Məhkəmə qərarları › İş №3(009)-1415/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1415/2021

23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1415/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli 00100-1202/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 30.04.2021- ci il tarixində 33DMP25/33EGG35 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5659 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün tərtib olunmuş **********3151 sorğu nömrəli QİB-də uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, QİB-də invoys dəyəri 3904 EUR olduğu halda, yeni təqdim olunmuş invoysda və GB-də 11386.7 EUR olaraq qeyd olunmuşdur. İş üzrə “Gömrük Xidmətinin X1 sistemi” informasiya resursuna və qısa idxal bəyannaməsinə əlavə edilmiş sənədlərə baxış keçirilərək müəyyən olunmuşdur ki, **********3151 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olanadək verilmiş olsa da, həmin qısa idxal bəyannaməsində invoys dəyəri düzgün göstərilməmiş, belə ki, gömrük bəyannaməsinə əlavə edilmiş ********** nömrəli invoys sənədində invoys dəyəri 11386.70 avro göstərilsə də, qısa idxal bəyannaməsində və ona əlavə edilmiş invoys sənədində 3094 avro kimi göstərilmişdir. Araşdırma zamanı tərəfindən **********3151 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilmiş Aygün Şəfiyevanın izahatı alınmışdır. İzahatında "xxxx" MMC-nin ünvanına 33DMP25/33EGG35 nömrəli nəgliyyat vasitəsilə daxil olmuş yüklərin Bakı Baş Gömrük idarəsində **********5659 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirildiyini, həmin yüklərə dair **********3151 sorğu nömrəli qısa idxal bəyannaməsinin elektron qaydada gömrük orqanlarına təqdim etdiyini, "xxxx" MMC-nin ünvanına daxil olmuş yüklərə dair **********3151 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında invoys dəyərinin (11386.80 olduğu ha İda 3094) düzgün q ö s t ə r i İ m əməsi i İ ə b a ğ İ ı_y ü kə a i d_h ə m J nv oy ş sənədi və digər sənədlərin ona təgdim edildiyini, qısa idxal bəyannaməsini ona təgdim edilmiş sənədlər əsasında tərtib etdiyini, ona təqdim edilmiş invoys sənədində göndərilən yüklərin dəyərinin 3094 avro göstərildiyini, o şəkildə qeyd etdiyini, daha sonra gömrük bəyannaməsini tərtib edərkən ona şirkət tərəfindən digər invoys sənədi təqdim edilərək invoys sənədinin səhv olduğunu və gömrük bəyannaməsini yeni invoys sənədi əsasında tərtib etməli olduğunu bildirilmişdir. “ChampionX Azərbaycan" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malİarın və nəgliyyat vasitələrinin aparılması barədə gömrük organına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınarag həmin MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə rutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC şirkətinin (VÖEN "7********) ünvanına 30.04.2021-ci il tarixində 33DMP25/33EGG35 nömrəli nəqliyyat . asitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********5659 sorğu nömrəli gömrük Dəyannaməsi ilə bəyan olunan yük üçün tərtib olunmuş **********3151 sorğu nömrəli QİB-də uyğunsuzluq aşkar olunmuşdur. Belə ki, QİB-də invoys dəyəri 3904 EUR olduğu halda, yeni təqdim olunmuş invoysda və GB-də 11386.7 EUR olaraq qeyd olunmuşdur. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilən 30.04.2021-ci il tarixdə **********5659 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü “Gömrük Xidmətinin X1 sistemi” informasiya resursuna baxış keçirdim. Baxış zamanı müəyyən olundu ki, Bakı Baş Gömrük idarəsində **********5659 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 33DMP25/33EGG35 nömrəli nəqliyyat vasitəsi ilə 30.04.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl, yükə dair **********151 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına elektron formada verilmişdir. Lakin qeyd olunan qısa idxal bəyannaməsinin 22ci qrafasında invoys dəyəri gömrük bəyannaməsində və ona əlavə edilmiş invoys sənədində göstəriləndən fərqli olaraq 3094 avro qeyd olunmuşdur. "xxxx" MMC-nin ünvanına 99CJ868/99ZA359 nömrə nişanlı avtomaşınla daxil olmuş malların Azərbaycan Respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilib-verilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, "xxxx" MMC-nin ünvanına 99CJ868/99ZA359 nömrə nişanlı avtomaşınla göndərilmiş yüklərə dair 24.06.2021-ci il tarixdə saat 10:12-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, mallara dair qısa idxal bəyannaməsi elektron qaydada verilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, "xxxx" MMC-nin etibarnamə ilə nümayəndəsi olan X2 izahatında bildirmişdir ki, "xxxx" MMC -nin ünvanına 30.04.2021-ci il tarixdə 33DMP25/33EGG35 nömrəli nəqliyyat vasitəsilə gətirilmiş yüklər Bakı Baş gömrük İdarəsində **********5659 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin yüklərə dair təqdim edilmiş **********3151 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22- ci qrafasında malların dəyəri 3094 avro göstərildiyi halda həmin yüklərə dair təqdim edilmiş **********5659 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında 11386.70 avro göstərilmişdir. Buna səbəb göndərən şirkət tərəfindən qısa idxal bəyannaməsi tərtib edilərkən göndərilmiş invoys sənədində yalnız daşıma xərcinin öz əksini tapması olmuşdur. Daha sonra göndərən şirkət yeni düzgün invoys göndərərək həm malların qiymətini, həm də daşımı xərcini qeyd etmişdir. Bu səbəbdən də gömrük bəyannaməsi ilə qısa idxal bəyannaməsi arasında uyğunsuzluq yaranmışdır. Gömrük qaydalarının pozulduğunu qəbul edirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış “ "xxxx" MMC-nin nümayəndəsinin izahatı ilə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar