Məhkəmə qərarları › İş №3(009)-1430/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1430/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1430/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 06 iyun 2024-cü il tarixli 00100-01053/24 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxsnin ünvanına 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə, HRL20221221 saylı xx.xx.2023cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********379 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin idarədən 3-33-5300/2-0054314/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoysun 4-cü mal mövqeyində göstərilən malların 15% gömrük rusumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********379 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs tərəfindıən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3486,14 manat, ƏDV üzrə 627,51 manat, elektron gömrük xidməti haqqı üzrə 30 manat, elektron gömrük xidməti üzrə ƏDV 5,40 manat təşkil edir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, daxil olmuş yüklər **********379 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi gömrük orqanında rəsmiləşdirilmişdir. İş materiallarında olan Şəxs-nin xx.xx.2023-cü il tarixli öhdəliyindən görünür ki, **********379 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallardan götürülmüş prob və nümunələrdən Dövlət Gömrük Komitəsi Mərkəzi Ekspertiza İdarəsinin rəyi alınana qədər malların anbardan buraxılmasına və satışına icazə verməyəcəklərini, rüsum dərəcələri dəyişdiyi zaman yaranan fərqi tam ödəməyi öhdələrinə götürmüşdürlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********379 sorğu nömrəli gömrük bəyannaməsi ilə öhdəliklə buraxılan yük AA1014698, AA1014826, AA1014829, AA1014831, AA1014827, AA1014828 seriyalı və nömrəli stikerlə gömrük təminatına alınmışdır. İş materiallarında olan X1 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-33-1100/2-008640/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində Şəxs-nin ünvanına HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoysun 2,3 və 4-cü mövqeləri üzrə idxal olunan yük XİF MN-ə görə sinifləşdirilir: - “HUARUİ” nişanlı, “RGR60-9” və “RJ2R-36-6” modelli qara metaldan məmulatların sərtləşdirilməsi üçün nəzərdə tutulmuş 380 V 3 fazalı dəyişən cərəyanla işləyən müqavimət sobaları- 2,3-cü mövqeləri üzrə- (XİF MN üzrə kod: 8514 19 900 0) - Qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın plastik kütlədən tutumları- 4-cü mövqe üzrə- (XİF MN üzrə kod: 3926 90 970 9) - Qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın qara metaldan tutumları- 4-cü mövqe üzrə- (XİF MN üzrə kod: 7326 90 980 0) İş materiallarında olan xx.xx.2023-cü il tarixli mallara gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı xx.xx.2023-cü il tarixli, **********379 sorğu nömrəli gömrük bəyannaməsinin əlavə vərəqinin 3-cü mal mövqeyində istehsal ölkəsi Çin olan “Şurup qaraldıcı vanna” kimi bəyan olunan malların Şəxs-nin Abşeron rayonu, Bakı-Şamaxı şossesi 16 ünvanındakı anbarda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-9/8841/2024 nömrəli məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə istintaqa xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Bu səbəbdən 3-33-/3-1- 027198/2023 nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş məhəkəməmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/659 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 07 (yeddi) ədəd hər birinin ölçüsü 01 (bir) kub metr olan çənlərin xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28000 (iyirmi səkkiz min) manat (7 ədəd*4000 manat) müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən **********379 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərinin müəyyən edilməsi məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/659 nömrəli, xx.xx.2024-cü il tarixli rəyə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 07 (yeddi) ədəd hər birinin ölçüsü 01 (bir) kub metr olan çənlərin xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 28000 (iyirmi səkkiz min) manat olduğu təqdirdə gömrük ödənişlərinə fərq yaranmır. İş materiallarında olan Şəxs-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs-nin ünvanına 99XO835/99ZD835 nömrəli nəqliyyat vasitəsi ilə, HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********379 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİFMN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş, həmin idarədən 3-33-5300/2-0054314/2023 saylı, xx.xx.2023-cü il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən HRL20221221 saylı xx.xx.2023-cü il tarixli invoysun 4-cü mal mövqeyində göstərilən malların 15% gömrük rusumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********379 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə Şəxs tərəfindıən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3486,14 manat, ƏDV üzrə 627,51 manat, ümumilikdə 4113, 65 manat olduğu müəyyən edilmişdir. Məhkəmə Gömrük Ekspertizası İdarəsindən daxil olmuş 3-33-5300/2-0054314/2023 saylı xx.xx.2023-cü il tarixli eksepert rəyində invoysun 2,3-cü mövqeləri üzrə “HUARUİ” nişanlı, “RGR60-9” və “RJ2R-36-6” modelli qara metaldan məmulatların sərtləşdirilməsi üçün nəzərdə tutulmuş 380 V 3 fazalı dəyişən cərəyanla işləyən müqavimət sobaları 8514 19 900 0 nömrəli, 4-cü mövqeyi üzrə qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın plastik kütlədən tutumları 3926 90 970 9 nömrəli, qara metaldan məmulatların sinklənməsi üçün nəzərdə tutulmuş avadanlığın qara metaldan tutumları 7326 90 980 0 kodlarda sinifləşdirilir. Buna görə də malın XİF MN kodu dəyişməsi ilə razıdırlar və ödənişi ödəmək istəyirlər. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, inzibati xətanı etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməli, 505-ci maddəsi ilə isə iş materialları icraata xitam verilməsi üçün Bakı Baş Gömrük İdarəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs (VÖEN **********) tərəfindən malın gömrük kodunun gömrük orqanına düzgün bəyan edilmədiyi üçün gömrük orqanına təhrif olunmuş məlumat verməsi həm iş materialları ilə, həmdə inzibati icraat zamanı izahatı alınmış hüquqi şəxsin nümayəndəsinin etirafı ilə Şəxs tərəfindən Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə isə iş materialları icraata xitam verilməsi üçün Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar