Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1402/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, protokol tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində protokol tərtib edilmiş Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 və Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin direktoru Mansur Talıblının iştirakları ilə, Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsininin 347-ci maddəsinə əsasən Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10.03.2021-ci il tarixdə tərtib edilmiş AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, KİA RİO minik markalı, 90PG946 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verilməmişdir. Bunun nəticəsində Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X6 oğlu, Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunmuş Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin səlahiyyətli nümayəndəsi X2, Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin hüquqi ünvanına göndərilmiş KİA RİO minik markalı, 90PG946 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə olan sorğunu qəbul edən “Əhmədov” soyadlı şəxsin onların şirkətində heç vaxt çalışmadığını və beləliklə məktub çatacağı təqdirdə dərhal sorğuya cavab veriləcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin İdarə Heyətinin sədri X4 da Binəqədi Rayon Polis İdarəsi tərəfindən Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin hüquqi ünvanına göndərilmiş KİA RİO minik markalı, 90PG946 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə olan sorğunu qəbul edən “Əhmədov” soyadlı şəxsin onların şirkətində heç vaxt çalışmadığını və beləliklə məktub çatacağı təqdirdə dərhal sorğuya cavab veriləcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-yə 23 fevral 2021-ci il tarixli sorğusunun “Əhmədov” soyadlı şəxs tərəfindən qəbul edilməsinə dair xəbərnamə tam doldurulmamış, həmin şəxsin adı, atasının adı və tutduğu vəzifəsi qeyd olunmamış sadəcə “Əhmədov” yazılmaqla kifayətlənmişdir. Belə olan halda “Əhmədov” soyadlı şəxsin Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-də işləməməsi ilə bağlı barəsində protokol tərtib edilmiş şəxsin nümayəndələrinin mülahizələri əsaslı görünür. Bundan başqa məhkəməyə təqdim olunmuş əmək müqaviləsi üzrə elektron informasiya sistemindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin məktubundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində 01 fevral 2021-ci il tarixdən – 31 mart 2021-ci il tarixədək olan dövrdə Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-də “Əhmədov” soyadlı şəxsin işləməsi barədə əmək müqaviləsi bildirişinin olmadığı müəyyən edilir. Odur ki, Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi sübuta yetirilmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Azmikroinvest» Bank Olmayan Kredit Təşkilatı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Bank Olmayan Kredit Təşkilatı MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1402/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1402/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver