Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1418/2022 23.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, «QAZ-3302» markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında iş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baki Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 17 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə vəsatətlə müraciət edərək işin yaşayış yeri üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və vəsatəti araşdırıb hesab edir ki, vəsatət təmin edilməli və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baki Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 17 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs yaşayış yeri ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən verilmiş vəsatət əsaslı hesab edilməli və 3(009)-1418/2022 nömrəli inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyi Baki Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 17 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1418/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1418/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver