Məhkəmə qərarları › İş №3(009)-1414/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1414/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1414/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, azərbaycanlı, subay, Dövlət X2 mühafizəçi işləyən, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 519 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN№0631752 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:45 radələrində Səbail rayonu, B.Sərdarov küçəsində epidemiya əleyhinə rejim qaydalarını kobud şəkildə pozmuşdur. Bununla da Şəxs AR İXM-nın 211.1-ci maddəsində nəzərdə tutumuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o işlədiyi üçün onun yaşayış yerini tərk etmək hüququ var. xx xxxx 2020-ci il tarixdə iş yerinə 9-cu Polis Bölməsinin əməkdaşalrı gələrək xx.xx.2020-ci il tarixdə baş vermiş mitinqlə əlaqədar ondan sorğu-sual etmiş, o isə demişdir ki, hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Məhkəmə toplanmış materialları araşdıraraq, şahid ifadəsini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nın 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərmişdir ki, o Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkilidir. Səbail rayonu, B.Sərdarov küçəsində xidmət aparan zaman bir nəfər şəxsi epidemiya əleyhinə rejim sanitar-gigiyena və karantin rejimi qaydalarını pozduğuna görə 9-cu Polis bölməsinə dəvət etmişdir. Orada şəxsiyyəti müəyyən edilmiş və bu hadisə barəsində o müvafiq raport tərtib etmişdir. Sonra onun barəsində müvafqi inzibati xəta haqqında protokol tərtib edilmişdir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 211.1-cı maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə Şəxs əməlində AR İXM-nın 211.1-ci maddəsinin tərkibinin olmasını, ölkədə pandemiya ilə əlaqədar sərt karantin rejiminin tətbiq edilməsini, lakin buna baxmayaraq Şəxs həmin qaydaların tələblərinə riayət etməyərək sanitar-gigiyena və karantin rejim qaydalarını pozmasını və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona AR İXMnın 211.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən saat 17:50-dən hesbalanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3, 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilisin və onun barəsində 1 (bir) ay müddətində inzibati qaydada həbs növündə inzibati tənbeh edilsin. Həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar