942,50 manat gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı bundan əvvəl gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə 00100-1843/21 saylı iş üzrə icraat başlanıldığı, ilk dəfə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı barəsində 00100-1843/21 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlagədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndinə əsasən xitam verildiyi, həmçinin, **********9291 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 6908,38 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınma faktına görə “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 3(009)-125/2022 nömrəli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan gömrük ödənişi məbləğinin 70 (yetmiş) faizi, yəni 4836,00 manat məbləğində cərimə edildiyi, beləliklə də, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən yenidən şirkət tərəfindən gömrük ödənişlərinin ödənilməsindən yayınıldığı müəyyən edilmişdir. Nəticədə, “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının nümayəndəsi Nümayəndə3 izahatında rəhbəri olduğu Filialın ünvanına 34DPC377/34AEN165 nömrəli yük nəqliyyat vasitəsində, OKA**********Q44 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş yüklərin Türkiyə Respublikasının “X4 X2 Sanayi İç ve Dış Ticaret Anonim Şirkətindən göndərildiyini, OKA**********Q44 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə idxal edilmiş yüklərin faktiki invoys dəyərinin 12731,83 ABŞ dolları olduğunu, lakin invoys sənədində səhvən malların dəyərinin 127361,69 ABŞ dolları göstərildiyini, belə ki, mallar faktiki olaraq idxal olunan zaman qısa idxal bəyannaməsi yazarkən invoys sənədində malın dəyərinin çox artıq yazıldığını gördüklərini, bu barədə dərhal göndərən şirkətə məlumat verdiklərini, qeyd olunan uyğunsuzluğun sistem üzərindəki texniki səhvə görə, yəni türk lirəsinin ABŞ dollarına münasibətdə məzənnəsi hesablanarkən valyuta kurusunun “17” əvəzinə “1.7” nisbəti ilə hesablama səhvinə görə uyğunsuzluq yarandığını öyrəndiklərini və düzəliş olunmuş invoys sənədini aldıglarını, aşkar edilmiş uyğunsuzluğun texniki səhvə görə yarandığını bildirmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından AZ1056, ünvan 1 ünvanında qeydiyyatda olan "X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının ünvanına 34DPC377/34AEN165 nömrəli avtomaşınla, OKA**********044 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********6177 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı, gömrük bəyannaməsində 22- ci qrafanın sol yarımbölməsində qeyd edilən invoys dəyəri ilə OKA**********044 saylı. 2'.07.2022-ci il tarixli invoys sənədində qeyd edilən dəyər arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, **********6177 sorğu nömrəli gömrük bəyannaməsində 22-ci qrafanın sol yarımbölməsində malların invoys dəyəri 12,731.83 ABŞ dolları kimi qeyd edilsə də, DKA**********044 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədində malların invoys dəyərinin '27,361.69 ABŞ dolları olduğu müəyyən edilmişidir. Müəssisə Bakı Baş Gömrük İdarəsinə K- 10/2022 nömrəli, 14.07.202^-ci il tarixli məktub ünvanlayaraq, idxalatçı şirkət olan "X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi” tərəfindən malın dəyərində vergül işarəsinin səhv qeyd edilməsinə görə invoys dəyərinin '2.731.83 ABŞ dolları əvəzinə 127,361.69 ABŞ dolları kimi bəyan edildiyini bildirmiş və sözügedən malların 12,731.83 ABŞ dolları ilə rəsmiləşdirilməsinə icazə verilməsi üçün müraciət etmişdir. Məktuba əlavə olaraq malların dəyərinin 12,731.83 ABŞ dolları kimi qeyd edildiyi OKA**********048 saylı, xx.xx.2022-ci il tarixli invoys sənədi təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5396 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda malların ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin təxminən 39544,00 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İş materiallarında olan Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/018832 nömrəli, xx.xx.2022-ci il tarixli raportların icrası ilə əlaqədar olaraq bildiririk ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 9/5396 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən “X4 X3 Sanayi İç Ve Dış Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının ünvanına 34DPC377/34AEN165 nömrəli avtomaşında idxal olunan mallar üçün bəyan olunan **********6177 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan malların orta bazar qiyməti 39544 (otuz doqquz min beş yüz qırx dörd) manat olduğu təqdirdə idxal gömrük rüsumu 396.04 azn və əlavə dəyər vergisi 546.46 azn olmaqla cəmi isə 942.5 AZN əlavə ödəniləcək gömrük ödənişləri təşkil edir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 3(009)-125/2022 nömrəli Qərarından görünür ki, “X4 X3 Sanayi İç ve Dış Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ödənilməli olan gömrük ödənişi məbləğinin 70 (yetmiş) faizi, yəni 4836,00 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan 942.5 (doqquz yüz qırx iki manat əlli qəpik) AZN gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 659 AZN (altı yüz əlli doqquz) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti “X4 X2 Sanayi İç Ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Republikasındakı Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar