Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1407/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 21 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə saat 10:00-da idarə etdiyi «Toyota-Prius» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Xəqani küçəsi istiqamətində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, təxminən 1 ay olarkı o özünə «Toyota-Prius» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını icarəyə- götürüb «Uber» şirkətinə qoşulub taksi fəaliyyəti ilə məşğul olaraq etibarnamə əsasında idarə edir. 21 iyul 2022-ci il tarixdə saat təxminən 10 radələrində Bakı şəhəri, Səbail rayonu,Azadlıq prospekti ilə üzü Xəqani küçəsi istiqamətində üç zolaqlı yolun ikinci hərəkət zolağı ilə saatda təxminən 30/40 km surətlə hərəkətdə idi. Həmin vaxdı qarşıda olan işaqforun yaşıl işığının yandığından sola yəni Xəqani küçəsinə dönmə əməliyyatı etmək istəyən zaman ani anda həmin istiqamətdə birinci hərəkət zolağı ilə düzünə yəni Xəqani küçəsinə hərəkətdə olan sonradan bildiyi «Tufan M-50» markalı mopedin sürücüsü idarə etdiyi mopedlə onun idarə etdiyi avtomaşının sol yan hissəsinə dəyərək çırpılmışdır. O, avtomaşını saxlayaraq avtomaşından düşüb həmin sürücüyə yaxınlaşaraq onu tibb müəssəsinə aparmağı təklif etsədə o imtina etmiş lakin özü R.DİN-nın 102 zəng mərkəzinə və TTYS-na məlumat vermişdi.Az bir müddət keçmişdir goraya ə ail RPİ-nın əməkdaşları gələrək müvafiq sənədləşdirmə aparmışdırlar.Sonra isə 11 Y ö-dan həkim briqadası gələrək mopedin sürücüsünü xəstəxanaya aparmışdırlar. Hazırda zərərçəkmiş şəxslə barışdığını, onun heç bir şikayət və tələbinin olmamasının, ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında izahatı alınan mopedin sürücüsü Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 1 ay olarkı özünə «Tufan M-50» markalı mopedi alaraq idarə edir. 21 iyul 2022-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi mopedlə öz şəxsi işlərinin dalınca getmək məqsədi ilə Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə üzü Xəqani küçəsi istiqamətində üç zolaqlı yolun birinci hərəkət zolağı ilə saatda təxminən 30/40 km surətlə hərəkətdə idi.Həmin vaxtı qarşıda olan işıqforun yaşıl işığının yandığından hərəkətini Xəqani küçəsi istiqamətində yəni düzünə davam etdirmək istəyən zaman ikinci hərəkət zolağı ilə hərəkətdə olan sonradan bildiyi «Toyota-Prius» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınının sürücü ani anda idarə etdiyi avtomaşınla sola yəni Xəqani küçəsi istiqamətində dönmə əməliyyatı edərək onun qarşısına çıxmış o, onu görüb hadisənin qarşısını almaq məqsədi ilə əyləci basmışdır. Lakin əyləci bassada idarə etdiyi mopedlə həmin avtomaşının sol yan hissəsinə dəyərək çırpılmışdı. Həmin vaxdı «Toyota- Prius» markalı avtomaşının sürücüsü idarə etdiyi avtomaşını saxlayaraq avtomaşından düşüb ona iradını bildirdiyindən o, əvvəlcə AR.DİN-nin 102 zəng mərkəzinə sonra isə TTYS-na zəng edərək baş verənlər barədə məlumat vermişdi.Az bir müddət keçmişdir ki,oraya Səbail RPİ-nin əməkdaşlı gələrək müvafiq sənədləşdirmə aparmışdırlar sonra isə TTYS-dan həkim briqadası gələrək onu xəstəxanaya aparmışdırlar. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxmışdırlar. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyul 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Toyota-Prius» markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü Şəxs əməlində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 42ci maddəsinin V-ci bəndi ilə və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə görə onun inzibati qaydada cəzalanmasından ötrü toplanmış rədd materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol saidin yuxarı 1/3-nın arxa səthinin sıyrığı, eləcə də sağ aşağı ətrafda ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ baldırın orta və yuxarı 1/3-nin sıyrıq və hematoması bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-cı ıl yol-nəqliyyat hadisəsi, o cümlədən hərəkətdə olan mopedin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 21 iyul 2022-ci il tarixdə təxminən saat 10 radələrində Şəxs idarə etdiyi «Toyota-Prius» markalı **- KY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektindən üzü Xəqani küçəsinə manevr qaydalarını pozaraq dönmə əməliyyatı etmək istəyən zaman düzünə hərəkət nişanının tələbini pozaraq həmin istiqamətdə arxadan hərəkətdə olan «Tufan M-50» markalı dövlət qeydiyyat nömrə nişanı nəzərdə tutulmayan mopedin sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə toqquşmuş nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1407/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1407/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver