Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1415/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ararat rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Səbail rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-1562/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(009)-1562/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon Məhkəməsinin 2-(009)-1562/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində əsasən yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı (anası) X2 yanında saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla aliment cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qeyd edilmişdir. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu tərəfindən tələb təmin edilməmişdir. Aliment borcu borclunun əmək haqqına yönəldilmişdir. Daha sonra borclu barıəsində məcburi icra tədbirlərinə başlanılmış və məcburi gətirilmə barədə qərar qəbul edilərək Səbail rayon məhkəməsinə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və borclunun izahatı alınmışdır. Borclu izahatında banka borcu olduğuna və işdən çıxdığına görə ödəniş edə bilmədiyini, bugünə olan aliment borcunun 1650 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh Şəxs müxtəlif icra sənədinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1562/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X7 iddiaçı (anası) X2 yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat olmaqla alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi qeyd edilmişdir. İcra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu tərəfindən tələb təmin edilməmişdir. Aliment borcu borclunun əmək haqqına yönəldilmişdir. Daha sonra borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və məcburi gətirilmə barədə qərar qəbul edilərək Səbail rayon məhkəməsinə göndərilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə Səbail RPİ 8- ci PB-nin əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və borclunun izahatı alınmışdır. Borclu izahatında banka borcu olduğuna və işdən çıxdığına görə ödəniş edə bilmədiyini, bugünə olan aliment borcunun 1650 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh Şəxs icra sənədinin icrasından yayınmışdır. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda işləmir və alimenti ödəyə bilmir. İş yerində problemli işçiləri işdən çıxardıqları üçün məktub göndərməməsi barədə icra məmuruna müraciət etsə də göndərilmişdir. İşlədiyi zaman alimentin əmək haqqına yönəldilməsi barədə məktub şirkətə gəldikdən sonra işdən çıxarılmışdır. Tez bir zamanda yeni iş tapıb alimenti ödəyəcəyinə söz vermiş, noyabr ayının 30-dək borcdan müəyyən hissə ödəyəcəyi barədə iltizam imzalamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, Şəxs işlədiyi, 500 manat əmək haqqı aldığı zaman da alimenti ödəməmişdir. Hal-hazırda onun 1650 manat aliment borcu var. Şəxs imzaladığı iltizama əsasən borcunu qeyd etdiyi vaxta qədər ödəməsinə etiraz etmədiyini bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməldir. Qeyd edilən maddənin dispozisiyası inzibati xəta hadisəsinin əmələ gəlməsini məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini nəzərdə tutur. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətanın əmələ gəlmə əsaslarından biri kimi edilməsi istinad olunan əməlin üzrsüz səbəbdən icra edilməməsini şərtləndirmişdir ki, bu hal isə öz növbəsində inzibati təqsirin qəsd növünü formalaşdırır. Məhkəmə hazırkı halda tələbkarla borclu arasında aliment borcunun, yəni 1650 manatın noyabr ayının 30-dək işə düzələrək icrası barədə razılaşmanın əldə edilməsinə sonuncunun əməlində qəsdin xarakterinin formalaşmaması kimi qiymət verir. Məhkəmə həmçinin, onu da qeyd edir ki, nəzərə alınsa ki, inzibati tənbehin məqsədlərindən biri də gələcəkdə inzibati xəta hadisəsinin törədilməsinin qarşısının alınmasıdır, belə olan halda borclunun bu hərəkəti mövcud olması ehtimal edilən inzibati xətanın aradan qaldırılması istiqamətində real əməl kimi qiymətləndirilir ki, bu da aliment borcunun ödənilməsinə zəmin yaradan və təkan verən hərəkətdir. Beləliklə, yuxarıda göstərilənlər hazırkı vəziyyət icra sənədinin Şəxs tərəfindən həqiqətən də qəsdən icra edilməməsinə əsas olan fikirləri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibatiməsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, hazırda şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bu Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da belə nəticəyə gəlmək olar ki, icra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 53, 114-cü maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1415/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1415/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver