Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-14/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan “Şəxs Dövlət Tarix- X5 Elmi-Mədəni Mərkəzinin nümayəndəsi İsmayılova Səltənət Rövşən qızının iştirakları ilə, “Şəxs Dövlət X1 Elmi-Mədəni Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs Dövlət X2 Elmi-Mədəni Mərkəzinin mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə saat 12:15-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “ŞəxsDövlət X3 Elmi-Mədəni Mərkəzi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protolu tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Səbail RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan barəsində inzibati iş üzrə icraat aparılan “Şəxs Dövlət X2 Elmi-Mədəni Mərkəzinin nümayəndəsi İsmayılova Səltənət Rövşən qızı inzibati xəta haqqında protokola etiraz edərək izahatında bildirmişdir ki, bir qayda olaraq müvafiq sorğu idarəyə daxil olduqdan sonra qanunla müəyyən edilmiş müddətdə sorğu idarə tərəfindən cavablandırılır. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə də, müəssisənin balansında olan avtomobillər barədə məlumat göndərilmişdir. Göründüyü kimi “Şəxs Dövlət Tarix-mX5 Elmi- Mədəni Mərkəzinə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Şəxs Dövlət X3 Elmi- Mədəni Mərkəzinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzinin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, “ŞəxsDövlət X2 Elmi-Mədəni Mərkəzi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin “Şəxs Dövlət X2 Elmi-Mədəni Mərkəzinə ünvanladığı sorğudan görünür ki, həmin idarə mülkiyyətində olan “Hyundai Sonata minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 12:15-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin sorğusu xx xxxxxx 2020-ci il tarixdə “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzinin məsul şəxsi (Ərəbzadə) tərəfindən qəbul edilmişdir. İş materiallanda olan “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzi tərəfindən Səbail RPİ-yə ünvanlanmış məlumatın verilməsi haqqında məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində “Hyundai Sonata” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 (sürücülük vəsiqəsi AC 550549) tərəfindən idarə edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hazırki işdən isə müəyyən edilir ki, Səbail RPİ-nin “Hyundai Sonata” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə saat 12:15-də idarə edən sürücü barədə Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə məlumat verilməsi üçün “Şəxs Dövlət X3 Elmi- Mədəni Mərkəzinə sorğu göndərilmiş, qeyd edilən sorğu isə xx xxxxxx 2020-ci il tarixdə “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzinin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “ŞəxsDövlət X3 Elmi-Mədəni Mərkəzi tərəfindən Səbail RPİ-yə qanunla müəyyən edilmiş vaxtda məlumatın verilməsi haqqında məktub göndərilərək, xx.xx.2020-ci il tarixində “Hyundai Sonata” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 (sürücülük vəsiqəsi AC 550549) tərəfindən idarə edildiyi göstərilmişdir. Təsvir olunanlardan görünür ki, “Şəxs Dövlət X3 X4 RPİ-dən sorğunu aldıqdan sonra sorğuya qanunla müəyyən edilmiş vaxtda cavab verdiyindən, “Şəxs Dövlət X3 Elmi-Mədəni Mərkəzinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də “Şəxs Dövlət X2 Elmi-Mədəni Mərkəzinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43,53 114-115, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs Dövlət X2 Elmi-Mədəni Mərkəzinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (xx xxxxxx 2020-ci il tarixli, İXP 3621001) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-14/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-14/2021
03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver