Məhkəmə qərarları › İş №3(009)-1397/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1397/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1397/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 iyun 2021-ci il tarixli 00100-1155/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 19ACB605/19ACB896 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********3689 sorğu nömrəli, 25.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara 27.05.2021-ci il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı bəyannamənin 10-cü mal mövgeyində qeyd olunan "TAJİMA” markalı tekstil fabrikində istifadə üçün naxış tikmə maşını yükünün mənşəyi Türkiyə bəyan olunsa da, üzərində əks olunmuş göstəricilərə əsasən həmin yükün mənşəyinə dair şübhə yaranmışdır. Araşdırma məqsədilə həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/006-24/003528 saylı, 01.06.2021-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/3669 saylı, 09.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, Yaponiya istehsalı olan 1 ədəd “Tajima" markalı, TFGN-622 modelli. 2006-cı il buraxılışlı, hər hansı parçanın üzərinə naxış vurmaq üçün altı iynəli dəzgahın (naxış vuran) 01.04.2021-ci il tarixə orta bazar qiyməti təxminən 32023 manat müəyyən edilmişdir. Odur ki, Şəxs MMC tərəfindən 25.05.2021-ci il tarixli, **********3689 saylı gömrük bəyannaməsinin 10-cu mal pozisiyasında bəyan edilmiş 1 ədəd “Tajima” markalı, TFGN- 622 modelli, 2006-cı il buraxılışlı, hər hansı parçanın üzərinə naxış vurmaq üçün altı iynəli dəzgahın (naxış vuran) yükün mənşəyi Türkiyə deyil Yaponiya olduqda və orta bazar qiyməti təxminən 32023 manat olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edibetməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/016087 saylı 16.06.2021-ci il tarixli raportla sorğu olunmuş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/016313 saylı 17.06.2021-ci il tarixli raportda “X4" MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********3689 sorğu nömrəli 25.05.2021-ci il tarixli gömrük bəyannəməsininin 10-cu mal pozisiyasında bəyan edilmiş “Tajima markalı TFGN-622 modelli 2006cı il buraxılışlı naxış dəzgahının orta bazar qiyməti 32023 manat olduğu təqdirdə əlavə gömrük ödənişləri yaranmadığı qeyd edilmişdir. Həmçinin **********3689 sorğu nömrəli, 25.05.2021-ci il tarixli gömrük bəyannaməsinin 10-cu mal pozisiyasında qeyd edilmiş “Tajima” markalı naxış dəzgahının mənşəyinin Yaponiya olduğu halda şirkət Türkiyə kimi bəyan edərək gömrük ödənişlərinin məbləğinə təsir etməyən düzgün bəyan etməmə pozuntusuna yol vermişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 19ACB605/19ACB896 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********3689 sorğu nömrəli, 25.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara 27.05.2021-ci il tarixdə “İpək yolu" gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı bəyannamənin 10-cü mal mövqeyində qeyd olunan "TAJİMA” markalı naxış tikmə maşınları yükünün mənşəyi Türkiyə bəyan olunsa da, Yaponiya ölkəsinə məxsus olduğu müəyyən edildi. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3669 saylı, 09.06.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim olunmuş Yaponiya istehsali olan 1 ədəd “TAJİMA” markalı, TFGN-622 modelli, 2006-ci il buraxılışlı, hər hansı bir parçanın üzərinə naxış vurmaq üçün altı iynəli dəzgahın (naxış vuran) 01.04.2021-ci il tarixə orta bazar qiyməti təxminən 32023,00 manat müəyyən edilir. Ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. İş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 34/012/016313 saylı 17.06.2021-ci il tarixli raportdan görünür ki, Əməliyyat və Təhqiqat idarəsindən daxil olmuş 34/013/016087 saylı 16.06.2021- ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, X4 MMC-nin ünvanına Türkiyə Respublikasından gələn yükə tərtib edilən **********3689 saylı gömrük bəyannaməsinin 10-cu malı Tajima markalı TFGN-622 modelli 2006-cı il buraxılışlı orta bazar qiyməti 32023 manat olduğu təqdirdə əlavə gömrük ödənişləri yaranmayacaq. İş materiallarına əlavə edilmiş Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, BBGİ-nin “İpək Yolu” gömrük postu tərəfindən daxil olmuş 34/024/014021 saylı, 27.05.2021-ci il tarixli raporta əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 19ACB605/19ACB896 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan, BBGİ-də **********3689 sorğu nömrəli, 25.05.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallara 27.05.2021-ci il tarixdə “İpək yolu” gömrük postunda gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı bəyannamənin 10-cü mal mövqeyində qeyd olunan "TAJİMA” markalı tekstil fabrikində istifadə üçün naxış tikmə maşını yükünün mənşəyi Türkiyə bəyan olunsa da, üzərində əks olunmuş göstəricilərə əsasən həmin yükün mənşəyinə dair şübhə yaranmışdır. Araşdırma ilə bağlı Şəxs MMC-nin nümayəndəsi X2 izahatı alınmışdır. O izahatında şirkətin tekstil fəaliyyəti ilə məşğul olduğunu və idxal etdiyi malları öz istifadəsi üçün idxal etdiyini, şirkətin ünvanına 19ACB605/19ACB896 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin Bakı Baş Gömrük İdarəsində mal müşayət sənədləri əsasında **********3689 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyini, 25.05.2021-ci il tarixli, **********3689 saylı gömrük bəyannaməsinin 10-cu qrafasında bəyan edilmiş 1 ədəd naxış (tikmə) maşınının mənşə ölkəsini Türkiyə bəyan etdikləri halda üzərindəki məlumatlarda Yaponiya göstərildiyini, həmin malın Yaponiya istehsalı olmasından məlumatları olmadıqlarını, nəqliyyat vasitəsinin gömrük postunda açılıb baxılış keçirilən zaman həmin yükün Yaponiya istehsalı olmasından məlumatları olduqlarını və bu barədə Türkiyədə yerləşən ticarət etdikləri “MSL iç ve Dış Ticaret LTD” şirkəti ilə əlaqə saxladıqlarını, və onlar tərəfindən bu yükün 2003-cü il istehsalı olduğunu, Yaponiyadan özlərinin 2003-cü ildə aldıqlarını bildirdiklərini və hal-hazırda Şəxs MMC-nin öz istəyi ilə şirkət tərəfindən satıldığını, həmin yükə görə şirkətin hesabından 12228 dolların bank hesabı vasitəsilə ödənildiyini, sifarişin direktor tərəfindən verildiyini, həmin yüklərin mənşəyinin Türkiyə olmadığını qəbul etdiklərini, əlavə ödəniş yaranacağı təqdirdə ödəmək niyyətində olduqlarını bildirmişdir. Həmin yüklərin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zərurəti yarandığından, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertlərinə həvalə edilmiş və 1400-013/006-24/003528 saylı, 01.06.2021-ci il tarixli məktubla müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 9/3669 saylı, 09.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, Yaponiya istehsalı olan 1 ədəd “Tajima” markalı, TFGN-622 modelli, 2006-cı il buraxılışlı, hər hansı parçanın üzərinə naxış vurmaq üçün altı iyyynnnəəəllli dəzhhgahın (naxış vuran) 01.04.2021-ci il tarixə orta bazar qiyməti təxminən 32023 manat müəyyən edilmişdir. Şəxs MMC tərəfindən 25.05.2021-ci il tarixli, **********3689 saylı gömrük bəyannaməsinin 10-cu mal pozisiyasında bəyan edilmiş 1 ədəd “Tajima” markalı, TFGN-622 modelli, 2006-cı il buraxılışlı, hər hansı parçanın üzərinə naxış vurmaq üçün altı iyyynnnəəəllli dəzhhgahın (naxış vuran) yükün mənşəyi Türkiyə deyil Yaponiya olduqda və orta bazar qiyməti təxminən 32023 manat olduğu təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi və təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük prosedurları və ödənişləri şöbəsinə 34/013/016087 saylı 16.06.2021-ci il tarixli raportla sorğu olunmuş, adı qeyd olunan şöbədən daxil olmuş 34/012/016313 saylı 17.06.2021-ci il tarixli raportda Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********3689 sorğu nömrəli 25.05.2021-ci il tarixli gömrük bəyannəməsininin 10-cu mal pozisiyasında bəyan edilmiş “Tajima markalı TFGN- 622 modelli 2006-cı il buraxılışlı naxış dəzgahının orta bazar qiyməti 32023 manat olduğu təqdirdə əlavə gömrük ödənişləri yaranmadığı qeyd edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC -nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi X2 izahatında bildirmişdir ki, şirkətin tekstil fəaliyyəti ilə məşğul olduğunu və idxal etdiyi malları öz istifadəsi üçün idxal etdiyini, şirkətin ünvanına 19ACB605/19ACB896 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin Bakı Baş Gömrük İdarəsində mal müşayət sənədləri əsasında **********3689 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edildiyini, 25.05.2021-ci il tarixli, **********3689 saylı gömrük bəyannaməsinin 10-cu qrafasında bəyan edilmiş 1 ədəd naxış (tikmə) maşınının mənşə ölkəsini Türkiyə bəyan etdikləri halda üzərindəki məlumatlarda Yaponiya göstərildiyini, həmin malın Yaponiya istehsalı olmasından məlumatları olmadıqlarını, nəqliyyat vasitəsinin gömrük postunda açılıb baxılış keçirilən zaman həmin yükün Yaponiya istehsalı olmasından məlumatları olduqlarını və bu barədə Türkiyədə yerləşən ticarət etdikləri “MSL iç ve Dış Ticaret LTD” şirkəti ilə əlaqə saxladıqlarını, və onlar tərəfindən bu yükün 2003-cü il istehsalı olduğunu, Yaponiyadan özlərinin 2003-cü ildə aldıqlarını bildirdiklərini və hal-hazırda Şəxs MMC-nin öz istəyi ilə şirkət tərəfindən satıldığını, həmin yükə görə şirkətin hesabından 12228 dolların bank hesabı vasitəsilə ödənildiyini, sifarişin direktor tərəfindən verildiyini, həmin yüklərin mənşəyinin Türkiyə olmadığını qəbul etdiklərini, əlavə ödəniş yaranacağı təqdirdə ödəmək niyyətində olduqlarını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114-117 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinsin və 1000 (bir min) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar