Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1400/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X3 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 avqust 2022-ci il tarixli 13000-0924/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə idxalçı hüquqi şəxs Şəxs QSC-nin (VÖEN: **********) ünvanına **********1958 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar təkrar idxal proseduru altında Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə təkrar idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalması səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin böyük təhqiqatçısı X5 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Enerji Resursları və X7 Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/004564 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə idxalçı hüquqi şəxs Şəxs QSC-nin (VÖEN: **********) ünvanına **********1958 saylı gömrük bəyannaməsi üzrə göndərilən mallar təkrar idxal proseduru altında Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə təkrar idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalması səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Müvafiq olaraq Azərbaycan Respublikasının Gömrük məcəlləsinin 113.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsində mallar gömrük ərazisinə qətirilməzdən əvvəl həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi tələb olunur, həmçinin qısa idxal bəyannaməsinin verilməməsinə görə isə bu fakt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən bəyannaməcinin inzibati məsuliyyətinə səbəb olur. Qeyd olunanların nəzərə alınmasını Şəxs QSC-nin barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSCnin nümayəndəsi X4 bildirmişdir ki, 29 avqust 2022 - ci il tarixdə AR Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən EP ******* saylı protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün Səbail rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, protokolun tərtib edilməsinə səbəb kimi qeyd olunmuşdur ki, AR Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022 - ci il tarixli 34/012/004564 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022 - ci il tarixdə idxalçı hüquqi şəxs AXDG QSC ünvanına **********1958 saylı gömrük bəyannaməsi üzrə gğndərilən mallar Baş idarədə rəsmiləşdirilmişdir. Lakin AR Dövlət Gömrük Xidmətinin VAİS sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın çatdırılması və boşaldılmasana dair məlumatlardan müəyyən olunmuşdur ki.sözügüdən bəyannamə üzrə idxal edilmiş mallara dair AR gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş,həmçinin həmin gğmrük bəyannaməsinin 40-cı qrafasının boş qalması səbəbindən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı müəyyən olunmuşdur. Protokolda qeyd olunanlarla bağlı bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2 - ci maddəsinə əsasən, AR Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimə tətbiq olunur. “Süleyman Vəzirov" gəmisi Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən 02 may 2014 - cü il tarixdə qeydiyyat nömrəsi DGR-0917 olmaqla № 149-14/1 saylı gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, AR Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş qanunsuz və əsassızdır, belə ki “X6” gəmisi AXDG QSC -nin mülkiyyətində olmuş yə idxal olunmamışdır, beləliklə də təqdim olunmuş sübutlardan müəyyən olunur ki, protokol İXM -nin tələblərinə uyğun deyil və ləğv olunmaldır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş “Gömrük prosedurları və ödənişləri” şöbəsinin inspektoru tərəfindən tərtib olunmuş raporta əsasən xx.xx.2022-ci il tarixdə Şəxs QSC-nin ünvanına göndərilən yük **********00003 saylı barkodla “Liman” gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Şəxs QSC tərəfindən qısa idxal bəyənnaməsi gömrük orqanına təqdim edilməmişdir. **********1958 saylı gömrük bəyənnaməsində 40-cı qrafada qısa idxal bəyənnaməsi göstərilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması”-na da çıxarışdan görünür ki, Şəxs QSC ünvanına mallar xx.xx.2022-ci il tarixdə saat 15:53 radələrində Enerji Resursları və X7 Gömrük İdarəsinin “Liman” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Həmçinin qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmişdir. İş materiallarından müəyyən edilir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsi təkrar idxal edilmiş mallara dair qısa idxal bəyənnaməsi malları daşıyan şirkət tərəfindən nəqliyyat vasitəsinin Azərbaycan Respublikası gömrük sərhəddinə çatma vaxtının öncədən bildirilməməsi, həmçinin nəqliyyat vasitəsinin Azərbaycan Respublikası gömrük sərhəddini heç bir məlumat vermədən keçməsi səbəbindən təqdim edilmədiyini bildirmişdir Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1400/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1400/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver