Məhkəmə qərarları › İş №3(009)-1416/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1416/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1416/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki,xx xxxx 2020-ci il il tarixdə ona məxsus Mercedes-Bens avtomobili ilə hərəkətdə olduğu zaman Dağ üstü park, Teymur Elçin küçəsində qurulmuş nəzarət postunda saat 08:30 radələrində icazəsinin olub olmadığın yoxladıqdan sonra onun səs siqnalından istifadə etdiyi iddia edərək Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X5 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X11” Azərbaycan Respublikasının Qanununu hansı maddəsini pozduğu izah olunmadığı, sadəcə İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və qərarsız protokol tərtib etmişdir. Bu barədə DİN-in 102 çağrı mərkəzinə, Daxili İşlər Nazirliyinə, Bakı şəhər DYPİ-ə elektron formada şikayətini bildirmişdir. Protokola etirazını bildirmiş olduğu halda xx.xx.2020 tarixdə şikayətinə baxılmadan, əsaslandırmamaqla heç bir qanuni istinad göstərmədən, inzibati xətanı sübuta yetirmədən barəsində İXM Məcəlləsinin 329.3-cü maddəsinin tələblərini pozmaqla 30 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılması barədə məlumatı Asanpay elektron kabinetindən elektron formada əldə etmişdir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki AR İXM-nın 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göstərdiklərini nəzərə alaraq İXMnin 53.0 maddəsinin 53.0.1,-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2,-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata isə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 izahatında şikayəti müdafiə edərək, xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qanuna zidd olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Emil Əzizov qeyd etmişdir ki, xx xxxx 2020-ci il tarixdə o səs siqnalından istifadə etməmişdir, lakin hansısa avtomobildən səs siqnalını eşitmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi Dövlət X9 nümayəndəsi X4 şikayətə əsaslandırılmış etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi ilə əlaqədar mobil postlar qurularaq yoxlamalar aparılır. Belə ki, xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi ilə əlaqədar Dağüstü park, Teymur Elçin küçəsində mobil post qurulmuş və avtomobillərin icazəsi yoxlanılarkən həmin vaxt Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-n MEB-n YPX inspektoru polis baş serjantı X5 həmin posta təhkim edilmişdir. Avtomobillər növbə ilə yoxlanılaraq buraxılan zaman növbədə olan “Mersedes-Benz” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 nizamsızlıq göstərərək səs siqnalından istifadə etməyə başlayaraq narazılıq etmişdir. Bu zaman YPX inspektoru sürücü ilə dialoq zamanı bu halın dayandırılmasını xahiş etsə də, lakin sürücü buna məhəl qoymamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Maddənin tələbinə uyğun olaraq Bakı şəhər BPİ DYPİ-nə bilavasitə tabe olan YPXA-n MEB-n YPX inspektoru polis baş serjantı X1 Emil Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək tanış olmaq üçün sürücüyə təqdim etmiş, o isə öz növbəsində protokola “mənə heç bir əsas olmadan protokol tərtib olundu, düşünürəm ki, keçən ayın 13, 102 yə şikayətimlə bağlıdır”. Bundan sonra sürücüyə xətanın mahiyyəti barədə məlumat verilərək, iş üzrə tənbeh vermə haqqında qərar qəbul etmədən 10 gün müddətində Bakı şəhər DYPİ-nə yaxınlaşmaq barədə məlumat verilməklə protokolun surəti təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir. Maddənin tələbinə əsasən X3 törətdiyi inzibati xəta bilavasitə YPX inspektoru Yaşar Qocalı tərəfindən vizual şəkildə aşkar olunmuşdur. “X11” Azərbaycan Respublikasının Qanunun Xİ-ci hissəsinə əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün. Belə ki, sadalanan hallardan başqa sürücü tərəfindən səs siqnallarından istifadə yol hərəkəti qayda pozuntusu olaraq İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilir. Göstərdiklərini nəzərə alaraq Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayəti əsassız olduğundan təmin edilməsin və Bakı şəhər BPİ DYPİ-nin X6 İşlər üzrə icraat şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi ilə əlaqədar Dağ üstü park, Teymur Elçin küçəsində mobil post qurulmuş və avtomobillərin icazəsi yoxlanılarkən həmin vaxt həmin posta təhkim edilmişdir. Həmin gün avtomobillər növbə ilə yoxlanılaraq buraxılan zaman növbədə olan “Mersedes-Benz” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 nizamsızlıq göstərərək səs siqnalından istifadə etməyə başlayaraq narazılıq etmişdir. Bu zaman o, sürücü ilə dialoq zamanı bu halın dayandırılmasını xahiş etsə də, lakin sürücü buna məhəl qoymamışdır. Emil Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək tanış olmaq üçün sürücüyə təqdim etmiş o, isə öz növbəsində protokola “mənə heç bir əsas olmadan protokol tərtib olundu, düşünürəm ki, keçən ayın 13, 102 yə şikayətimlə bağlıdır”. Bundan sonra sürücüyə xətanın mahiyyəti barədə məlumat verilərək, iş üzrə tənbeh vermə haqqında qərar qəbul etmədən 10 gün müddətində Bakı şəhər DYPİ-nə yaxınlaşmaq barədə məlumat verilməklə protokolun surəti təqdim edilmişdir. X3 törətdiyi inzibati xətanı isə o, özü vizual şəkildə aşkar etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki,şikayət təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə, saat 08:33-də İXM-nin 329.3cü maddəsinin tələblərini pozaraq səs siqnalından istifadə qaydasını pozmuşdur. İnzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X7 xx xxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 30 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi ilə əlaqədar Dağ üstü park, Teymur Elçin küçəsində mobil post qurulmuş və avtomobillərin icazəsi yoxlanılarkən avtomobillər növbə ilə yoxlanılaraq buraxılan zaman növbədə olan “Mersedes-Benz” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 nizamsızlıq göstərərək səs siqnalından istifadə etməyə başlayaraq narazılıq etmişdir. Bu zaman polis əməkdaşı Emil Əzizovla dialoq zamanı bu halın dayandırılmasını xahiş etsə də, lakin sürücü buna məhəl qoymamışdır. Ona görə də, Emil Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 30 manat məbləğində cərimə edilmişdir. Şikayətçi X7 şikayətini onunla əsaslandırmışdır ki, onun səs siqnalından istifadə etdiyi sübuta yetirilmədən ona əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçinin göstərdiyi dəlillər xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İlk növbədə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən YPX əməkdaşı xətanın mövcudluğunu, yəni sürücü tərəfindən törədilən qayda pozuntusunu bilavasitə özü aşkar etmişdir. Belə ki, “X11” Azərbaycan Respublikasının Qanunun Xİ-ci hissəsinə əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər: yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. “X11” Azərbaycan Respublikasının Qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sadalanan hallardan başqa sürücü tərəfindən səs siqnalından istifadəsi yol hərəkətinin qayda pozuntusu hesab edilir və İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi X6 işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən X6 işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X6 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Emil Əzizovun xx xxxx 2020-ci il tarixdə saat 08:33 radələrində “Mercedes Benz E220” minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən siqnaldan istifadə etməsi öz təsdiqini tapmışdır. Məhkəmə heab edir ki, Emil Əzizovun məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 30 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X9 xx xxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və y bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar