Məhkəmə qərarları › İş №3(009)-1399/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1399/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1399/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli 00100-1165/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 25d qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 38ABZ861/38PS290 nömrəli nəqliyyat vasitəsi ilə, EA**********0106 saylı, 03.06.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********4857 sorğu nömrəli 10.06.2021- ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 idarəsinə müraciət olunmuş, həmin idarədən 2200-013/002-25/002956 saylı, 17.06.2021 il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən EA**********0106 saylı, 03.06.2021-ci il tarixli invoys üzrə idxal olunan Aliminium profillər yükünün XİF MN üzrə “**********" saylı kod altında sinifləşdirildiyi və 5% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********4857 sorğu nömrəli, 10.06.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş "**********” yükün XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi təqdirdə SHİELD ALUMİNUM tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu üzrə 11056.86 AZN, ƏDV üzrə 1990.22 AZN, elektron gömrük xidməti haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. Həmçinin Şəxs MMC barəsində Bakı Baş Gömrük idarəsində İXM-nin 505- ci maddəsi ilə 2 dəfə icraat aparılmış, ilk dəfə törədildiyi üçün məsuliyyət azad edilmiş, ikinci dəfə barəsində 00100-2002/20 saylı protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Qaradağ Rayon Məhkəməsinin 3(002)- 1276/2020 saylı, 15.10.2020-ci il tarixli qərarı ilə 5849 manat cərimə edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/016413 saylı 18.06.2021-ci il tarixli raport, **********4857 sorğu nömrəli gömrük bəyannaməsi, 2200-013/002-25/002956 saylı məktub, Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 adına olan etibarnamə, şəxsiyyət vəsiqəsinin surəti və izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından ünvan 2 ünvanına 33ABZ861/38PS290 nömrəli nəqliyyat vasitəsi ilə, EA**********0106 saylı, 03.06.2021 Tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********4857 sorğu nömrəli 10.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X3 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/002- 25/002956 saylı, 17.06.2021 il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən EA**********0106 saylı, 03.06.2021-ci il tarixli invoys üzrə idxal olunan Aliminium profillər yükünün XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi və 5% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********4857 sorğu nömrəli, 10.06.2021-ci il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş “**********” yükün XİF MN üzrə “**********” saylı kod altında sinifləşdirildiyi təqdirdə SHİELD ALUMİNUM tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 11056.86 AZN, ƏDV üzrə 1990.22 AZN, elektron gömrük xidməti haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV 5.40 AZN təşkil edir. İş materiallarında olan X4 İdarəsinin 17 iyun 2021-ci il tarixli 2200-013/003-25/002956 saylı Rəyindən görünür ki, “Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC-nin ünvanına EA**********0106 saylı 03.06.2021 invoysun 1-13-cü mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir: 1-9,13-cü mövqeləri üzrə Müxtəlif ölçülü və formalı alüminium ərintilərindən içi boş profillər XİF MN üzrə kod 7604 21 000 9, 10-12-ci mövqeləri üzrə Metal konstruksiyada istifadə üçün nəzərdə tutulmuş, birləşdirici hissəsi plastik materialdan olan alüminium profillər XİF MN üzrə kod 7610 90 900 0. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 3(002)- 1276/2020 saylı Qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 5849 (beş min səkkiz yüz qırx doqquz manat) məbləğində cərimə edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki Şəxs MMC aluminum qapı və pəncərə profillərinin satışı sahəsində fəaliyyət göstərir. Türkiyə Respublikasından Şəxs MMC-nin ünvanına daxil olmuş yüklər BBGİ-də **********4857 saylı 10.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yükləri ixrac bəyannaməsində göstərilən təsnifat koduna əsasən bəyan etmişik. Həmin yükləri rəsmiləşdirirkən gömrük əməkdaşı kodu dəqiqləşdirmək məqsədilə laboratoriyaya göndərmiş və laboratoriya aktına əsasən müəyyən edilmişdir ki, həmin bəyannamə ilə bəyan edilmiş yüklər sınaq protokolunda göstərilən təsnifat kodları altında sinifləşdirilməlidir və bu təqdirdə əlavə olaraq 11056.86 manat idxal gömrük rüsumu, 1990.22 manat ƏDV, 30 manat elektron gömrük xidməti haqqı və 5.40 manat elektron gömrük xidməti üzrə ƏDV ödənilməli olduğu müəyyən edilmişdir. Həmin ödənişləri ödəmək niyyətindədirlər. Sadəcə onlar ixrac sənədlərində göstərilən kodlardan fərqli kod qeyd edə bilmirilər. Bu halların nəzərə alınmasını xahiş edirlər. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğdə, yəni 9157.74 (doqquz min yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar