Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1415/2020 28.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, Xəqani bağının yanında karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində, Xəqani bağının yanında inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin gəzdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olub-olmadığını soruşmuş, lakin həmin şəxs polis əməkdaşına hər hansı bir icazəsinin olmasını bildirməmiş, şəxsiyyətini təsdiq edən sənəd də təqdim etməmişdir. Daha sonra polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmiş o, isə buna etiraz etmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 39-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmiş, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, avtoyuma məntəqəsi işlətdiyini, sahibkar kimi portaldan qeydiyyatdan keçərək yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olduğunu bildirmişdir. Bölmədə həmin şəxsin izahatı əsasında yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olub-olmaması yoxlanılmış və portalda həmin şəxsin kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan iş icazəsinin olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı evi tərk edərək uşağına dərman almaq üçün aptekə getməli olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, Xəqani bağının yanında polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olubolmadığını soruşmuş, lakin o, həmin anda tələsdiyi və gərgin olduğu üçün polis əməkdaşına özünü düzgün ifadə edə bilməmiş, iş icazəsinin olduğunu bildirməmiş, yanında isə şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd də olmamışdır. Daha sonra polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmiş, o, isə aptekə getməli olduğunu bildirərək buna etiraz etmişdir. Bununla bağlı aralarında söz mübahisəsi olmuş və o, bir az aqressiv davranmışdır. Bu səbəbdən o, 39-cu polis bölməsinə gətirilmiş, bölmədə o, polis əməkdaşlarına kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, avtoyuma məntəqəsi işlətdiyini, sahibkar kimi portaldan qeydiyyatdan keçərək yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olduğunu, həmin gün uşağa dərman almaq üçün aptekə getməli olduğunu bildirmişdir. Hazırda həmin anda düzgün davranmadığını dərk etdiyini, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu PB-nin sahə müvəkkili X3 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati ərazisində xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, Xəqani bağının yanında bir nəfər şəxsin gəzdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olub-olmadığını soruşmuş, lakin həmin şəxs ona hər hansı bir icazəsinin olmasını bildirməmiş, şəxsiyyətini təsdiq edən sənəd də təqdim etməmişdir. Daha sonra onun şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmiş o, isə aqressiv davranaraq buna etiraz etmiş. Bu səbəbdən həmin şəxs 39-cu polis bölməsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə bağlı hissədə xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə isə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, polis əməkdaşı xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin inzibati ərazisində xidmətdə olan zaman Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, Xəqani bağının yanında bir nəfər şəxsin gəzdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxsdən yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olubolmadığını soruşmuş, lakin həmin şəxs ona etiraz edərək qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 39-cu polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində, Xəqani bağının yanında inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin gəzdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim etmiş və karantin rejimi qaydalarına müvafiq olaraq həmin şəxsdən yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olub-olmadığını soruşmuş, lakin həmin şəxs polis əməkdaşına hər hansı bir icazəsinin olmasını bildirməmiş, şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd də təqdim etməmişdir. Daha sonra polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmiş o, isə aqressiv davranış nümayiş etdirərək buna etiraz etmiş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs 39-cu polis bölməsinə gətirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, bölmədə həmin şəxs özünü Şəxs kimi təqdim etmiş, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, avtoyuma məntəqəsi işlətdiyini, sahibkar kimi portaldan qeydiyyatdan keçərək yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olduğunu bildirmiş və bölmədə həmin şəxsin izahatı əsasında yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəsinin olub-olmaması yoxlanılmış və portalda həmin şəxsin müvafiq iş icazəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilənlər - Şəxs müvafiq iş icazəsinin olduğunun müəyyən edilməsi - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı ilə yanaşı, eləcə də inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X1 izahatı ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 6.5-ci bəndinə əsasən, avtomobil yuyulma məntəqələri fəaliyyətinə icazə verilən sahələr arasında göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarı ilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmiş, “20 iyul” sözləri “05 avqust” sözləri ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində yaşayış yerini və olduğu yeri tərk etmək üçün elektron portalda müvafiq icazəsi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs əməlində İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan əlavə, işin araşdırılmış hallarından da göründüyü kimi,xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin əməkdaşı Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində, Xəqani bağının yanında inzibati ərazidə xidmətdə olan zaman (sonradan məlum olduğu kimi) Şəxs gəzdiyini görmüş və ona yaxınlaşaraq özünü təqdim edərək karantin rejimi qaydalarına müvafiq olaraq həmin şəxsdən yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazəsinin olub-olmadığını soruşmuş, lakin o, polis əməkdaşına hər hansı bir icazəsinin olmasını bildirməmiş, şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd də təqdim etməmişdir. Daha sonra polis əməkdaşı şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etmiş o, isə aqressiv davranış nümayiş etdirərək buna etiraz etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsi, Xəqani bağının yanında polis işçisi tərəfindən karantin rejimi qaydalarının yoxlanılması zamanı yaşayış yerini və olduğu yeri tərk etmək üçün müvafiq icazəsinin olması barədə məlumatı və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi polis işçisinə təqdim etməməsinə baxmayaraq, polis işçisinin onun şəxsiyyətini müəyyən etmək üçün onu polis bölməsinə dəvət etməsinə qarşı aqressiv davranış nümayiş etdirərək etiraz etməklə polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 30 (otuz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 21:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1415/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1415/2020
28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver