Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1401/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi ilə, İnzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli 00100-1161/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edib, Şəxs MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili X6 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rəsmiləşdirilməsinin aparılması və dəymiş zərərin kompensasiyası barədə" Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Hazırda iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Belə ki, “MOSS" MMC Türkiyənin qeyri-rezident “Sefık Ünsal Текsti 1 İşn. San və Tic LTD ŞİT' şirkəti ilə rəsmi alqı-atqı müqaviləsi bağlayaraq 31.03.2021-ci il tarixdə **********6190 saylı gömrük bəyannaməsi ilə 7.574,45 USD dəyərində və X8 San Tic LTD” şirkəti ilə rəsmi alqı-satqı müqaviləsi bağlayaraq 30.03.2021-ci il tarixdə 0121 ********** saylı gömrük bəyannaməsi ilə 60.901,75 USD dəyərində olan parça ölkəyə idxal edilmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə edilmiş əlavələr əsasən malların qiyməti razılaşdırılaraq 1 kq parça üçün 3.25 USD müəyyən edilmişdir. Bu halı təsdiq edən tərəflər arasında imzalanmış müqavilə və onlara edilən əlavələri, gömrük bəyannanamələrini, türkiyə gömrük bəyyanaməsi və invoysları və qoşmaya əlavə edilmişdir. Bakı Baş Gömrük İdarəsi iş üzrə əsas sübut olan tərəflər arasında imzalanmış rəsmi alq-satqı müqaviləsi və malların 1 kq üçün tərəflər arasında razılaşmış qiymətə dair müqaviləyə edilmiş əlavələri nəzərə almayaraq əsassız olaraq Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ik 27 iyul 2021-ci il tarixli, 00100-1 161/21 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolda göstərilir ki, Şəxs MMC' Türkiyə Respublikasında fəaliyyət göstərən X11 İşn. San və Tic LTD ŞTİ” şirkətindən Azərbaycan Respublikasına idxal etdiyi ümumi bazar qiyməti 32.951,70 manat təşkil edən 2330,60 kq çəkidə 108 rulon, hər rulonda parçanın eni 1 metr, ruoiunlardr parçanın ümumi uzunluğu 8037 metr olan “boyalı örme kumaş” ipliyindən parça yükünü 31 mart 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********6190 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduruna yerləşdirmək məqsədi ilə bəyan edərkən malın gömrük dəyərini yanlış bəyan etməklə və XİF MN 6006 24 000 0 alt yarım mövqeyində sinifləşdirilməklə boyanmış trikotaj parça kimi bəyan etməklə, ödənilməli olan 1040,10 manat idxal rüsumu, 1390,34 manat ƏDV-dən ibarət olmaqla, ümumilikdə 2430,44 manat gömrük ödənişləri ödənilməsindən hərəkətlə yayınmışdır. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin protokol tamamilə qanunsuz və əsassızdır. Bildiririk ki, Şəxs MMC gömrük ödənişini tərəflər arasında imzalanmış müqavilə və ona edilmiş əlavə əsasında etmişdir və gömrük ödənişlərini bəyan edərkən malın gömrük dəyərini yanlış bəyan etməmişdir. Yəni həmin gömrük bəyannamlərində göstərilmiş malın gömrük dəyəri Şəxs MMC ilə “X11 İşn. San və Tic LTİ) ŞTİ” şirkəti arasında imzalanmış alqı-satqı müqaviləsinə edilmiş əlavə 01 ilə tənzimlənmişdir və həmin müqaviləyə edilmiş əlavənin 3-cü bəndinə əsasən Malların toplam dəyəri 7.574,45$ dollar müəyyənləşdirilmişdir. Əlavə olaraq qeyd edir ki, halhazırda gotirdikləri mallarla gömrük dəyəri eynilik təşkil edir və həmin mallar gömrük nəzarətindən buraxılmışdır həmin mallara görə ödənilməli olan rüsumlar ƏDV və idxal rüsumu ödənilmişdir. Bakı Baş Gömrük İdarəsi Şəxs MMC-nin “X11 İşn. San və Tic LTD ŞTİ” şirkəti ilə rəsmi alqı-satqı müqaviləsi bağlayaraq 31.03.2021-ci il tarixdə **********6190 saylı gömrük bəyannaməsində gömrük dəyərini 7.574,45 USD olmasını təsdiq edən alqı-satqı müqaviləsi və gömrük bəyannamələri olduğu halda heç bir əsas olmadan malın (parçanın) orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza keçirilməsi və həmin ekspert rəyinə əsaslanaraq malların bazar dəyirinin 32.951,70 manat olmasınını əsas gətirərək yanlış nəticəyə gəlmişdir. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq Gömrük tarifi haqqında Qanunla müəyyən edilir. Həmin Qanunun 12.1-ci maddəsinin tələbinə əsasən isə Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə. eyni cinsli malların sövdələşmə qiyməti ilə vəs..müəyyən edilir. Bütün bu hallar göstərir ki, “MOSS" MMC Bakı Baş Gömrük İdarəsində **********6190 malın gömrük dəyərini tərəflər arasında imzalanmış müqavilə əsasında real olaraq bəyan etdiyi üçün və idxal etdiyi məhsula görə gömrük ödənişinin ödənilməsindən yayınmamışdır. Bununla da “MOSS" MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi yaranmamışdır. Göstərilənləri nəzərə alaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "MOSS” MMC-in ünvanına idxal olunan yük üçün **********190 və **********6197 sorğu nömrəli, 31.03.2021-ci il tarixli gömrük bəyannamələri tərtib edilərək rəsmiləşdirilməsi üçün təqdim edilmişdir. Sənədlərə ilkin baxış zamanı gömrük bəyannamələrinin 31-ci qrafalarında malların təsvirinin (malın artikul kodu,tərkibi,ölçüsü ağırlığı və s, tam və dolğun göstərilməməsi **********6190 sorğu nömrəli gömrük bəyannaməsində malın (parça yükü) 600622.0000, **********6197 sorğu nömrəli gömrük bəyannaməsində isə malın (parça yükü) ********** kodu altında bəyan edilməsi şübhə doğurduğundan, 1400- 012/***-*******9 və 1400-012/002-25/002820 saylı 29.04.2021-ci il tarixli məktublarla parça yüklərinin XİFMN kodunun və tərkibinin müəyyən olunması məqsədilə MGEl-nə müraciət edilmişdir. MGEİ-nin 2200-015/003-25/002180 saylı, 30.04.2021-ci il tarixli və 2200-015/001- 25/002188 saylı, 01.05.2021-ci il tarixli rəyrərinə əsasən bəyan edilmiş malların XİFMN kodlarında (**********190 saylı GB ilə idxal olunan yük üçün ********** xifmn kodu. **********6197 saylı GB ilə idxal olunan yük üçün isə **********,********** xifmn kodu) dəyişiklik yaranmışdır. Bundan əlavə "MOSS” MMC-nin ünvanına Türkiyənin iki fərqli ixracatçı firması tərəfindən göndərilən müxtəlif tərkibli parçaların hər ikisinin də 1kq-na düşən invoys dəyərinin eyni, oımas, şübhə doğurmuşdur. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs “MOSS" MMC (VÖEN **********) Türkiyə Respublikasında fəaliyyət göstərən “X11 İnş.San.X12.Şti” şirkətindən 3200/31ADV97 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal etdiyi ümumi bazar qiyməti 32 951.70 manat təşkil edən 2330,60 kq çəkidə 108 rulon hər rulonda parçanın eni 1 metr, rulonlarda parçanın ümumi uzunluğu 8037 metr olan “boyalı örme kumaş” ipliyindən parça yükünü 31 mart 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 14-cü km. ünvanda yerləşən Bakı Baş Gömrük İdarəsində **********6190 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən, malın gömrük dəyərini yalnış bəyan etməklə və XİF MN üzrə 60060 alt yarım mövqeyində sinifləşdirilməli olan, “çap olunmuş” trikotaj parçaya aid bu mallari XİF MN 6006 22 000 0 alt yarım mövqeyində sinifləşdirməklə “boyanmış Mrikotaj parça bəyan etməklə, ödənilməli olan 1040.10 manat idxal rüsumu, 1390,34 manat ƏDV-dən ibarət olmaqla, ümumilikdə 2430,44 manat gömrük ödənişlərinin ödənilməsindən hərəkətlə yayınmış, 19.06.2021 -ci il tarixli bildiriş üzrə gömrük ödənişlərini ödəyərək inzibati hüquqi məsuliyyətdən azad olunmaq hüququ izah edilməklə gömrük ödənişlərini ödəmək öhdəliyi barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, hərəkətsizliklə əməllərini davam etdirib gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Həmçinin həmin protokolla müəyyən edilmişdir ki, fakt 34/012/012365 nömrəli 07.05.2021-ci il tarixli, 34/013/013121 nömrəli 19.05.2021-ci tarixli, 34/013/016275 nömrəli 17.06.2021-ci il tarixli, 34/012/016451 nömrəli 18.06.2021-ci il tarixli raportlar, 20.05.2021-ci il tarixli yoxlama protokolu, **********6190 sorğu nömrəli, 121********** sorğu nömrəli Gömrük bəyannaməsi, X5 İdarəsinin 200-015/003-25/002130 nömrəli 30.04.2021-ci il tarixli, 2200- 015/001-25/02188 nömrəli 01.05.2021-ci il tarixli gömrük ekspertizası rəyi, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan igər sənədlərlə tam təsdiq olunur. Belə ki,Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/012365 nömrəli 07.05.2021-ci il tarixli raporta, X5 İdarəsinin 2200-015/003-25/002130 nömrəli 30.04.2021-ci il tarixli, 2200- 015/001-25/02188 nömrəli 01.05.2021-ci il tarixli gömrük ekspertizası rəylərinə əsasən müəyyən edilmişdir ki, Şəxs MMC-in ünvanına idxal olunan yükün **********190 və **********6197 sorğu nömrəli, 31.03.2021-ci il tarixli gömrük bəyannamələri tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Sənədlərə ilkin baxış zamanı gömrük bəyannamələrinin 31-ci qrafalarında malların təsvirinin (malın artikul kodu,tərkibi,ölçüsü ğırlığı və s.) tam və dolğun göstərilməməsi **********6190 sorğu nömrəli gömrük bəyannaməsində malın (parça yükü) **********, **********6197 sorğu nömrəli gömrük ayannaməsində isə malın (parça yükü) ********** kodu altında bəyan edilməsi şübhə doğurduğundan, 1400-012/***- *******9 və 1400-012/002-25/002820 saylı 29.04.2021-ci il tarixli məktublarla parça yüklərinin XİFMN kodunun və tərkibinin müəyyən olunması məqsədilə MGEİ-nə müraciət edilmişdir. MGEİ-nin 2200-015/003-25/002180 saylı, 30.04.2021-ci il tarixli və 2200- 15/001-25/002188 saylı, 01.05.2021-ci il tarixli rəylərinə əsasən bəyan edilmiş malların XİFMN adlarında (**********190 saylı GB ilə idxal olunan yük üçün ********** xifmn kodu, 121********** saylı GB ilə idxal olunan yük üçün isə **********,********** xifmn kodu) dəyişiklik yaranmışdır. Bundan əlavə “MOSS" MMC-nin ünvanına Türkiyənin iki fərqli ixracatçı firması tərəfindən göndərilən müxtəlif tərkibli parçaların hər ikisinin də 1kq-na düşən invoys dəyərinin eyni olması şübhə doğurmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 31RS200/31DV97 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal edilmiş 108 rulon 2330,60 kq çəkidə “boyalı örme kumaş” adlı geyim hazırlanması üçün pambıq ipliyindən boyanmış parça, 544 rulon 13064 kq çəkidə “boyalı örme maş” və 196 rulon 5675 kq “örme kumaş” pambıq ipliyindən parçalar yükü 31 mart 21-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********190 sorğu nömrəli və **********6197 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilərkən mallar yalnış kod altında rəsmiləşdirilmişdir. Malların dəyəri ilə əlaqədar yaranan əsaslı şübhələrə görə və malın kodunun yalnış bəyan edildiyinə görə müşayiət sənədləri mötəbərliyini itirdiyindən malların dəyərini müəyyən etmək mümkün olmamış, buna görə də məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsinə zərurət yaranmışdır. Ümumi məlum olan faktdır ki, bazarda parça yükləri çəki ilə deyil, onun eni və uzunluğunun hasili, yəni eni nəzərə alınmaqla uzunluğuna görə qiymətinə münasibətdə satılır. Ona görə də bu malların əmtəəşünaslıq tədqiqatları yalnız parça yükünün eni, uzunluğu və sahəsi müəyyən edildikdən sonra aparıla bilər. 19 may 2021-ci il tarixdə Şəxs MMC tərəfindən 31 mart 2021-ci tarixdə Bakı Baş Gömrük idarəsində **********190 sorğu nömrəli və **********6197 sorğu nömrəli Gömrük bəyannamələri ilə bəyan edilən, 31RS2G0/31DV97 nömrə nişanlı yük avtomobilində Azərbaycan Respublikasına idxal edilmiş 108 rulon 2330,60 kq çəkidə “boyalı örme maş” adlı geyim hazırlanması üçün pambıq ipliyindən boyanmış parça, 544 rulon 13064 kq çəkidə “boyalı örme kumaş” və 196 rulon 5675 kq “örme kumaş" pambıq ipliyindən parçalar yükünün bəyannamə ilə eyniliyini yoxlamaq, hər birinin eni, uzunluğu və sahəsini müəyyən edərək onlardan nümunələr götürmək məqsədi ilə mallara gömrük yoxlaması aparılması 34/013/013121 mrəli “ipək Yolu” gömrük postuna tapşırılmışdır. 20 may 2021-ci il tarixdə “ipək Yolu” gömrük postunun 34/024/013237 nömrəli cavab raportuna əsasən aparılan 20 may 2021-ci il tarixli “yoxlama aparılması haqqında” protokol Təhqiqat şöbəsinə təqdim edilmişdir. 20 may 2021-ci il tarixdə Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********6190 və **********6197 sorğu nömrəli 31.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən Türkiyə Respublikasında fəaliyyət göstərən “X11 inş.San.X12.Şti” şirkəti tərəfindən göndərilən 2330,60 kq çəkidə 108 rulon hər rulonda parçanın eni 1 metr, rulonlarda parçanın ümumi uzunluğu 8037 metr olan “boyalı örme kumaş” ipliyindən parça, “X9 San X12.Şti” şirkəti tərəfindən göndərilən ümumi çəkisi 18739 kq təşkil edən: ayrı-ayrılıqda 22 rulon hər rulonda parçanın eni 0,63 metr, rulonlarda parçanın ümumi uzunluğu 2810 metr olan “kaşkorse” nişanlı parça və 718 rulon hər rulonda parçanın eni 1,83 metr, rulonların ümumi uzunluğu 43 747 metr olan iki saplı parçanın 29 mart 2021-ci il tarixə ümumilikdə və ayrıayrılıqda orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə 1400-013/004-24/003242 nömrəli 21.05.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tapşırılmışdır. 17 iyun 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatların nəticələrinə dair 9/3507 nömrəli 14.06.2021-ci il tarixli ekspert rəyinə əsasən 8037 metr “boyalı örme kumaş” ipliyindən parçanın 1 metri 4,10 manat qiymətə olmaqla, 8037 metri 32951,70 manat, “kaşkorse” nişanlı parçanın 1 metri 3,20 manat olmaqla 2810 metri 8992 manat, iki saplı parçanın 1 metri 3,60 manat olmaqla 43747 metrinin qiyməti isə 157489,20 manat təşkil edir, (qeyd edilən qiymətlər hadisə vaxtına orta bazar qiymətidir). 17 iyun 2021-ci il tarixdə Şəxs MMC-in ünvanına idxal olunan yük üçün **********190 və **********6197 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyəri əmtəəşünaslıq tədqiqatları nəticəsində müəyyən edilən bazar qiymətinə əsasən gömrük dəyərinə uyğun olduqda, gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, müsbət halda əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Təhqiqat şöbəsinə cavab verilməsi üçün 34/013/016275 nömrəli raportla sorğu verilmişdir. 18 iyun 2021-ci il tarixdə sorğuya verilən Gömrük Prosedurları və Ödənişləri şöbəsindən 34/012/016451 nömrəli raporta əsasən Şəxs MMC-nin Türkiyə Respublikasından gələn yükə tərtib edilən **********6190 saylı gömrük bəyannaməsi üziə gömrük dəyəri ekspert rəyində müəyyən olunan bazar qiyməti 32951.70 manat qiymətinə uyğun olduğu təqdirdə əlavə ödəniləcək məbləğ əlavə dəyər vergisi üzrə 1433.54 azn. idxal rüsumu 1040.10 azn, **********6197 saylı gömrük bəyannaməsində isə ekspert rəyində müəyyən olunan bazar qiyməti 166481.2 manat qiymətinə uyğun olduğu təqdirdə isə gömrük ödənişlərinin məbləğinə heç bir təsiri olmadığı müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, araşdırma zamanı MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük bəyannaməsindəki qiymətlərin düzgün olduğunu bildirmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşunaslıq ekpertizasının 14 iyun 2021-ci il tarixli 9/3507 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Binə ticarət mərkəzinin parça satışı mağazalarından əldə edilmiş məlumatlara əsasən anoloji malların qiymətləri və s. amilləri (yəni həmin materialların respublika ərazisində fəaliyyət gğöstərən sexlər tərəfindən istifadə edilməsi) nəzərə alınmaqla təqdim edilmiş parçaların 29.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 199432,90 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 31.03.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, "MOSS” MMC-nin ünvanına 2330,6 kq geyim hazırlanması üçün pambıq ipliyindən boyanmış parçalar ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 2430,44 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 2430,44 manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 1701 manat məbləğində inzibati cərimə edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 100 (bir yüz) manat Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1401/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1401/2021
27.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver