Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1424/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞnin TP ******* saylı, 24 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞnin TP ******* saylı, 24 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi RPİ X10 Şöbəsi xx.xx.2023-cü il tarixli, İXP-5376206 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, TP-5697316 nömrəli "İnzibati tənbeh vermə haqqında” Qərar qəbul edərək, məni, yəni X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib barəmdə 40 (qırx) manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraatı aparan səlahiyyətli orqan (şəxs) Binəqədi RPİ DYPŞ tərəfindən X5 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat qüvvədə olan inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulmaqla, barəsində qanunsuz inzibati tənbeh tətbiqi barədə qərar qəbul edilmiş Bəybala Hüseynovun inzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları təmin olunmadan, inzibati xəta haqqında iş üzrə icraat barədə vaxtında məlumatlandırılmadan, inzibati xəta haqqında protokolla tanış edilmədən aparılmış, inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə heç bir xəbərdarlıq etmədən ciddi prosessual hüquq pozuntularına yol verilməklə qanunsuz inzibati qərar qəbul edilmişdir. Binəqədi RPİ X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP-5697316 №-li “İnzibati tənbeh vermə haqqında” Qərarı barəsində inzibati xəta haqqında icraat aparılan X4 İXM-nin 57-ci maddəsində nəzərdə tutulan rəsmi qaydada verilməmişdir. Sonradan, yəni 21 iyul 2023-cü il tarixdə yalnız B.Hüseynovun DİN-nin “102” zəng mərkəzinə şikayəti, yazdığı ərizələrindən sonra İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli Protokolun və Qərarın surətləri Hüseynov Bəybalaya təqdim olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP- 5697316 №-li “İnzibati tənbeh vermə haqqında” Qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qərardır. Həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Hazırki şikayətlə mübahisələndirilən Binəqədi RPİ DYPŞ-nin xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarında yol-nəqliyyat hadisəsi belə göstərilmişdir ki, X5 xx.xx.2023-cü il tarixində saat 18.30-da Binəqədi rayonu Biləcəri qəsəbəsində X9 minik markalı, **-DX-*** d.q.n. nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. İnzibati xəta haqqında icraat aparan Binəqədi DYPŞ-nin əməkdaşı yol-nəqliyyat hadisəsini inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda düzgün təsvir etməmiş, hadisədə iştirak edən və mənim idarə etdiyim X9 minik markalı, **-DX-*** d.q.n. nəqliyyat vasitəsinin arxasınca hərəkət edərək onun sağ hissəsi iiə toqquşan Toyota Prius” markalı nəqliyyat vasitəsinin hərəkəti barədə qeyd edilməmiş, ümumiyyətlə həmin nəqliyyat vasitəsinin volnəqliyyat hadisəsində iştirakını qeyd etməmişdir. İnzibati xəta hadisəsi baş verən yerdə videomüşahidə kameraları var və inzibati xəta hadisəsi tam şəkildə .əmin videomüşahidə kameralarına düşübdür. Videomüşahidə kamerasına düşən hadisənin çürüntüsünə baxanda görünür ki, mən yol ayrıcından sola bir zolaqlı yola dönüb hərəkətimi davam etdirdiyim zaman sağdan ensiz yerdən “Toyota Prius” markalı nəqliyyat vasitəsi sağdan keçmək istəyərkən mənim avtomobilimin sağ yan güzgü hissəsinə toxundu və avtomobilimi sağ yan hissəsindən sürtüb keçdi. Bu hadisədə mən heç bir manevr etməmişəm, sadəcə olaraq yolayrıcından sola dönüb hərəkətimi davam edirdim, mən sola döndüyüm yolda yalnız bir zolaqdır, həmin yolda bir avtomobil hərəkət edə bilər, başqa avtomombiin sağ yandan hərəkət etməsi “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozur. Mənimlə eyni istiqamətdə hərəkətdə olan və mənim avtmobilinin ardı ilə sol yola dönmüş “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sağ yandan hərəkət edərək mənim avtomobilimlə toqquşması hadisəsində təqsirkar mən deyiləm, həmin nəqliyyat vasitəsini idarə edən sürücüdür. Mənim hərəkətlərimdə Az.Resp. İXM-nin 327.1-ci maddəsinin əlamətləri yoxdur. Sözü gedən inzibati xəta haqqında icraat aparılan zaman icraatı aparan Binəqədi RPİ X10 Şöbəsinin vəzifəli şəxsi bir sıra prosessual pozuntulara yol verilmişdir. İlkin prosessual pozuntular aradan qaldırılması mümkün olmayan pozuntulardır. İnzibati xəta hadisəsini düzgün qiymətləndirməmiş, hadisə iştirakçısını gizlətmiş, icraat zamanı məni dəvət etməmiş, mən həmin məsələ ilə maraqlandıqda, rnəni aldadaraq hadisədə günahımın olmadığını yalandan bildirmiş, məndən izahat almamış, hadisə yerinə çıxıb baxış keçirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (01 mart 2016-cı il tarixdən qüvvədə olan) 61.3-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 bu işdə təqsirliyini təsdiq edən, inzibati xətanın bilavasitə onun tərəfindən törədilməsini təsdiq edən sübutlar yoxdur, mənim tərəfimdən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmamış, əməlimdə inzibati xətanın tərkibi yoxdur. Hadisə yerinin videomüşahidə kamera ilə çəkilmiş videogörüntüsünə baxılarsa, həmin yol-nəqliyyat hadisəsində onun günahının olmadığı açıq-aydın şəkildə görünür. Azərbaycan Respublikası İXM-nin 65.4.5, 128-129, 134, 135-ci maddələrini rəhbər tutub, məhkəmədən, Binəqədi RPİ X10 Şöbəsinin 24 aprel 2023-cü il tarixli, TP-5697316 №-li “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata X4 aid hissədə xitam verilməsini və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5, şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin 24 aprel 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin TP ******* saylı, 24 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 24 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X5, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında X8 minik markalı 77DX610 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin TP ******* saylı, 24 aprel 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin TP ******* saylı, 24 aprel 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1424/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1424/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver