Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1401/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X6 və X4, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 31 may 2024-cü il tarixdə tərtib olunmuş 00100- 012118/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmus 3-33-1100/013/012930 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən **********2477 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2024-cü il tarixində müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********2477 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda yerləşdirilmiş 1 ədəd "istifadə olunmuş neft sənayesində istifadə üçün dəvisən cərəyanlı generator: seriya № 604 712/1, model LSA 54 S70/6P, gücü 2900 kVA” adlı yükün daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin yükün emal müddətinin son tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. Odur ki, daxildə emal müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq **********2477 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş 1 ədəd “istifadə olunmuş neft sənayesində istifadə üçün dəyişən cərəyanlı generator: seriya № 604712/1, model LSA 54 S70/6P, gücü 2900 kVA” adlı yükün daxildə emal müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin yükün daxildə emal müddətinin uzadılması və va digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Lakin, "xxxx" MMC tərəfindən həmin müddət bitdikdən 13 (on üç) gün sonra xx.xx.2024-cü il tarixdə **********2477 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş 1 ədəd “istifadə olunmuş neft sənayesində istifadə üçün dəyişən cərəyanlı generator: seriya № 604 712/1, model LSA 54 S70/6P, gücü 2900 kVA” adlı yükün daxildə emal müddəti bitməmiş "RAPİD SOLUSNS” MMC tərəfindən həmin yükün daxildə emal müddətinin uzadılması ilə bağlı müraciət edilmiş və son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 nömrəli 14 yanvar 2014-cü il tarixli “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında qərarının 7.1-ci bəndinə əsasən daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti 2 (iki) ildən artıq olmamalıdır. Həmin qərarın 7.6-cı bəndinə əsasən icazə sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı daxildə emal xüsusi gömrük prosedurunun basa çatma müddətinin 1 (bir) ilədək uzadılması barədə qərar qəbul edir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X9 və X7 Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətdən görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən **********2477 sorğu nömrəli gömrük bəyannaməsi ilə daxildə emal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti təmir əməliyyatlarına olan gecikmə ilə əlaqədar olaraq 24 mart 2024-cü il tarixində bitmiş və şirkət tərəfindən yüklərin öhdəlik müddətinin uzadılması üçün 06 aprel 2024-cü il tarixində müraciət olunmuşdur və son tarix 24 may 2024-cü il müəyyən olunmuşdur. Hazırki inzibati xətalara dair protokol isə 31 may 2024cü il tarixdə tərtib olunmşdur. Göründüyü kimi yüklərin öhdəlik müddəti hazırki inzibati xəta haqqında protokol tərtib edilənədək uzadılmışdır. Bundan sonra tərtib gömrük prosedurunun müddətinin uzadılmasına dair müraciətlərdən görünür ki, şirkət tərəfindən yüklərin öhdəlik müddəti 24 may 2024-cü il tarixdən 24 iyun 2024-cü ilədək və 24 iyun 2024-cü il tarixindən 24 iyul 2024-cü ilədək uzadılması barədə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə görə malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belələliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xətalara dair icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1401/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1401/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver