Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1414/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 01 iyul 2021-ci il tarixli 00100-1209/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Çin Xalq Respublikasından daxil olmuş Bakı şəhəri Səbail rayonu, Tbilisi prospekti, ev35, 1033-cü məhəllə ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 17D56110/17D56210 nömrəli avtomaşınla, LR-Cİ-20210318 saylı 18.03.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2096 sorğu nömrəli 24.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********”“**********”saylı kodlar altında 615 gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/004-25/002959 saylı 18.06.2021 -ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən LR-Cİ-20210318 saylı 18.03.2021 tarixli invoys idxal olunan yükdən təqdim olunmuş nümunə “Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ’’AZƏRALÜMUNİUM” MMC-nin ünvanına LR-Cİ-20210318 nömrəli invoysun 1 , 2 , 3, 5-ci mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir gücü 22 kvt olan 3 fazalı reduktorlu mühərrik “**********” 5% “W.GESSMÄNN” markalı, “D74211” modelli idarəetmə kontroller “**********” 15% İDXAL rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********2096 sorğu nömrəli 24.05.2021.-ci il tarixli gömrük bəyannaməsinin bəyan eilmiş Şəxs MMC-nin ünvanına LR-Cİ- ********. 18.03.2021 il tarixli invoys üzrə idxal olunmuş “15 % İDXAL rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur “15”% olacağı təqdirdə"xxxx" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği:, ƏDV üzrə 1721.71.-azn, İDXAL üzrə 9565.05 azn təşkil edir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs MMC 24 may 2021-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində Xalq Respublikasında fəaliyyət göstərən “X2 Tec Co.,LTD” tərəfindən 6110/17D56210 nömrə nişanlı avtomobilin üzərində olan GESU ******* nömrəli konteynerdə daxil olmuş malları **********2096 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan zaman malların XİF MN uyqun kodunu 8501 52 300 9, 8536 50 800 0 və 8481 10 990 0 yarımmövqevində sinifləsdirməli olduğu halda, **********, ********** və ********** malmövqeyində sinifləsdirərək ödənilməli olan, 9565,05 manat idxal rüsumu, 1721,71 manat əlavə dəyər vergisi, ibarət olmaqla cəmi 11286,76 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/016494 nömrəli, 19.06.2021-ci il tarixli raportda qeyd olunmuşdur ki, Çin Xalq Respublikasından daxil olmuş Bakı şəhəri Səbail rayonu, Tbilisi prospekti, ev35, 1033-cü məhəllə ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 17D56110/17D56210 nömrəli avtomaşınla, LR-Cİ-20210318 saylı 18.03.2021 tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********2096 sorğu nömrəli 24.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözü gedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********”“**********”saylı kodlar altında 615 gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-013/004-25/002959 saylı 18.06.2021 -ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən LR-Cİ-20210318 saylı 18.03.2021 tarixli invoys idxal olunan yükdən təqdim olunmuş nümunə “Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ’’AZƏRALÜMUNİUM” MMC-nin ünvanına LR-Cİ-20210318 nömrəli invoysun 1 , 2 , 3, 5-ci mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir gücü 22 kvt olan 3 fazalı reduktorlu mühərrik “**********” 5% “W.GESSMÄNN” markalı, “D74211” modelli idarəetmə kontroller “**********” 15% İDXAL rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********2096 sorğu nömrəli 24.05.2021.-ci il tarixli gömrük bəyannaməsinin bəyan eilmiş Şəxs MMC-nin ünvanına LR-Cİ- ********. 18.03.2021 il tarixli invoys üzrə idxal olunmuş “15 % İDXAL rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur “15”% olacağı təqdirdə"xxxx" MMC-nin tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği:, ƏDV üzrə 1721.71.-azn, İDXAL üzrə 9565.05 azn təşkil edir. Araşdırma zamanı məlum olmuşdur ki, 2021-ci ilin mart avında Çin Xalq Respublikasından alüminium” MMC-nin ünvanına GLDU ******* nömrəli vaqonla daxil olmuş mallar ********** sorğu nömrəli 16.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş malların XİF MN uyğun kodunu düzgün bəyan etməməklə cəmi 5689.52 manat gömrük ödənişlərindən yayınmış, "Azəralüminium” MMC tərəfindən ümumilikdə 5689.52 azn əlavə gömrük ödənişlərinin ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində inzibati xəta haqqında is üzrə icraatın başlanması vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam edilmişdir. Belə ki, adı qevd olunan MMC İXMnin 505-ci maddəsində cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Həmçinin müəyyən edilmişdir ki, araşdırma zamanı MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, malların kodu ÇXR-dan göndərilən ixrac bəyannaməsi, invoys sənədi və mənşə sertifkatında göstərilən kimi bəyan edilmişdir. Həmin sənədlərin möhtəbərliyinə sübhə etmir. Mallar təcili istehsalatda lazım olduğundan məcburiyyət qarşısında yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətindədirlər. İşə əlavə edilmiş 24.05.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, "Azəralüminium” MMC ÇXR-dan 3,00 ədəd transmissiya valları, 8,00 ədəd qeydedici qurğusuz, ossiloskpoplar, spektr analizatorları, elektrik vahidlərinin ölçülməsi və onlara nəzarət üçün digər cigazlar, 6,00 kq optiki birləşmiş giriş və çıxış dövrələrdən ibarət olan dəyişən cərəyanın elektron dəyişdirici açarları ölkə ərazisinə idxal edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 11286,76 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 11286,76 (on bir min iki yüz səksən altı manat yetmiş altı qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi məbləğdə, yəni 7900 (yeddi min doqquz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1414/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1414/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver