Məhkəmə qərarları › İş №3(009)-1402/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1402/2025

24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1402/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Qəbələ RPŞ-nin YPXB-nin inspektoru X2 iştirakı ilə, Qəbələ RPŞ-nin YPXB-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X9 məhkəməyə müraciət edərək Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 16 may 2025-ci il tarixində Qəbələ rayon polis şöbəsinin YPX-nin əməkdaşı polis mayoru X3 tərəfindən X9 barəsində əsassız olaraq inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi İXP-7010421 saylı 30 mart 2025-ci il tarixli protokol tərtib olunmuş və 16 may 2025-ci il tarixli TP-7249988 saylı qərar ilə inzibati xətalar məcəlləsinin 327.1-ci maddəsi əsasında inzibati qaydada 40 manat cərimə olunmuşdur. Bu qeyd edilənləri şikayətçi 18 may 2025-il tarixində dəfələrlə həm rəsmi həmdə DİN-nin 102 qaynar xəttinə müraciətindən sonra Qəbələ RPŞ-nin YPXnin əməkdaşı tərəfindən ona votsap vasitəsilə göndərilmişdir. Bildirmişdir ki, ona göndərilmiş sənədlərə əlavə edilmiş hadisə yerinin sxemindən görünürki güya şikayətçinin idarə etdiyi **-MQ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Əslində hadisə və onun nəticələri Qəbələ RPŞ-nin əməkdaşı tərəfindən təhrif edilmiş, hətta bununla kifayətlənməyərək hadisə yerinin sxemi saxtalaşdırılaraq onun imzasıda saxtalaşdırlmışdır. Qeyd edilənlər baş vermiş hadisədə ** HA *** avtomobilin sahibi X1 xerinə həll edilməsi məqsədilə edilmişdir. İşin faktiki tərəfinə baxıldıqda mənəsas (baş) yolda hərəkətdə olanda əsas yola çıxan X1 idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi **-MQ-*** dövlət qeydiyyat nişanlı avtomabili sağ hisəsinə toxunduğu üçün idarəetməni itirmiş və nəticədə hadisə baş vermişdir. Göründüyü kimi onun inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli əsaslar olmadığı halda Qəbələ RPŞ-nin YPX-nin əməkdaşı tərəfindən əsassız nəticəyə gələrək 16 may 2025-ci il tarixli № TP-7249988 saylı qərarın qəbul edilməsi hüquqi cəhətdən yol verilməzdir. Qəbələ RPŞ-nin YPX-nin 16 may 2025-ci il tarixli № TP-7249988 saylı qərar əsassız olduğu üçün ləğv edərək İXM-nin 327.1 -ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən X5 nümayəndəsi və vəkili Nümayəndə Şikayət ərizəsinə əlavədə bildirilmişdir ki, iş materiallarında olan sənədlərə baxış zamanı hadisə yerinin sxemindən görünür ki guya onun idarə etdiyi **-MQ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan və əlavə edilmiş fotoşəkillərə baxış zaman açıq aydın görünür ki, X1 idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobili şikayətçinin idarə etdiyi avtomaşını vuraraq idarəetməni itirərək avtomaşın aşmışdır. Habelə inspektor tərəfindən yol nəqliyyat hadisəsinin sxemini onun iştirakı olmadan tərtib edib, fotoda onun avtomaşınının X1 idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəydiyini əks etdirmiş, hətta cürət edərək onun adının qarşısında imzasını da edərək saxta sənəd tərtib etmişdir. Bu sənədin mövcudluğunu ilkin şikayətində də qeyd etdiyi kimi sənədləri dəfələrlə etdiyi yazılı və şifahi, habelə DİN-nin 102 qaynar xəttinə etdiyi zənglərin sayəsində, məcbur olub ona qeyd edilən sənədlərin surətlərini veriblər. İş üçün əhəmiyyət kəsb edən faktlardan biri də Qəbələ rayon Yol Patrul xidmətinin inspektoru tərəfindən X1 izahatı alınarkən onun onun avtomaşınını vurduğunu qeyd etməmişdir. Barəsində qəbul edilmiş inzibati qərar maddi hüquq normalarının, habelə prosessual normalara riayət edilmədən, həmçinin Qəbələ rayon Yol Patrul xidmətinin inspektoru tərəfindən sənəd saxtalaşdırılaraq qəbul edildiyindən ləğv edilməli, icraata xitam verilməli və yol nəqliyyat hadisəsinin sxemini tərtib edən inspektor barəsində təqdimatla prokurorluğa müraciət olunmalıdır. Habelə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməklə imzanın ona məxsus olmaması müəyyən edilməlidir. Habelə qeyd edirəm ki, polis müffətişi araşdırma aparmadan öz mülahizəsinə uyğun qərar qəbul etməklə nəticədə İXM-nin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Qəbələ RPŞ-nin YPXB-nin inspektoru X4 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X5 nümayəndəsi və vəkili Nümayəndə şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 20:49 radələrində Qəbələ Ağdaş yolunun Çarxana kəndi ərazisində “Hyundai Elantra” 77MQ973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan X5 Qəbələ rayon Polis Şöbəsinə verdiyi izahatda bildirmişdir ki, Qəbələ Ağdaş yolunun Çarxana kəndi ərazisində “Hyundai Elantra” 77MQ973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə olan “Mersedes Benz” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə 2 nəfər sərnişin vardır və heç biri xəsarət almamışdır. İş materiallarında olan X1 Qəbələ rayon Polis Şöbəsinə verdiyi izahatda bildirmişdir ki, Qəbələ rayonundan Ağdaş rayonu istiqamətində onun idarə etdiyi “Mersedes Benz” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə olan “Hyundai Elantra” 77MQ973 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olmuşdur və heç bir xəsarət almamışdır. Məhkəmə qeyd edir ki, Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Qəbələ RPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP-7249988 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ RPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar