Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1400/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Kayman Adalarının Şəxsın nümayəndəsi X1 iştirakı ilə, Kayman Adalarının Şəxsın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Kayman Adalarının Şəxsın Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2021-ci il tarixli 00100- 1187/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Kayman Adalarının "X3" şirkətinin filialı (VÖEN **********) Böyük Britaniyada fəaliyyət göstərən “Navante Services Ltd” şirkətinin tapşırığı ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “İjneftemaş” PAO şirkətindən 90DE993/99ZB386 nömrə nişanlı yük avtomobilinə yüklənilmiş vəziyyətdə Azərbaycan Respublikasına idxal edilmiş malları 08 aprel 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7317 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “son istifadə xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən qarşılıqlı əməkdaşlı çərçivəsində X5 Xidməti orqanından alınan 990 nömrəli 31.03.2021-ci tarixli invoys sənədi və 10418010/020421/0096640 nömrəli ixrac bəyannaməsinə əsasən malların ümumi dəyəri 14520,00 ABŞ dolları qeyd edilməsinə baxmayaraq, bəyannamənin 22-ci qrafasında malların ümumi dəyərini 17921,00 ABŞ dolları məbləğində bəyan etməklə, malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatlar verilmişdir. Həmçinin həmin protokoldan müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Kayman Adalarının Şəxsın nümayəndəsinin iştirakı təmin edilmiş və o, sənədlərlə tanış olduğunu, lakin izah verə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Kayman Adalarının Şəxsın nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Kayman Adalarının Şəxsın Azərbaycan Respublikasının İXM-nin 482.3cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, KAYMAN ADALARİNİN “X3” şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına Rusiya Federasiyasından 90DE993/99ZB386 nömrə nişanlı avtomaşınla daxil olmuş 2 yerdən ibarət, brutto çəkisi 1521 kq olan mallar üçün **********7317 sorğu nömrəli 08.04.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən 990 nömrəli 31.03.2021-ci il tarixli invoysda dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə X5 Xidməti orqanına 1400-011/004-25/002337 saylı 09.04.2021-ci il tarixli məktubla müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq DGK tərəfindən 1000-200/200-25/008619 saylı 27.05.2021-ci il tarixli məktubla BBGİ-yə göndərilən X5 Xidməti orqanından alınmış cavab məktubunda ixrac bəyannaməsinə və invoysa əsasan KAYMAN ADALARİNİN “X3" şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən 990 nömrəli 31.03.2021-ci il tarixli invoysda və ixrac bəyannaməsində qeyd olunan yüklərin ümumi dəyəri 17921.00 USD deyil, 14520.00 USD olduğu bildirilir. İş materiallarında olan 08.04.2021-ci il tarixli **********73317 nömrəli gömrük bəyənnaməsindən görünür ki, Kayman Adalarının Şəxsın (VÖEN **********) ünvanına 21 ədəd neft sənayesində istifadə olunan çarx qolu irəli-geri prinsipi ilə işləyən həcmli dərinlik nasosları ölkə ərazisinə idxal edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Kayman Adalarının Şəxsı Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 482.3-cü madədsinə əsasən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Kayman Adalarının Şəxsı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kayman Adalarının Şəxsı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1400/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1400/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver