Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1402/2022 06.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, X2 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir. Həmin Məcəllənin 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, lakin şikayət məhkəməyə 05 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətində qərarı xx.xx.2022-ci il tarixdə aldığını qeyd etsə də, ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Lakin şikayət ərizəsinin məzmunundan görünür ki, şikayətçi həmin qərar barədə məlumatlı olmuşdur. Göstərilənlərə əsasən hesab edirəm ki, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Ona görə də X1 şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, buraxılmış müddətin bərpasına dair vəsatət əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1402/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1402/2022
06.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver