Məhkəmə qərarları › İş №3(009)-14/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-14/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-14/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 04 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X4 və onun nümayəndəsi Nümayəndə şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul X4 və onun nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) direktorudur. Şirkət məişət avadanlıqlarının onlayn satışı sahəsində fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı AZ6812, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd olsa da, faktiki olaraq ünvan 2 ünvanında fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə X7 Xidmətinə dəvət edilmişdir. Xidmətin məsul əməkdaşları ona bildirmişlər ki, Novruzov Emil X1 tərəfindən onun barəsində Xidmətə şikayət daxil olmuşdur. Şikayətin nədən ibarət olması barədə şifahi qaydada şifahi qaydada məlumat bildirilmişdir. Xidmətin məsul əməkdaşları tərəfindən iddia edilmişdir ki, o, X9 və X5 direktoru olduğum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında fəaliyyət göstərən ofisində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmişdir. Buna etirazını bildirsə də, qeyd edilən hallar tam və obyektiv araşdırılmamışdır. Bundan sonra, X7 Xidməti onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə vəzifəli şəxs kimi 4000 manat (dörd min) inzibati cərimə olunmağı barədə 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassız olduğu üçün ləğv edilməlidir və bununla bağlı aşağıdakı xüsusatları qeyd edir: Sözügedən qərarda qeyd edilmişdir ki, X9 10 iyul 2023-cü il tarixdən 14 iyul 2023-cü il tarixədək, X5 21 avqust 2023-cü il tarixdən 25 sentyabr 2023cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilmişdir. X9 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 10 iyul 2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır, həmin əmək müqaviləsi 14 iyul 2023-cü il tarixdə “Əmək və Məşğulluq Altsistemi”nə daxil edilmişdir. İşçinin müqaviləsinin bağlanma tarixi ilə bağlı ƏMAS altsisteminin tələbi odur ki, həmin tarix əmək müqaviləsi bildirişi tarixi üzrə məlumatların daxil edilməsindən bir ay öncədən gec ola bilməz. ƏMAS proqramı işçinin işə başlama tarixi ilə əmək müqaviləsinin bağlanma tarixi arasında hər hansı vaxt aralığı müəyyən etməyib. İndiki halda, X9 ilə "xxxx" MMC arasında əmək müqaviləsi 10 iyul 2023cü il tarixdə bağlansa da, bu əmək müqaviləsi 1 aydan gec olmayaraq, yəni 14 iyul 2023-cü il tarixdə “Əmək və Məşğulluq Altsistemi”nə daxil edilmişdir və işçi işə cəlb edilmişdir. Buna görə də inzibati xəta hadisəsi baş verməyib. Qərarda adıçəkilən digər şəxs - X10 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ümumiyyətlə əmək hüquq münasibəti olmamış, həmin şəxslə əmək müqavilə bağlanmamışdır. İndiki halda İsazadə Səma ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmadığı, onunla əmək hüquq münasibəti olmadığı üçün mövcud olmayan bir müqavilənin hüquqi qüvvəyə minməsindən söhbət gedə bilməz və bu baxımdan inzibati xəta hadisəsi də baş verməyib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün barəsində inzibati xəta haqqında qərar verilmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X6 şikayətin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıraraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X4, vətəndaşlar X9 10 iyul 2023cü il tarixindən 14 iyul 2023-cü il tarixədək, X10 isə 21 avqust 2023-cü il tarixdən, 25 sentyabr 2023-cü il tarixədək "xxxx" MMC-nin işəgötürəni tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci məddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarından göründüyü kimi vətəndaşlar X9 10 iyul 2023cü il tarixindən 14 iyul 2023-cü il tarixədək, X10 isə 21 avqust 2023-cü il tarixdən, 25 sentyabr 2023-cü il tarixədək "xxxx" MMC-nin işəgötürəni tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərar tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, X4 və onun nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X4 və onun nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 04 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar